İşçilərin işgüzar səfərlərinin rəsmiləşdirilməsi

Ezamiyyə dedikdə işçilərin işlə bağlı, adətən işlədiyi yerdən kənar yerə göndərilməsi nəzərdə tutulur. Kənar yer həm şirkətin başqa şəhərdə (rayonda, bölgədə) yerləşən filialı, struktur bölməsi, həm də kənar təşkilat ola bilər.

Ezamiyyət ilə bağlı sənədləşmə müəssisə rəhbərinin ezamiyyə əmri ilə rəsmiləşdirilir. Təcrübədə müəssisədə əmək müqaviləsi çalışmayan işçilərə ezamiyyət rəsmiləşdirilməsi halları olur. Belə hallar qayda pozuntusudur, belə ki, ezamiyyə əmək müqaviləsi əsasında çalışan şəxslərin bəlli müddətə xidməti vəzifəni yerinə yetirmək üçün göndərildiyi haldır.

İşinin mahiyyəti gediş-gəliş xarakterli olduğundan həmişə yolda olan əməkdaşların da fəaliyyəti  ezamiyyət sayılmır (məsələn, iki şəhər arasında kənd təsərrüfatı məhsulları daşıyan sürücülər). Bu işçilərə ezamiyyə xərcləri əvəzinə hər günə görə əlavə 20 manat vəsait ödənilir.

İşçini ezamiyyə yola salan zaman mütləq ona mühasibatlıqdan ezamiyyət vəsiqəsi verilməlidir. Vəsiqədə:

Mühasibat xidmətləri
  • ezam olunmuş işçinin iş yerindən çıxma qeydi;
  • onun ezam yerinə çatma qeydi, habelə;
  • ezam yerindən çıxma və iş yerinə çatma haqqında qeydləri aparılır.

Xarici işgüzar səfərlər zamanı ezamiyyə vəsiqəsində belə qeydlər aparmaq mümkün deyildirsə, hesablamalar ölkəyə giriş-çıxışı təsdiq edən pasportdakı qeydlər əsasında aparılır.

İşçilərin işgüzar səfərləri zamanı yazılışlar  “Xidməti ezamiyyətlər üzrə qeydlər kitabı”-nda aparılır.

Ezamiyyət zamanı işçilərə ödənişlər

Ezamiyyətdə olduğu vaxt, o cümlədən yolda olduğu vaxt üçün ezam olunan işçinin əsas iş yeri (vəzifəsi) və orta əmək haqqı saxlanılır.

Ezam olunmuş işçilərə ezamiyyətdə olduğu, o cümlədən yolda olduğu vaxt üçün orta əmək haqqı, və iş yeri saxlanır.

Ezamiyyə ilə bağlı Nazirlər Kabinetinin müəyyən etdiyi normalar mövcuddur. Aşağıda respublika daxili və xarici ezamiyyələr üzrə normalara keçid linkləri verilib.

“Respublika daxili xidməti ezamiyyətlər”

“Xarici ezamiyyə və onun sənədləşdirilməsi”   

Ezam olunmuş işçiyə normalara uyğun pul avansı verilir. Ezamiyyətdən qayıdan işçi mühasibatlığa  bütün təsdiqedici sənədlər əlavə edilmiş avans hesabatı təqdim edir.

Ezam edilən işçiyə verilən avans təhtəlhesab şəxslərlə hesablaşmalar qaydalarına uyğun formada aparılır.

Ezamiyyə xərclərinin mühasibat uçotu

Ezam olunmuş işçilərə gündəlik normalar çərçivəsində ezamiyyə günləri nəzərə almaqla avans məbləğ ödənilir. Ödəniş nağd və nağdsız qaydada edilə bilər.

Təhtəlhesab şəxsə kassadan ezamiyyə ödənişi edildikdə:

Dt 244 “Təhtəlhesab məbləğlər”

Kr 221 “Kassa”:  (avans məbləği)

Təhtəlhesab şəxsə bank hesablaşma hesabından ezamiyyə ödənişi edildikdə:

Dt 244 “Təhtəlhesab məbləğlər”

223 “Kassa” :   (avans məbləği)

Ezamiyyətdən qayıdan işçi avans hesabatı təqdim etdikdən sonra mühasibatlıqda araşdırma aparılır. Xərclərin məbləği avans ödənişlərindən çoxdursa və xərclər əsaslı və zəruri olarsa, mühasibatlıq işçiyə fərqi ödəyir. Bu zaman müxabirləşmə yuxarıdakılarla eynidir:

Dt 244

Kr 221 yaxud 223) (fərq məbləği).

Xərclənmiş məbləğ avans ödənişindən azdırsa, işçi fərqi məbləğini kassaya və ya bank hesabına qaytarır:

Dt 221 ( yaxud 223)

Kr 244 (fərq məbləği).

Əgər işçi artıq məbləği müəssisənin kassasına (yaxud bank hesabına) qaytarmazsa, müəssisə həmin məbləği işçinin əmək haqqından tuta bilər:

Təhtəlhesab şəxsdə artıq qalan pul onun əmək haqqından tutulur:

Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətinə borclar”:

244 “Təhtəlhesab məbləğlər”

Bütün təsdiq edilmiş ezamiyyə xərcləri qanunvericiliyin tələblərinə uyğun, normativlər çərçivəsində uyğun təyinatlar üzrə xərclərə aid edilir.

Ezamiyyətin hesablanması nümunəsi 

“X” MMC öz işçisini Zərdab şəhərinə 4 günlük ezam etmişdir. İşçiyə qabaqcadan 400 manat avans verib.

İşçi qayıtdıqdan 3 gün sonra avans hesabatı təqdim edir və hesabatda 370 manat vəsait xərclədiyini bildirib, 30 manat məbləği kassaya qaytarır. İşçinin heç bir təsdiqedici sənədi mövcud deyildir.

Mühasibatlıqda  4 gün üçün 360 manat (4*90) ezamiyyə norması hesablanır. 360 manat məbləğ işçidən tutulmur. Lakin 10 manat məbləğ işçinin muzdlu işdən gəliri kimi hesablanıb vergiyə, məcburi dövlət sosial sığortasına cəlb edilir.

Qeyd: vergitutma məqsədləri üçün mühasib yalnız gündəlik mehmanxana xərclərinin 50% miqdarını və gündəlik xərclərin hamısını gəlirdən çıxmaq hüququna malikdir. Ölkə daxili ezamiyyətlərdə ezamiyyə xərclərinin gündəlik normasının 80%-ini mehmanxana xərclərindən ibarətdir.

412 saylı “Uzunmüddətli zəmanət öhdəlikləri” hesabı üzrə uçot