Bu gün biz sizdən ötrü ən yaxşı və ən güclü mühasib ilə bağlı on qaydanı toplamışıq. Onlara riayət etməklə siz təkcə əmək bazarında deyil, həm də gündəlik həyatda yüksək qiymətləndirilən özünütəşkil səviyyəsinə nail ola bilərsiniz.
1-ci qayda: “Bütün həyatın boyu öyrən”
Biz əbəs yerə bu qaydadan başlamamışıq, zira qalan hər şey ona əsaslanır. İnsan nəyə isə can atırsa, daha doğrusu, yeni bilik və bacarıqları əldə etməkdən çəkinmirsə, bir yerdə dayanıb-durmur. Nahaq yerə deməyiblər ki, “əgər siz əla ola bilmirsinizsə – deməli, yerində sayırsınız”. Geriyə yol yoxdur, bir yerdə dayanıb-durmaq olmaz. Yol yalnız irəliyə doğrudur. Lakin eyni zamanda sizin hansı keyfyyətdə irəliləməyiniz də çox mühümdür. Siz istər sırf mənəvi inkişaf yolu ilə gedirsiniz və ya qarşınıza iddialı bir məqsəd qoyursunuz – bu o qədər də mühüm deyil. Öz üzərinizdə işləmək daha ciddi məsələdir, burada tədris həm prosesdir, həm sizin vəziyyətiniz, həm də ruhunuzun tələbatıdır. Öz işlərinin ən yaxşı peşəkarları heç vaxt “hər şeyi bildiklərini” söyləməzlər, əksinə, onlar ən azından nəsə bir yeniliklə tanış olmağa həmişə hazır olurlar. Bir çox hallarda elə bu, uğurun rəhnidir.
2-ci qayda: “İstirahət etməyi və yaxşı işləməyi bacar”
Bu, kimisə təəccübləndirə bilər, ancaq, istirahət etməyi bacarmaq lazımdır və hətta bunu öyrənmək də çox zəruridir. Biz çox vaxt həmkarlarımızdan çalışdıqları yerdə ev işləri barədə düşünməli olduqları, evdə olduqları zaman isə iş yerində yerinə yetirilməmiş tapşırıqlar barədə düşüncələrini qovmağa çalışmaları ilə bağlı hekayələrini eşidirik. Oriyentirlərin bu cür yerdəyişməsi heç bir yerdə özünü tam şəkildə göstərməyə imkan vermir. Öz sahəsinin əsl peşəkarları, demək olar ki, “fədakarcasına” işləyirlər və vəzifələrini yerinə yetirən kimi “ürək dolusu” istirahət edirlər. Məhz, belə bir nisbətə nail ola bilsəniz, həyatınız daha gözəl, daha maraqlı və daha zəngin olacaqdır. “Boşuna keçən” adi günlər bu istiqamətlərdəki səhvlərin olduğunu göstərən bir əlamətdir.
3-cü qayda: “Punktual ol”
Punktuallıq (dəqiqlik) hərəkətlərin ardıcıllığını nəzərdə tutur və hərəkətlərin ardıcıllığı müvəffəqiyyətin açarıdır. Öz işinin əsl peşəkarı olan bir şəxs öz zamanını heç vaxt boşuna keçirmir. O, özünü 100 faiz işə həsr etdikdə və başqa nə ilə isə məşğul olduqda belə, onun gündəlik qrafikində hökmən müəyyən bölümlər olur. O, heç vaxt görüşlərə gecikmir, hesabatları vaxtında verir, vədinə xilaf çıxmır və özünə qarşı xeyirxahlıq edən insanları unutmur. Təəssüf ki, bəzi həmkarlarımız öz uyğunsuzluqlarını və “dağınıqlıqlarını” hər cür absurdlarla izah etməyə başlayırlar: “Axı, mən qadınam” və ya “Mən kişiyəm, dəqiqlik mənə görə deyil”… İş yerində nə “oğlanlar”, nə də “qızlar” olur. Öz işlərini görən mütəxəssislər, peşəkarlar var. Peşəkar – bu, “cinsi olmayan” varlıqdır, ondan ötrü “gender” güzəştləri yoxdur.
4-cü qayda: “Karyerist olma”
Təəccüblüdür, hə? Son 10 il ərzində bizə aktiv şəkildə belə bir fikir yeritmək istəyirlər ki, əgər insan “böyük müdir” olmaq istəmirsə, onda avtomatik olaraq uğursuz adama, “ambisiyasız” birinə çevrilir. Öz sahəsinin əsl peşəkarını ilk növbədə bir qədər başqa problemlər maraqlandırır. Ondan ötrü öz işini nə dərəcədə yaxşı yerinə yetirməsi, bunun ona, ailəsinə və kollektivinə hansı faydalar gətirdiyi daha önəmlidir. Peşəkarın öz işini yaxşı yerinə yetirməsi son dərəcə vacibdir, belə ki, onun işi onun şəxsiyyəti ilə eyniləşdirilir. Karyera-karyeralığında, məhz, “horizontal”, peşəkar inkişaf ondan ötrü daha vacibdir.
5-ci qayda: “Özünə və ətrafındakılara qarşı dürüst ol”
Yadımdadır ki, “Dövrümüzün qəhrəmanı” (M. Lermontovun romanı) əsərində Peçorin öz gündəliyində yazırdı ki, bu illər ərzində o, özünə qarşı dürüst olmağı, reallıqda necə görünsə də, hər şeyi öz adları ilə çağırmağı öyrənib. Əsl peşəkar xəyalpərvər ola bilər, amma, onun illüziyalarla yaşamağa haqqı yoxdur. Özünə qarşı dürüst olmadan, həmin şəxs həyatına, hərəkətlərinə və onların motivlərinə həqiqi qiymət verə bilməyəcək, başqalarına qarşı dürüst olmadan heç vaxt insanlar arasında səmimi hörmətə layiq olmayacaq. Əsl peşəkarlara, xarakterindən asılı olmayaraq hörmət edilir.
6-cı qayda: “Ehtiyacı olanlara kömək et”
Güclü mühasib – o, böyük insandır. İnsanlara isə mərhəmət xasdır. Belə adamlar heç vaxt öz problemlərinə və çətinliklərinə qapanmırlar, kimsə onlardan yardım istədikdə, kənarda qalmırlar. Onlar ətraflarında baş verənlərə biganə qala bilmirlər. Onlar, həqiqətən ehtiyacı olana həmişə kömək əlini uzatmağa hazırdırlar. Öz təcrübələrinin zərrəciklərini, peşənin sirlərini və incəliklərini öyrənmək istəyən, yenicə işə başlayan mütəxəssislərə ötürmək, onlardan ötrü çox vacibdir. Başqalarına yardım etmək, onlardan ötrü böyük zövqdür.
7-ci qayda: “Başqalarına nəzərən hədəflənmə”
Güclü mühasib – o, özünəməxsus prinsiplər, inanclar və baxışlar dəsti olan unikal şəxsiyyətdir. Kimisə kopyalamağa çalışan, onun ədəb-ərkanını, hərəkətlərini və s. təqlid edən adam uğur qazanmaz. Peşəkar özü-özünü tərbiyələndirir, çətinlikləri və maneələri sərbəst şəkildə aşmaqla özünü möhkəmlədir. O, daim öz üzərində çalışır, nəyi yaxşılaşdırmaq lazım gəlməsi ilə bağlı təsəvvürü olur. Diqqətinizi yalnız, şəxsi qiymətləndirmə zəminində başqalarına da yönəldə bilərsiniz. Kimsə hər hansı bir obrazı yüz faiz kopyalamağa hədəflənirsə, birincisi, o, heç vaxt bu məqsədinə çatmayacaq, ikincisi, yalnız “çin nüsxəsi” ola biləcək. Buna hədəflənənlərə hətta bizim məsləhətlərimiz də kömək etməz. Yəni, buna heç dəyməz də. Ən yaxşısı, onu öz üzərinizdə təcrübədən keçirin və yalnız bundan sonra nəticə çıxarın.
8-ci qayda: “İşi sonadək yerinə yetirin”
Vicdan əzabı çəkmədən deyək ki, bu, son dərəcə vacib bir qaydadır. Başa çatdırılmayan istənilən bir tapşırıq – bir növ yığılıb-qalmış “zir-zibilə” oxşayır. Zir-zibil isə məlum olduğu kimi, həyat məkanını ağırlaşdırır və daraldır. Məcazi mənada bu, yarımçıq qalmış, yarı yolda tərk edilmiş işə də aid edilə bilər. Peşəkar mühasib bundan qaçır və öz imkanlarını ayıq şəkildə qiymətləndirməyə çalışır. Yalnız bundan sonra o, tapşırığın yerinə yetirilməsinə başlayır və ona nail olmaq üçün hər cür səy göstərir.
9-cu qayda: “Başqasının əməyini dəyərləndirin”
Öz işinə, insanın ürəklə, canfəşanlıqla və vicdanla məşğul olmasına, o, hörmətlə yanaşacaqdır. Təəssüflər olsun ki, başqalarına münasibətdə buna heç də həmişə rast gəlinmir. Bizlərdən bəziləri çox asanlıqla siqaret kötüyünü səkiyə atır, sonadək içilməyən pivə bankasını küçəyə qoyur və ya buna bənzər digər əməllərə yol veririk. Güclü mühasib heç vaxt bunu etməz. Bundan əlavə, o, tabeçiliyində olanlar qarşısında öz direktorunu müdafiə edəcək və əgər direktor əməkdaşlara qarşı ədalətsiz davranarsa, onların incidilməsinə də yol verməyəcək. O, ədalət meyarı ilə düşünür və başqasının işinə sayğısız yanaşan istənilən birinə hər zaman öz iradını bildirməyə hazırdır.
10-cu qayda: “Özünütənqidə yer verin”
Hər bir insanın daxilində “kiçik bir hakim” yaşamalıdır, o, həmin insanın fəaliyyəti və hərəkətlərini hər dəqiqə qiymətləndirməlidir. Peşəkar mühasibin həm iş yerində, həm də evində həmin hakim az qala günün 24 saatını çalışmalıdır. Ətrafımızda çoxlu sayda təhlükəli və məkrli cazibələr var – yuxarıda sadalanan qaydalardan birini pozmaq, öz prinsipləri ilə hərəkət etmək, təcili yerinə yetirilməsini tələb edən məsul vəzifədən yan keçmək. Əlbəttə, bizim hər birimiz səhvlərə yol veririk, amma, güclü mühasib olmaq, yuxarıda sadalanan qaydalara müvafiq olmaq deməkdir. Öz fəaliyyətinə tənqidi yanaşması, bu işdə ona kömək edir. Beləliklə, öz işini vicdanla yerinə yetirməli, sadəcə yaxşı və layiqli bir insan olmaq lazımdır. Bu isə bildiyiniz kimi, bizim zəmanədə çox mühüm amildir.