“Etibarnamə”ni necə yazmalı??

posted in: Xəbər | 4
birbank biznes

QərarEtibarnamə nədir və necə yazılır??


Etibarnamə ərəb mənşəli “etibar” və fars kəlməsi olan “namə” sözlərindən düzələrək, bir şəxsin və ya idarənin adından iş görmək üçün verilən rəsmi sənəddir. “Etibar” ərəbcə çoxmənalı sözdür:

a) nəzərə almaq, əhəmiyyət vermək.

b) hörmət və nüfuz.

c) etimad.

“Namə” isə farsca məktub, əsər mənasındadır. Bütövlükdə etibarnamə zaminlik kağızı, etibaretmə sənədi mənası verir.

Etibarnamənin mahiyyəti. Etibarnamə hər hansı bir işin icrasını bir tərəfin (etibar edən, etibarnaməni verən) başqa bir nəfərə (etibar edilənə, etibarnaməni alana) etibar etdiyini bildirən sənəddir. Sənəd hüquqi əhəmiyyət daşıyır. Etibar edilən şəxs etibar edilən işi icra etməyə borcludur. Hər hansı bir səbəbdən iş icra edilə bilmədikdə, etibar edənə mütləq məlumat verilməlidir.

Etibarnamənin məzmunu. Etibarnamələr müxtəlif məzmunda ola bilər. Səlahiyyət həcminə görə etibarnamələrin 3 növü qeyd edilir:

1. Konkret bir işi görmək üçün birdəfəlik etibarnamə verilir. Buna birdəfəlik etibarnamə deyilir. Bir nəfər imkanı olmadığı üçün əmək haqqını, ev orderini, mükafatı ala bilmədikdə istədiyi adama etibarnamə verir ki, bu, birdəfəlik etibarnamə adlanır.

2. Xüsusi etibarnamə müəssisə rəhbəri tərəfindən müəssisənin hüqüq məsləhətçisinə verilir. Arbitraj – iqtisad məhkəməsində etibar edilən şəxs etibarnaməni qeydiyyatdan keçirərək təmsil etdiyi müəssisənin hüquqlarını, mənafeyini qoruyur.

3. Bundan əlavə, ümumi və baş etibarnamə də vardır ki, bu etibarnamənin səlahiyyəti daha böyükdür. Son vaxtlar belə etibarnamələr daha çox avtomobillər üçün verilir.

Baş etibarnamə mülkiyyətin başqa növlərini də idarə etmək üçün verilə bilər. Məsələn, sürülərin, evlərin və başqa əmlakın idarə edilməsi üçün verilən etibarnamələr 3 il müddətinə verilir. Əgər etibarnamədə idarəetmə müddəti göstərilməyibsə, onda həmin etibarnamə verildiyi gündən bir il keçdikdən sonra öz əhəmiyyətini itirmiş olur. Etibarnaməni verən şəxsin ünvanı, habelə pasport və ya onu əvəz edən sənəd haqqında məlumat, etibarnaməni alanın adı, atasının adı və soyadı, ünvanı haqqında məlumat da etibarnamənin məzmununa aiddir.

Etibarnamənin forması. Etibarnamənin (xüsusən də baş etibarnamənin) xüsusi forması olur və notarius tərəfindən təsdiq edilir. Birdəfəlik etibarnamədə vərəqin ortasında «Etibarnamə» sözü yazılır. Aşağıdakı sətirdə sol tərəfdə etibarnamənin yazıldığı şəhər, həmin sətirdə, vərəqin sağ tərəfində etibarnamənin verildiyi tarix göstərilir. Etibarnamənin məzmunu qurtardıqdan sonra etibar edən şəxs onu imzalayır. Əgər tərəflər bir müəssisədəndirlərsə, müəssisənin kadrlar şöbəsinin rəisi və ya rəhbəri tərəfindən, əgər tərəflərlər müxtəlif idarə və təşkilatlara aiddirlərsə, onda etibarnaməni notarius təsdiq edir.

Faylı yükləyin: Etibarnamə-Nümunə


Print Friendly, PDF & Email

4 Responses

  1. Gunay
    |

    Salam.Maas kartinin tehvil alinmasi ucun birdefelik etibarnameni istediyimiz adama vere bilerik?Bunun ucun hara muraciet etmek lazimdir ve proses nece olur?Izah ede bilersiz zehmet olmasa?Evvelceden tesekkurler

  2. Muhasibat.Az
    |

    Salam, bunun üçün zəhmət olmazsa, öz bankınıza müraciət edin, hər bir bankda fərqli ola bilər

  3. Şəhla
    |

    Salam . Yoldaşım Rusiyada türmədədi pasportu vaxtı bitib, uşaqlara rusiya getmək üçün ehtibarnamə verə bilər vaxtı bitmiş pasportla

  4. Muhasibat.Az
    |

    Salam, bunun üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edin.

    https://www.migration.gov.az/