Exceldə formul xətaları (formula errors) – #DIV/0! #REF! #NUM!

posted in: Excel, Xəbər | 0
birbank biznes

Exceldə formul xətaları (formula errors) – #DIV/0! #REF! #NUM!

Exceldə formul yazarkən bəzi hallarda qarşımıza xəta mesajları çıxır. Hər birinin nə mənaya gəldiyini bilsək, problemi daha tez aradan qaldıra bilərik. Gəlin, qarşımıza çıxan xəta mesajlarını bir-bir ələ alaq.

Exceldə formul xətaları

#N/A

Bu xəta daha çox lookup funksiyaları istifadə edilərkən qarşımıza çıxır.  Lookup funksiyaları hər hansı bir məlumat bazasından müəyyən kriteriyaya uyğun gələn hər hansı bir məlumatın gətirilməsi zamanı istifadə olunur.


#DIV/0!

Xəta mesajları arasında nə olduğu ən asan anlaşılan xətadır. Hər hansı bir ədədi sıfıra böldüyünüz zaman qarşınızda bu xətanı görəcəksiniz.

#NAME!

Hər hansı bir formulun adı düzgün daxil edilmədiyi zaman qarşımıza NAME xətası çıxacaq. Məsələn, AVERAGE  funksiyasını səhvliklə AVERAEG olaraq daxil etsəniz, qarşınızda bu xəta mesajını görəcəksiniz. Və ya hər hansı bir aralığın cəmini hesablamaq istədiyinizdə, məsələn, SUM(A5:A23) əvəzinə A5 və A23 arasına : işarəsini qoymağı unudub SUM(A5A23) yazsanız, yenə eyni xətayla üzləşəcəksiniz.

Exceldə formul xətaları

#REF!
Fərz edin ki, A3, B4 və A5 xanalarındakı 3 ədədi  cəmləmək istəyirsiniz. Bunun üçün yazacağınız formul  – SUM(A3;B4;A5) olacaqdır.

Enterə klikləyirsiniz. Lakin daha  sonra B sütununu bütünüylə silmək qərarına gəlirsiniz. Az öncə yazdığımız formuldakı B4 xanası da bu silmə əməliyyatı ilə birgə silinmiş olur və cəmləmə əməliyyatımız avtomatik  #REF! xətasını verəcəkdir.

#NUM!

Əgər xanadakı ədəd xanaya sığmayacaq uzunluqda isə, o zaman Excel bu cür xəta mesajı verəcək. Məsələn hər hansı bir xanaya 20-nin 300-cü dərəcəsini hesablamaq üçün = 20^300 yazıb Enter düyməsinə bassaq, NUM xətasını görəcəyik. Çünki nəticə o qədər uzundur ki, Excel xanasına yerləşmir.

#VALUE!

VALUE xətası siz rəqəmsal funksiyaya mətn xarakterli məlumat daxil etdiyinizdə çıxır. Məsələn “klm” və “mno” məlumatlarını cəmləmək istəsəniz, qarşınıza bu xəta çıxacaq.

#########

Hər hansı bir məlumat xanaya sığmadığı zaman xananın içində bu cür işarələr görəcəksiniz. Bunun üçün xananın genişliyini artırmaq lazımdır.

Başqa bir səbəb isə, mənfi ədəd olan xananın Date formatına çevrilməsidir. Ədədi müsbətə çevirdiyiniz zaman, xəta da ortadan qalxacaqdır.

Müəllif: Elçin Xəlilov


Bax: 


Print Friendly, PDF & Email