Ezamiyyədə olan işçinin maaşının hesablanması

posted in: Xəbər | 1
birbank biznes

Ezamiyyədə olan işçinin maaşının hesablanması

müavinətin hesablanması, Buta Group, vakansiya, mühasib,əmək haqqı, emek haqqi, Sosial Sığorta əmlak vergisiƏmək Məcəlləsinin 179-cu maddəsinə əsasən, işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əmək haqqı ödənilməlidir. Burada işçilərin yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezamiyyətə göndərildiyi hallar nəzərdə tutulur. Həmin maddəyə fərqli yanaşmaların mövcüd olduğunu deyən iqtisadçı ekspert Anar Bayramov məsələyə aydınlıq gətirib.

Bəziləri hesab edir ki, maddənin bu şəkildə olması praktiki deyil, eyni zamanda mühasiblərə əlavə yük yaradır. Çünki aylıq əmək haqqının hesablanması zamanı işçinin ezamiyyətdə olduğu günlərə fərqli yanaşma tələb edilir. Əmək münasibətləri üzrə ixtisaslaşmış bəzi mütəxəssislər isə hesab edirlər ki, Əmək Məcəlləsinin tələbi olduğu üçün işəgötürən aylıq əmək haqqı hesablayarkən, işçinin ezamiyyə olduğu günlərə görə fərqli hesablama həyata keçirməlidir.

Misal: Tutaq ki, “A” MMC işçisini 2019-cu ilin dekabr ayında 5 günlük ezamiyyətə göndərib. İşçinin noyabr və oktyabr ayları üzrə əməkhaqqı 800 manat təşkil edib. Dekabr ayına düşən ezamiyyə günləri üçün işçinin əmək haqqını hesablayaq.

Əmək Məcəlləsinin 177-ci maddəsinə əsasən, əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla, qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqlarının cəminin həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır. Alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.

İndi misalımız üzrə mərhələli hesablamanı həyata keçirək:

Oktyabr ayı üzrə iş günlərin sayı və əmək haqqı – 23 gün və 800 manat;
Noyabr ayı üzrə iş günlərinin sayı və əmək haqqı – 20 gün və 800 manat;
Dekabr ayı üzrə iş günlərinin sayı və əmək haqqı – 20 gün və 800 manat;

Dekabr ayında işçinin ezamiyyətdə olduğu iş günlərinin sayı – 5.

Ezamiyyə üzrə orta əmək haqqının saxlanması şərti ilə əmək haqqının hesablanması aşağıdakı kimi olacaq:

1 günlük orta əmək haqqının hesablanması – (800 manat (oktyabr ayı üzrə əmək haqqı) + 800 manat (noyabr ayı üzrə əmək haqqı)) / (23 gün (oktyabr ayı üzrə iş günlərin sayı);

20 gün (noyabr ayı üzrə iş günlərin sayı))= 37,21 manat;

Ezamiyyədə olan günlər üzrə əmək haqqı – (37,21 manat (1 günlük orta əmək haqqı) x 5 gün (ezamiyyədə olan iş günlərin sayı) = 186,05 manat;

Dekabr ayı üzrə işçinin ezamiyyədə olmadığı günlərə görə əmək haqqı – (800 manat (dekabr ayı üzrə əmək haqqı) / 20 gün (dekabr ayı üzrə iş günlərin sayı) x 15 gün;

ezamiyyə günləri istisna olmaqla, digər iş günləri) = 600 manat;

Dekabr ayı üzrə cəmi əmək haqqı – (186,05 manat (ezamiyyə günləri üzrə əmək haqqı) + 600 manat (ezamiyyədə olmadığı günlərə əmək haqqı) = 786,05 manat.

Göründüyü kimi, bizim misalda işçiyə dekabr ayında 800 manat əmək haqqı hesablanmalı olduğu halda, 5 gün ezamiyyədə olması səbəbindən hesablanan əmək haqqı 786,05 manat təşkil etdi. İşçiyə az əmək haqqının hesablanmasının səbəbi orta əmək haqqının hesablanması zamanı nəzərə alınan oktyabr ayı üzrə iş günlərinin (23 gün) sayının dekabr ayı üzrə iş günlərinin (20 gün) sayından çox olmasıdır.

Orta əmək haqqının saxlanması qaydası ilə hesablamalarda bəzi hallarda işçinin ezamiyyədə olduğu ayda əmək haqqı arta bilər. Buna səbəb işçinin ezamiyyədə olduğu ayda iş günlərinin əvvəlki 2 aya nisbətən çox olması və ya əvvəlki iki ayda daha çox əmək haqqı fonduna malik olmasıdır. Ezamiyyə günlərinin bu cür hesablanması həm işçi, həm də işəgötürənlərdə narazılıq yarada bilər. O səbəbdən də, Əmək Məcəlləsinə hazırlanacaq dəyişikliklərdə bu tip məsələlər nəzərə alınmalıdır.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

  1. Kenan
    |

    Oktyabr üzrə iş günlərinin sayı 23dür. 800/23= 34.78 man 1 gunluk emek haqqi
    Noyabrda ish gunleri sayi 20 800/20= 40 manat 1 gunluk emek haqqi
    37, 21 i siz nece almisiz?