Əmlak vergisi və onun proqnozlaşdırılması

posted in: Xəbər | 0
birbank biznes

Əmlak vergisi nədir?

Əmlak vergisi mühasiblərin gəlirdən tutulan vergilərdən sonra ən çox maraqlandığı, öyrənmək istədikləri vergi növüdür. Bu vergi növü sahib olduğumuz daşınardaşınmaz  əmlakla, sərvətlə bağlıdır, yəni, sərvətdən tutulan vergilərə aiddir. Belə vergilərə digər nümunə torpaq vergisidir. Ümumən sərvətdən alınan vergilər, digər vergilərə müxtəlif ölkələrdə tətbiq edilən qaydaların müxtəlifliyi ilə fərqlənib. Məsələn, gəlir (mənfəət) vergisinin prinsipləri, demək olar ki, əksər ölkədə eynidir.

Əmlak vergisinin tarixi qədim vaxtlara gedir. Artıq Roma İmperiyasında məlum olan bu vergi növü Avropada orta əsrlərin sonlarına qədər vergitutmanın əsas formalarından biri olmuşdur. O, torpaq və pul üzərində mülkiyyətdən tutulurdu.

Müxtəlif ölkələrdə əmlak vergisi

Fransada müasir formada əmlak vergisi 1982-ci ildən mövcuddur. Fransua Ollandın sosialist hökuməti tətbiq edilən dərəcəni 2012-ci ilin payızından xeyli artırdı, yuxarı hədd məhdudiyyətini ləğv etdi. Vergi əmlakın qiymətindən asılı olaraq 0.5%-1.5%-ə qədər dərəcə ilə hesablanır.

Rusiyada müəssisələrin əmlak vergi regional vergilərə aiddir. Əvvəllər bu vergiyə cəlb edilən obyektlərin siyahısı daha geniş idi, məsələn buraya:

  • qeyri-maddi aktivlər;
  • materiallar;
  • digər vasitələr də daxil edilirdi. Sonra onların siyahısı azaldıldı, faiz artırıldı.

Fiziki şəxslərin əmlak vergisi yerli vergidir, ödəyicilər – əmlak sahibləridir. Vergi dərəcələri yerli idarəetmə qurumları tərəfindən müəyyən edilir, lakin federal qanunla müəyyən edilmiş dərəcələr daxilində olmalıdır.

Almaniyada əmlak vergisi ödəyicinin müəyyən bir tarixə sahib olduğu əmlakın məbləğindən asılı idi. 1995-ci ildə daşınmaz əmlakın qiymətləndirilməsi metodu konstitusiyaya zidd hesab edildi, buna görə də 1997-ci ildə vergi bu ləğv edildi.

Azərbaycanda əmlak vergisi həm yerli, həm də dövlət büdcəsinin formalaşamasında müəyyən rol oynayır. Məsələn fiziki şəxslər  onlara məxsus bina, su, habelə hava nəqliyyatı vasitələri üçün yerli büdcəyə əmlak vergisi ödəyirlər.


Vergilər haqqında daha çox məlumat almaq üçün keçid edin


Büdcə gəlirlərində əmlak vergisi üzrə daxilolmaların proqnozlaşdırılması 

Yəqin ki, Maliyyə Nazirliyinin dövlət büdcəsinin idarə edilməsində rolunun əhəmiyyətindən geniş məlumat verməyə elə də ehtiyac yoxdur. Onun fəaliyyətindən biri dövlət büdcəsi gəlirləri üzrə proqnoz layihəsini tərtib etməkdir. Büdcə gəlirləri vahidlik, daxili balanslaşdırma, düzgünlük, reallıq, fasiləsizlik və ardıcıllıq  prinsipləri əsasında proqnozlaşdırılır.

Sual oluna bilər ki, gəlirlərin proqnoz layihəsi nəyin əsasında hazırlanır?

Burada ölkə üzrə aşağıdakı məlumatlar təhlil edilir:

Büdcə gəlirləri proqnozlaşdırılarkən əsas etibarı ilə ekonometrik və səmərəli vergi dərəcələri modellərindən istifadə edilir. Həmin modellər haqqında ətraflı buradan məlumat tapa bilərsiniz.

Bildiyimiz kimi büdcə gəlirləri əsas etibarı ilə vergidən daxilolmalar hesabına formalaşır. Hər il büdcə daxilolmalarının təqribən 40% -ini vergilərdən daxilolmalar təşkil edir.

Azərbaycan Respublikasının ərazisində müəssisələrdən, habelə fərdi sahibkarlarda daxil olacaq əmlak vergisini 2 variant üzrə proqnozlaşdırmaq mümkündür:

Proqnozlaşdırma üçün məlumatlar. İqtisadi və sosial inkişafın və Vergi bəyannamələrinin məlumatları

Əmlak vergisi üzrə büdcəyə nə qədər vergi daxil olacağının gözləntisi müxtəlif düsturlarla hesablanır. Düstur fərqi vergitutma obyekti fərqlərindən irəli gəlir.

Həmin qayda və düsturlar barədə buradan daha ətraflı məlumat əldə edə bilərsiniz


Print Friendly, PDF & Email