Hesablaşma əməliyyatları: nağd ödənişlər, nağdsız hesablaşmalar, ödəniş sənədləri

posted in: Xəbər | 0

Nağd hesablaşmalara məhdudiyyətlər

Mühasibat uçotu subyektləri pul vəsaitləri ilə hesablaşma əməliyyatlarını nağd və nağdsız qaydada həyata keçirə bilər. Azərbaycan qanunvericiliyi vergi ödəyicilərində nağd hesablaşmalara müəyyən məhdudiyyətlər müəyyən edib. Məsələn, Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu”nun 3.3 maddəsində nağd ödənişlərə müəyyən limitlər tətbiq edilib. Onlar qanunda aşağıdakı şəkildə öz əksini tapıb. 

Vergi ödəyicilərinin vergi ödəyicisi olmayan fiziki şəxslərdən yalnız yuxarıda qeyd edilən Qanunun 3.5 maddəsində icazə verilən malları nağd qaydada satın ala bilər.

Pul vəsaitləri ilə elə hesablaşma əməliyyatları var ki, onlar mütləq nağdsız hesablaşmalar formasında həyata keçirilir, məsələn:

  • vergi ödənişləri;
  • maliyyə sanksiyası;
  • faiz ödənişləri;
  • gömrük orqanlarında ödənilən yığımlar;
  • gömrük rüsumları,
  • sığorta haqqları,
  • təhsil haqqları və s.

Yalnız nağdsız hesablaşmalar formasında həyata keçirilən əməliyyatların tam siyahısı yuxarıda qeyd Qanunun 3.4 maddəsində sadalanıb.

Mühasibat xidmətləri

Nağd ödənişlərdə 30 min və 15 min manatlıq məhdudiyyətlərə əhalidən kənd təsərrüfatı məhsullarının, metal qırıntılarının, plastik məmulatların və sair bu kimi alışların dəyəri daxil edilmir.

Nağd pul vəsaitləri ilə hesablaşmalara limitlər

2022-ci ildən etibarən bir sıra hallar üçün nağd hesablaşma əməliyyatları üzrə limitlər müəyyən edilib. Belə ki:

  • pərakəndə satış zamanı bir əməliyyat çərçivəsində (bir nəzarət-kassa aparatının çeki üzrə) nağd hesablaşma məbləği dörd min manatadək ola bilər; bu tələb avtomobillərə və Qanunun 3.4.15-ci maddəsində sadalanan mallara aid deyil.
  • tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində (bir nəzarət-kassa aparatının çeki üzrə) nağd ödənişin yuxarı həddi beş yüz manatdır.

Əməkhaqqı və ona bərabər tutulan ödənişlər mütləq nağdsız formada həyata keçirilir, amma bu, 12 ay ərzində geri hesabladıqda, satış dövriyyələri 200 min manatdan artıq olmayan ictimai iaşə, habelə digər xidmət sahələri, həmçinin pərakəndə satış fəaliyyəti ilə məşğul olanlar əməkhaqqı və ona bərabər tutulan ödənişlər nağd həyata keçirə bilər.

Bəs nağdsız hesablaşmalar nədir?

“Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu”nun 3.1 maddəsinə görə, pul vəsaitləri ilə əməliyyatların aşağıdakı formaları nağdsız hesablaşmalar sayılır:

Bu metodların hamısı nağdsız hesablaşmalardır, amma tərəflər vergi ödəyicisi olduqda, onlar arasında nağdsız hesablaşma əməliyyatları yalnız bank hesabından bank hesabına formasında həyata keçirilir.

Daha sadə desək, nağdsız ödənişlər tərəflərin bank hesablarındakı qeydlər vasitəsi ilə həyata keçirilən hesablaşma əməliyyatlarıdır. Belə hesablaşmalar zamanı pul vəsaitləri ödəyənin bank hesablaşma hesabından silinərək alanın bank hesablaşama hesabına yazılır.

Nağdsız hesablaşmaların əsas xüsusiyyətləri

  1. Vergi ödəyiciləri arasında nağdsiz hesablaşmalar onların bank hesabları vasitəsi ilə həyata keçirilir, banklar müştərilərini pul vəsaitlərini saxlamaq və köçürmək imkanı verir.
  2. Bank hesabından köçürmələri həyata keçirmək üçün bank sahibinin icazəsi mütləq lazımdır. Ödənişlər hesabdakı qalığa uyğun olaraq həyata keçirilir.
  3. Tərəflər nağdsız hesablaşma formasını özü seçir. Bu bankın müdaxiləsi olmadan tərəflər arasında müqavilə münasibətlərində əks olunur. Bank pul vəsaitləri ilə hesablaşmaları həyat keçirməkdə bir vasitəçi rolunu oynayır.
  4. Ödənişlərin müddətliliyi – vergi ödəyiciləri arasında həyata keçirilən ödənişlər zamanı kredit, sığorta müqavilələri, milliyə, vergi və mərkəzi bankın təlimatlara, əmək müqaviləsində göstərilmiş müddətlərə ciddi əməl edilməlidir.
  5. Nağdsız hesablaşmaları təminatlığı ödənişin müddətliliyinə əməl edilməsi üçün əsas şərtdir, yəni ödənişi həyata keçirən hesab sahibinin bank hesablaşma hesabında kifayət qədər vəsait olmalıdır.

Qeyd etdiyimiz kimi, bank hesabı üzrə nağdsiz hesablaşma əməliyyatlarında bank vasitəçi, hesab sahibi isə sərəncam verəndir. Belə sərəncam yazılı formada verilir. Bu məqsədlə AR Mərkəzi Bankının İdarə Heyətinin  müvafiq qərarı ilə müəyyən edilmiş təlimata uyğun standart ödəniş sənədlərdən istifadə edilir.

Ödəniş sənədlərinin hazırlanması

Pul vəsaitlərinin köçürülməsi üçün əsas verən ödəniş sənədləri kağız daşıyıcıda yaxud elektron formada hazırlanır. Kağız daşıyıcıda hazırlanmış ödəniş sənədləri yazılma günü nəzərə alınmadan üç iş günü ərzində banka təqdim edilə bilər. Yazılma günü sənədin üzərində qeyd edilmiş tarixə görə müəyyən edilir. Sənədin üzərində, habelə onun nömrəsi də qeyd edilməlidir. Ödəniş sənədlərində pozub düzəltmək, düzəliş etmək və təshihedici maddələrdən istifadə etməyə yol verilmir.

Düzəliş aparılmış, rekvizitlərdə rəqəm və yazı ilə məbləğlər arasında uyğunsuzluq olan möhür vurulmamış ödəniş sənədi qüsurlu sayılır və icraya qəbul edilmir.

Ödəniş sənədləri bir qayda olaraq nağdsiz hesablaşmanın iştirakçıları sayında banka təqdim edilir. Bankın daxili proseduraları ilə ödəniş sənədlərinin fərqli sayı da nəzərdə tutula bilər. Ödəniş sənədlərinin bütün nüsxələri eyni doldurulur.

Ödəniş sənədləri elektron daşıyıcılar vasitəsilə təqdim edildikdə elektron sənədlərə dair müştəri ilə bank arasında münasibətlər qanunvericiliyə müvafiq qaydada tənzimlənir. Aşağıdakılar müştəri ilə bank arasındakı münasibətlərin tərkib hissəsidir:

  • elektron imzadan istifadə;
  • elektron imzanın yoxlanılması;
  • elektron sənədin istifadəsi ilə bağlı digər məsələlər.

Pul vəsaitləri ilə nağdsız hesablaşma əməliyyatı zamanı tətbiq edilən ödəniş sənədlərində tərəflərin (ödəyənin və alanın, habelə onların banklarının) rekvizitləri göstərilir.

Bundan başqa ödənişin məbləği, təyinatı da mütləq banka bildirilməlidir. Ödəniş büdcəyə edilirsə büdcə təsnifat, səviyyə kodları da qeyd edilir.

Nağdsız hesablaşmalar zamanı bank hesabları üzrə əməliyyatlar ödəniş tapşırıqları, inkasso sərəncamları, habelə bank praktikasında tətbiq olunan digər ödəniş sənədləri vasitəsi ilə aparıla bilər.

Ödəniş tapşırığı vasitəsi ilə hesablaşmalar

Hal-hazırda internet bankçılıq (mobil bankçılığın) geniş tətbiq edilməsi il bağlı mühasiblər daha çox elektron formalı ödəniş tapşırıqları ilə rastlaşır. Əvvəllər, kağız daşıyıcılardan daha çox istifadə edildiyi vaxtlarda ödəniş tapşırıqları ilə banka getmək mühasibin gündəlik işinin ayrılmaz hissəsi idi.

Ödəniş tapşırığı hesab sahibinin hesab açdığı banka yazılı sərəncamıdır. Bank bu tapşırıq əsasında onun hesabından tapşırıqda qeyd olunmuş məbləğdə pul vəsaitlərinin ödəyicinin göstərdiyi şəxsin bu və ya başqa bankdakı hesabına köçürür.

Ödəniş tapşırığı vasitəsi ilə həm vergi ödəyicisinə xidmət edən bankın müştəriləri, həm də digər bankların müştəriləri ilə hesablaşmalar aparmaq olar.

Kağız daşıyıcıda ödəniş tapşırığının forması AR Mərkəzi Bankının yuxarıda qeyd edilən təlimatı əsasında müəyyən edilir.

Ödəniş tapşırığı tərtib edərkən pul vəsaitini ödəyən tərəf emitent, alan isə benefisiar hesab olunur. Hazırlanmış sənəd nağdsız hesablaşmaları aparmaq üçün banka icra üçün kağız daşıyıcıda bankın ofisində, yaxud elektron daşıyıcıda müvafiq onlayn kargüzarlıq sistemləri vasitəsi ilə təqdim edilir

Büdcə təşkilatları ödəniş sənədlərini müvafiq xəzinədarlıq orqanının icazəsi ilə tərtib edir və ödəniş tapşırığını xəzinədarlıq orqanları vasitəsi ilə təqdim edir. Büdcə təşkilatları və müvafiq xəzinədarlıq orqanları arasında onlayn sənəd mübadiləsi “Xəzinədarlığın İnformasiya İdarəetmə Portalı” vasitəsi ilə həyata keçirilir. Portalda hər bir büdcə təşkilatı üçün elektron kabinet yaradılıb. Elektron kabinetə giriş şəxsi rəqəmsal sertifikat əsasında həyata keçirilir.

Pul vəsaitləri ilə nağdsız hesablaşma əməliyyatı zamanı kağız daşıyıcıda təqdim edilmiş ödəniş sənədini bank əməkdaşı yoxlayacaq, əgər hər şey qaydasında olsa “İcraya qəbul edilmişdir” yazılı ştampı vurub, bir nüsxəsini qaytaracaqdır.

Pul vəsaitlərinin ekvivalentləri: qiymətli kağızlar