Pul vəsaitləri və hesablaşmaların uçot qarşısında vəzifələri

posted in: Xəbər | 0
birbank biznes

Pul vəsaiti, hesablaşma və kredit əməliy­yatlarının mü­hasibat uçotu qarşısında əsasən aşağıdakı vəzifələr durur:

– qeyri-nağd və nağd hesablaşmaların vaxtında sə­nəd­ləşdirilməsi və düzgün aparılması;

– mühasibat uçotu yazılışlarında nağd pul vəsai­ti­nin və hesablaşmaların tam və operativ əks etdirilməsi;

– pul vəsaitinin hazırda qüvvədə olan qanun­çu­lu­ğa uy­ğun olaraq müəyyən olunmuş limit, smeta və fon­d­lar üzrə istifadə olunmasını təmin etmək;

– müəyyən olunmuş vaxtlarda pul vəsaitinin, he­sab­laşmaların vəziyyətinin inventarlaş­dırıl­ma­sı­nı apa­r­maq, vaxtı keçmiş debitor və kreditor borclarının əmələ gəl­məsinin qarşısını almaq;

– müəssisə kassasında, bankdakı hesablaşma he­sa­bı və başqa hesab­lar­dakı pul vəsaitinin qalığı və saxlan­ma­sına nəzarətin təmin olunması;

– hesablaşma–ödəmə intizamının gözlənilməsi, alın­­mış material qiymət­liləri və xidmətlər üzrə pul vəsa­iti­nin vaxtında ödənilməsinə nəzarət etmək.

Print Friendly, PDF & Email