Əsas vergi nəzəriyyələri və onların müasir şərhi (1-ci hissə)

posted in: Vergi, Xəbər | 0

ən yüksək vergilər,Vergi nəzəriyyələri vergilərin mahiyyəti və əhəmiyyəti haqqında elmi biliklərin müəyyən sistemini, yəni, bu və ya digər təyinatlı verginin tanınmasından asılı olaraq dövlətdə vergitutma modellərinin müxtəlif variantlarını nəzərdə tutur.

Vergi münasibətlərinin nəzəri əsaslarını müəyyən etmək ehtiyacı obyektiv səbəblərlə şərtlənir. Bu onunla bağlıdır ki, vergitutma praktikası maliyyə elmini qabaqlayıb və o, vergi tutulmasının ədalətliliyinə dair ictimai rəy hazırlamayıb. Ona görə də vergilərin nəzəri əsaslandırılmasının zəruriliyi ortaya çıxıb.

Vergitutmanın təbiəti haqqında təsəvvürlərin formalaşmasının bir neçə mərhələsini ayırmaq olar. İlk mərhələlərdə vergi əsasən iqtisadi kateqoriya kimi çıxış edib və yalnız son mərhələdə vergi hüquqi məzmun almağa başlayıb.

Vergitutmanın ilkin formalarından biri məğlub olmuş xalqdan tutulan töycü idi. Vergilərin ilk prototipi – o məğlub olanlara tətbiq edilən vergi olub. Qədim Misirdə və digər Şərq despotiyalarında vergiləri dövlət başçısına məxsus olan torpaqdan istifadəyə görə icarə haqqı kimi alırdılar. Erkən feodal dövlətlərində vergiyə dövlət başçısına hədiyyə kimi baxılırdı. Sonradan ona, əhalinin öz dövlətinə yardımı kimi yanaşılmağa başlanıldı.

Vergitutmanın tam nəzəri əsaslandırılması dərin tarixi köklərə malik deyil. XVII əsrə qədər vergilər haqqında bütün təsəvvürlər təsadüfi və sistemsiz xarakter daşıyırdı ki. Bu da onları bu sahədə ciddi nəzəri işlərə aid etməyə imkan vermirdi. Müvəqqəti və fövqəladə vergilərin müntəzəm və ümumi ödənişlərə dəyişdirilməsi onların əhali tərəfindən qəbul edilməməsinə səbəb oldu. Bu vəziyyət maliyyə elmindən vergilər kimi bir fenomenin nəzəri əsaslandırılmasını tələb etdi. Əsas vergi nəzəriyyələri XVII əsrdən başlayaraq elmi konsepsiyalar kimi formalaşmağa başlamış və burjua elmində ən mühüm prinsip və müddəalar toplusu kimi “vergilərin ümumi nəzəriyyəsi” adını almışdır. Ümumiyyətlə, vergi nəzəriyyələri dedikdə, vergilərin mahiyyəti və əhəmiyyəti, onların yeri, cəmiyyətin iqtisadi və sosial-siyasi həyatında əhəmiyyəti haqqında elmi biliklərin bu və ya digər sistemini anlamaq lazımdır. Başqa sözlə, vergi nəzəriyyələri bu və ya digər təyinatlı verginin tanınmasından asılı olaraq, dövlətin vergi sistemlərinin qurulmasının müxtəlif modellərini təşkil edir.

Daha geniş mənada vergi nəzəriyyələri istənilən elmi-ümumiləşdirilmiş inkişafları (ümumi vergi nəzəriyyələri), o cümlədən ayrı-ayrı vergitutma məsələlərini (özəl vergi nəzəriyyələri) təşkil edir. Özəl vergi nəzəriyyələrinə müxtəlif vergi növlərinin, o cümlədən vergilərin nisbəti, onların keyfiyyət tərkibi, vergitutma dərəcəsi və s. haqqında təlimlər aiddir.

Beləliklə, əgər ümumi vergi nəzəriyyəsinin istiqamətləri bütövlükdə vergitutmanın təyin edilməsini müəyyənləşdirirsə, onda özəl vergilər hansı növ vergilərin müəyyən edilməli olduğunu, onların keyfiyyətli tərkibinin necə olmalı olduğunu və sair əsaslandırırlar. Vergilərin ümumi nəzəriyyələrini nəzərdən keçirək.


2-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *