Mülkiyyətindəki kənd təsərrüfatı torpaqlarını istifadə edən fiziki şəxslərin Sosial sığorta haqqı necə hesablanır?
Sual: Mən kənd təsərrüfatına yararlı pay torpağı mülkiyyətçisiyəm. Ailəm 4 nəfərdən ibarətdir və müvafiq olaraq 4 nəfərin payına görə sosial sığorta ödənişi hər bir ailə üzvünə ayrı ayrılıqda minimum əmək haqqının 6 faizini dövlət sosial müdafiə fonduna köçürməliyəm. Faktiki olaraq mən pay torpağında buğda əkirəm. Buğdanı dekabrda əkirəm. Biçimədək heç bir iş görmürəm, yəni ki, fəaliyyət göstərmirəm. İyun ayında buğdanı biçirəm. Belə olduqda mən sosial sığorta ödənişini hansı aylar üçün ödəməliyəm? Qeyd edim ki heç bir yerdə işləmirəm. Biçimdən sonra buğdanı satıb gəlir əldə edə bilərəm.
Cavab: Bildiririk ki, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əmək haqqının 6 faizi miqdarında sosial sığorta haqqı hesablanır.
Müraciətinizdə qeyd olunanlara əsasən, torpaq sahəsindən istifadə olunduğu üçün yuxarıda qeyd olunan qaydada sosial sığorta haqqı hesablanmalı və ödənilməlidir.
Əsas: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.
Mənbə: taxes.gov.az
Bax:
-
Hüquqi şəxsin təsisçisi eyni zamanda fərdi sahibkar kimi fəaliyyət göstərə bilər?
-
Hədiyyə kartları vergiyə necə cəlb edilir?
-
Əvvəlki dövrdə artıq tutulmuş gəlir vergisi işçiyə qaytarılmalıdırmı?
-
Dövlət təşkilatının pullu xidmətlər göstərməsi sahibkarlıq fəaliyyəti sayılır?
-
Bina tikintisi fəaliyyəti ilə məşğul olanlar vergi orqanına hansı məlumatı təqdim etməlidir?
-
Əvəzləşdirilməyən əlavə dəyər vergisi xərc kimi nəzərə alınırmı?
-
102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ nə zaman yaranır və hansı sənədlər tələb olunur?