Hansı maliyyə sanksiyası tətbiq edilə bilər?

posted in: Vergi | 1

ı) “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə vergi ödəyicisinə:

  • təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 40 faizi miqdarında;
  • təqvim ili ərzində belə hallara 2 və daha çox dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq

II)  Ciddi hesabat blanklarından istifadə

Sabit verginin ödəyiciləri göstərdikləri işə (xidmətə) görə nağd pul hesablaşmaları apararkən alıcılara ciddi hesabat blankı olan qəbz təqdim etməlidirlər.

Sabit verginin ödəyiciləri fəaliyyət növünə uyğun olaraq ciddi hesabat blanklarını (alıcıya verilən qəbz formasını) öz vəsaiti hesabına bu fəaliyyəti həyata keçirən mətbəələrə verdikləri sifariş əsasında əldə edirlər.

Qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blankı olan qəbzdən istifadə etmədən nağd pul hesablaşmalarının aparılması, alıcıya qəbzin verilməməsi və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə:

  • təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 400 manat;
  • təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 800 manat;
  • təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 200 manat maliyyə sanksiyası tətbiq edilir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email

  1. Əhmədov Niyaz
    | Reply

    Sabit verginin ödəyicisi ciddi hesabat blankı olan qəbzdən istifadə etmədikdə.Təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verdikdə 200 manat yox 1200 manat maliyyə yanksiyası tətbiq edilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *