İstehsal və satışla bağlı gəlirdən çıxılan xərclər hansılardır?

posted in: Xəbər | 0
birbank biznes

Gəlirdən çıxılan xərclər, Gəlirdən çıxılmayan xərclər,Gəlirdən çıxılan xərclərin tərkibi

Vergitutma bazasının hesablanması üçün vergi ödəyicisi gəlirlərini, onların əldə edilməsinə çəkilmiş xərclərin məbləği qədər azaldır. Gəlirdən çıxılan xərclər vergi ödəyicisinin həyata keçirdiyi əsaslandırılmış, sənədlərlə təsdiqlənən məsrəflərdir (zərərlər).

Əsaslandırılmış xərclər dedikdə, pul formasında ifadə olunan, iqtisadi cəhətdən özünü doğruldan məsrəflər nəzərdə tutulur. Sənədlərlə təsdiq edilmiş, qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilmiş istənilən məsrəf bir şərtlə xərc kimi qəbul edilir ki, onlar gəlirlərin əldə edilməsinə yönəldilmiş təsərrüfat-kommersiya fəaliyyətinin həyata keçirilməsilə  bağlı olsun.

Gəlirdən çıxan xərclər xarakterindən, həyata keçirilməsindən, müəssisənin fəaliyyət istiqamətindən asılı olaraq aşağıdakı qruplara bölünür:

Əgər vergi ödəyicisi bəzi məsrəfləri bərabər əsaslarla, eyni zamanda bir neçə xərc qrupuna aid edə bilərsə, onda həmin xərclərin hansı qrupa aid olmasını müstəqil həll edir.

Vergi ödəyicisinin dəyəri xarici valyuta ilə (şərti vahidlə) ifadə olunmuş xərcləri, dəyəri manatla ifadə olunmuş xərclərlə birgə uçota alınır. Xarici valyuta məbləğlərinin manata çevrilməsi ödəyici tərəfindən uçot siyasətində seçilmiş metoddan (kassa yaxud hesablama) asılı olaraq həyata keçirilir.

İstehsal və satışla bağlı xərclər

Bu qrup xərclərə aşağıdakılar aiddir:

  • materiallar üzrə ödəmələr;
  • əməyin ödənişləri;
  • hesablanmış amortizasiya məbləği (ayırmaları);
  • sairlər.

Mənfəətin vergiyə cəlb edilməsi məqsədilə gəlirdən çıxılan xərclərin müəyyən edilməsi zamanı aşağıdakı qurumların xərcləri xüsusi qaydada müəyyən edilir:

  • banklar;
  • sığorta təşkilatları;
  • qeyri-dövlət fondları;
  • qiymətli kağızlar bazarının peşəkar iştirakçıları;
  • istehlak kooperasiyası təşkilatları;
  • xarici təşkilatlar.

Gəlirdən çıxılan material xərcləri

Bu qrupa aşağıdakı məsrəflər aid edilir:

  • mal, iş və xidmətlərin maya dəyərinin əsasını təşkil edilən, onların istehsalı, təqdim edilməsi prosesində istifadə edilən, yaxud istehsalın mühüm komponenti olan xammalllara, materiallara çəkilən xərclər;
  • istehsal olunmuş, satış üçün nəzərdə tutulmuş malların qablaşdırma, habelə digər hazırlanma xərcləri;
  • digər istehsalat və təsərrüfat ehtiyaclarında (əsas vəsaitlərin sınaqdan keçirilməsi, saxlanması, istismarı) istifadə edilən materialların əldə edilməsi məsrəfləri;
  • alətlərin, ləvazimatların, inventarların, cihazların, labaratoriya avadanlıqlarının, xüsusi geyimlərin, habelə amortizasiya olunmayan digər əmlakın alınması məsrəfləri;
  • quraşdırılmaya məruz qalan komplektləşdirici məmulatların, habelə ödəyicidə əlavə emal olunan yarımfabrikatların əldə edilməsinə məsrəflər;
  • texnoloji məqsədlərə, enerji, istilik istehsalına, eləcə də enerjinin transformasiyası, verilməsi üçün sərf edilən yanacaq, su, bütün növdən olan enerjinin əldə edilməsinə çəkilən məsrəflər;
  • kənar təşkilatlar, eləcə də müəssisənin öz struktur bölmələri tərəfindən yerinə yetirilən istehsal xarakterli işlərə, xidmətlərə çəkilən məsrəflər;
  • əsas vəsaitlərin, habelə təbiəti mühafizə xarakterli digər əmlakın saxlanması, istismarı ilə bağlı məsrəflər. Bu qrupa aşağıdakılar aiddir:
  1. ehtiyat hissələri;
  2. avadanlığın təmirində istifadə olunan komplektləşdirici materiallar;
  3. yanacaq, bütün növdən olan enerji, o cümlədən binanın qızdırılmasında istifadə olunanlar.

Material xərclərinə daxil edilən mal və materiallar, yəni;

  • vasitəçi təşkilatların komissiyon mükafatlandırılması;
  • idxal, gömrük rüsum və yığımları;
  • nəqliyyat xərcləri də daxil olmaqla;

onların əldə edilmə (alış) dəyəri  əsasında qiymətləndirilir. Onlar gəlirdən çıxılan xərclər kimi müəyyən edilərkən vergi məbləğləri nəzərə alınmır.

Əməyin ödənişi üzrə xərclər

Ştatda olan əməkdaşlara, pul yaxud natural formada hesablanmış istənilən ödəniş, vergi ödəyicisinin əməyin ödənişi xərclərinə daxil edilir. Bu qrupa aşağıdakılar aid edilir:

  • pul yaxud natural formasında işçilərə hesablanmış istənilən ödəmə;
  • stimullaşdırıcı hesablamalar, əlavələr;
  • əmək şəraiti, iş rejimi ilə əlaqədar kompensasiya hesablamaları;
  • mükafatlar, birdəfəlik həvəsləndirici hesablamalar;
  • işçilərin saxlanması ilə əlaqədar əmək müqaviləsində nəzərdə tutulmuş digər xərclər.

Həmçinin işçilərin saxlanması ilə əlaqədar kollektiv müqavilədə nəzərdə tutulmuş aşağıdakı xərclər:

  • müəssisənin yaxud toplanış məntəqəsinin olduğu yerdən vaxtadakı iş qrafikində nəzərdə tutulmuş iş yerinə və geriyə qədər yolda olduqu günlərə görə;
  • müqavilədə nəzərdə tutulmuş vəzifə maaşı yaxud tarif dərəcəsi həcmində hesablanmış ödəniş məbləği də gəlirdən çıxılan xərclərə aid edilir.

Amortizasiya ayırmaları

Amortizasiya ayırmaları amortizasiya olunan əmlaka görə hesablanılır. Vergi ödəyicisinin mülkiyyət hüququnda yaxud balansında olan, onlar tərəfindən gəlir əldə edilməsi üçün istifadə edilən əsas vəsaitlər, habelə qeyri-maddi aktivlər amortizasiya olunan əmlak hesab olunur.

Əsas vəsaitlər dedikdə malların istehsalı, satışı, işlərin görülməsi, xidmətlərin göstərilməsi zamanı yaxud müəssisənin idarə edilməsində istifadə olunan, ilkin dəyəri 500 manatda yuxarı, faydalı istifadə olunma (istismar) müddəti isə bir ildən yuxarı olan, istismar müddəti ərzində öz dəyərini hissə-hissə istehsal edilən məhsulun üzərinə keçirən, Vergi Məcəlləsinin 114-cü maddəsinə uyğun olaraq amortizasiya olunan əmək vasitələri nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, amortizasiya ayırmalarının hesablanması qaydası, əsas vəsaitlər üzrə gəlirdən çıxılan xərclər Vergi Məcəlləsinin 114-cü maddəsində müəyyənləşdirilmişdir. Maddədə əsas vəsaitlərin kateqoriyalar üzrə amortizasiya normaları müəyyən edilmişdir.

Sair xərclər

Mənfəət vergisi hesablanan zaman gəlirdən çıxılan xərclər qrupuna aid edilən digər qrup məsrəflər, tərkibi olduqca geniş olan sair xərclərdir. Bunlara istehsal prosesinin hazırlanması, təşkili, mənimsənilməsi xərcləri, texnologiyaların təkmilləşdirilməsi, keyfiyyətlə bağlı xərcləri aid etmək olar.

Müəssisənin bilavasitə istehsal, satışla bağlı olmayan fəaliyyətinin həyata keçirilməsi üzrə məsrəflər satışdankənar xərclər kimi qəbul olunur. Onların tərkibi burada daha ətraflı şərh edilib.


Print Friendly, PDF & Email