Avropa ölkələrində və dünyada əməkhaqqı statistikası (4-cü hissə)

posted in: Xəbər | 0
birbank biznes

Əməkhaqqı statistikası (4-cü hissə)

3-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Gəlirlərin real ölçüsü

Rəsmi reytinqi öyrəndikdən sonra bir qədər nəfəs almaq və işlərin həqiqi vəziyyətinə baxmaq daha yaxşıdır. Məsələ burasındadır ki, reytinq vergiləri nəzərə almır, onlar isə hər bir dövlətdə fərqlidir. Əgər göstəriciləri xalis mənfəət baxımından nəzərdən keçirsək, 2021-ci ildəki mənzərə bir qədər dəyişir.

7050 dollarla birinci yerdə dayanan Norveçdə, vergilər nəticəsində məbləğin demək olar ki, yarısı itir, ona görə də ələ təxminən ortalama 3000 dollar pul gəlir.

5200 dollarla ikinci sırada yer alan Avstraliyada da vergilərin ödənilməsindən sonra əldə məbləğin yalnız yarısı qalır. Lakin Yaşıl qitə stabil olaraq, bir saat üçün ən bahalı minimal dərəcə məsələsində birinciliyi qoruyub saxlayır.

Yeni Zelandiya – bir çox şərtlər və imtiyazlara malik olan çox həssas bir vergi sisteminə malikdir. Ona görə də, burada demək olar ki, maksimum və ya minimum anlayışı yoxdur. Hər kəs əmək həvəsinin dərəcəsinə görə maaş alır və Yeni zelandiyalıların dünyada ən yaxşı orta əməkhaqqına sahib olduqlarını söyləmək olar.

Vergilərin çıxılmasından sonra ABŞ-da orta əməkhaqqı elə də çox azalmır, 4500 dollar, 3500 dollara çevrilir. Amma, qazanc nə qədər çox olursa, gəlir vergisi də bir o qədər ağrılı olur. Yekunda orta statistik amerikalı əməkdaş, öz qazancının təxminən 30-40%-ni  dövlət xəzinəsinə ödəyir. Onu da nəzərə almaq lazımdır ki, Birləşmiş Ştatlarda səhiyyə pulludur və bunun özü də az məsrəf tələb etmir. Lakin vergi siyasəti həyatın bütün müvafiq amillərini diqqətlə nəzərə alan hər bir vergi ödəyicisinə fərdi yanaşmanı nəzərdə tutur.

Başlanğıcda ABŞ-da olduğu qədər – demək olar ki, 4500 dollar maaş olan Almaniyada, almanlar təmiz gəlir kimi yalnız 2800 dollar əldə edirlər. Həmçinin 2015-ci ildə minimum əməkhaqqı haqqında qanun qəbul edilib. Bundan sonra saathesabı dərəcə 10 şərti vahid və bundan artıq olmalıdır. Aylıq qazancı 1200-1700 dollar olan işçilər aztəminatlı, 1100 dollardan az olanlar isə yoxsulluq həddi astanasında olanlar hesab edilir.

Kanada hökuməti öz vətəndaşlarına və eləcə də ölkəyə işçi vizası ilə gələn əcnəbilərə saatda 10 dollar və ya ayda 1500 dollardan az maaş verilməsinə imkan vermir. Amma bu şimal ölkəsində vergilər heç də xoşagələn deyil, belə ki, reytinq cədvəlində göstərilən 3600 dollar əslində yaşayış minimumuna çevrilir.

Yaponiyada – qəsbkar vergilər  və olduqca çevik vergi güzəştləri sistemi mövcuddur. Vergi yığımları 68 faizə kimi çata bilər. Amma güzəştlər nəticəsində həmin rəqəmi 40 faizə kimi aşağı salmaq mümkündür. Qibtə olunası qazanc hətta təmin olunmuş amerikalı turistləri belə heyrətləndirən çox bahalı həyatla “kompensasiya” edilir.


5-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email