Əmlak vergisinin ödəyiciləri
Bu verginin ödəyiləri həm fiziki şəxslər, həm də müəssisələrdir. Əmlak vergisi ödəyicisi olmaq üçün sərəncamınızda, balansınızda vergiyə cəlb edilən əmlak olmalıdır. Məsələn, fiziki şəxs olaraq sizin yaşayış, qeyri-yaşayış sahələriniz, su, hava nəqliyyatı vasitəniz, yaxud vergi ödəyicisi olan fiziki şəxssinizsə əsas vəsaitləriniz yoxdursa əmlak vergisi ödəyicisi olmursunuz.
Həm fiziki şəxslər, həm müəssisələrin əmlak vergisinə cəlb edilməsinə baxmayaraq verginin tutulması, ümumiyyətlə vergitutma obyektləri fərqlidir.
Əmlak vergisi üzrə vergitutma obyektlərini 2 kateqoriyaya ayıra bilərik:
- fiziki şəxslər;
- müəssisələr.
Düzdür, fiziki şəxslərin bir qismi eyni zamanda sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. 2022-ci ilə qədər vergi qanunvericiliyində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin əsas vəsaitlərinə görə əmlak vergisinə cəlb edilməsi nəzərdə tutulmamışdı. 2022-ci ildən qüvvəyə minmiş əhəmiyyətli dəyişikliklərdən biri məhz sahibkarlıq subyektlərinin əmlak vergisi nümunəsində bir-birinə bərabər tutulması oldu. Deməli, artıq fərdi sahibkarlar da əsas vəsaitlərə görə əmlak vergisi ödəməlidirlər. Hesab edirik belə yanaşmaya çoxdan ehtiyac var idi.
Fiziki şəxslər üzrə əmlak vergisinin vergitutma obyekti
Fərdi sahibkar bioloji varlıqdır, təbii olaraq onun yaşayış sahəsinin olması labüd ehtimaldır. Mövcud vergi qanunvericiliyinə əsasən fiziki şəxslər yaşayış, qeyri-yaşayış sahələrinə görə əmlak vergisi ödəməlidirlər. Belə əmlak müəyyən edilərkən, qeydiyyatda olduğunuz, kirayə müqaviləsi ilə qaldığınız mənzil deyil, məhz xüsusi mülkiyyətinizdə olan sahələr nəzərə alınmalıdır.
Nümunə 1: Azərbaycan Respublikasının rezidenti olmayan əcnəbi vətəndaş Gəncə şəhərindən qeyri-yaşayış sahəsi olan bina almışdır. Həmin bina əmlak vergisinə cəlb olunur.
Fiziki şəxslərin hava, su nəqliyyatına sahib olduğu hallar azda rast gəlinir. Vergi qanunvericiliyində hava, su nəqliyyatına görə vergiyə cəlb edilmə hələ müstəqilliyin ilk dövründən mövcuddur. Qaldığınız mənzil deyil, məhz xüsusi mülkiyyətinizdə olan sahələr nəzərə alınmalıdır.
Nümunə 2: AR rezidenti olan fiziki şəxs yaxta almışdır və bu yaxta AR ərazisindən kənarda, Türkiyədə yerləşir. Yerindən, istifadə edilib-edilməməsindən asılı olmayaraq, vergitutma obyektidir.
Beləliklə, fiziki şəxslər üçün əmlak vergisinə görə vergitutma obyektini aşağıdakı formada təsnifləşdirmək olar:
Müəssisələr üçün vergitutma obyekti
Müəssisələr üçün vergitutma obyekti fiziki şəxslərdən fərqli olaraq, onların əsas vəsaitlərdir. Təbii ki, bu o demək deyil ki, müəssisənin binası, su, hava nəqliyyatı vasitəsi ola bilməz. Müəssisələr sadalanan, habelə digər əmlaka sahib ola bilərlər. Çatdırılmaq istənən fikir odur ki, müəssisələr üçün onların binası, varsa su, hava nəqliyatı vasitələri, həmçinin təsərrüfat fəaliyyətində istifadə edilən digər daşınar və daşınmaz əmlakı, onların əsas vəsaitlərini təşkil edir, əmlak vergisinə cəlb edilir.
Su, hava nəqliyyatı deyərkən:
- qayıqlar;
- katerlər;
- vertolyotlar və s. nəzərdə tutulur.
Su, hava nəqliyyatı yaşayış, qeyri-yaşayış sahələrindən fərqli olaraq yalnız rezident fiziki şəxslərdən tutulur. Sözügedən nəqliyyat vasitələri qeyri-rezident şəxslərdə aid olduqları ölkədə qeydiyyata alınır. Burada qeyri-rezident şəxslər dedikdə əsas etibarı ilə əncəbi şəxslər nəzərdə tutulur.