Sual: Vergi ödəyicisinin sahibliyində və istifadəsində olan əsas vəsaitlərin Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədləşdirilmədən alınmasına görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilirmi?
Cavab: Bildiririk ki, vergi ödəyicisinin sahibliyində və istifadəsində olan əsas vəsaitlərin Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədləşdirilmədən alınması və ya mədaxil edilməsinə görə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq edilir.
Belə ki, Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinin müddəalarına əsasən malların alışını və ya mədaxilini təsdiq edən müvafiq sənədlər olmadıqda həmin malların alıcısı olan vergi ödəyicisinə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Yuxarıda qeyd edilənlər Vergi Məcəlləsinin 58-ci maddəsi ilə tənzimlənir.
Mənbə: taxes.gov.az
Bax:
Qeyri-rezidentə ödənilən məbləğə görə hesablanmış əlavə dəyər vergisi invoys yoxsa ödəmə vaxtı məzənnəsi ilə nəzərə alınmalıdır?
Bank hesabına ödənilən məbləğə görə kassa çeki verilməlidirmi?
Barter əməliyyatlarının rəsmiləşdirilməsi və bu əməliyyatlar zamanı ƏDV-nin əvəzləşdirilməsi
Ezamiyyə xərclərinin rəsmiləşdirilməsində nələr nəzərə alınmalıdır?
Konsiqnasiya qaydasında satışların sənədləşməsi necə aparılmalıdır?
Varislərin pensiya almaq hüququ
İxtisar olunan işçilərə müavinət necə hesablanır?