Yəqin çoxunuz exceldə belə Həftəlik satış qrafiki ilə rastlaşmısınız:
Burada satış qrafasında rəqəmi dəyişdikdə, Həftəlik satış qrafikində müvafiq ən böyük satış sütunun rəngi dəyişərək yaşıl rəng olur. Bu tip qrafikin yaradılması texnikasını göstərmək istəyirəm.
Bunun üçün oxşar cədvəli exceldə yığırsınız və aşağıdakı kimi qrafik əlavə edirsiniz:
Sonra həmin qrafikdən bütün lazımsız elementləri delete düyməsi ilə ləğv edərək qrafiki sadələşdiririk və sütunların rəngini dəyişirik:
Ən böyük satış olan sütunu rəngləmək üçün əlavə köməkçi sütundan istifadə və MAX() funksiyasından istifadə edəcəyik. Bu funksiyanın tədbiqi olduqca sadədir:
=MAX(diapazon)
Əgər biz misalda olan diapazonu seçsək, funksiya bizə ən böyük satış, yəni 800 məbləğini qaytaracaq:
Lakin burada bizim Həftəlik satış qrafiki-nin məqsədləri üçün formulanı bir az dəyişmək lazım gələcək. B5 xanasına aşağıdakı formulanı yazmaq lazımdır:
=IF(B5=MAX($B$5:$B$11),MAX($B$5:$B$11),NA())
Əgər sizin də məlumatlarınız cədvəldəki kimi B5:B11 aralığındadırsa, həmin formulanı sadəcə kopyalararaq daxil edə bilərsiniz. Bu formula hər bir sətir üçün həmin məbləğin ən böyük olub olmadığını yoxlayır:
Bundan sonra köməkçi sütunu qrafikə kopyalayaraq (CTRL+C) əlavə edirik (CTRL+V):
Burada narıncı sütunun rəngini dəyişirik (kimin bu rəng xoşuna gəlirsə, bu rəngi saxlaya bilər):
Həftəlik satış qrafiki demək olar ki, hazırdır. Köməkçi sütunu gizlədirik və ya rəngini ağ edirik ki görünməsin:
Satış rəqəmlərini əlavə edirik və əlavə bonus 🙂
Digər excel texnikalarını müəllif Zaur İsmayılovun telegram kanalı vasitəsilə də öyrənə bilərsiniz.