İcarə əməliyyatları zamanı müxabirləşmələr

posted in: Xəbər | 1
birbank biznes

İcarə əməliyyatlarıİCARƏ ƏMƏLİYYATLARI


Əmlak kirayəsi müqaviləsi – Əmlak kirayəsi müqaviləsinə görə kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

Bütün kirayə müddəti ərzində kirayəyə verən aşağıdakılar üçün məsuliyyət daşıyır:

– kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır;

– kirayəyə verilmiş əşya əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olmalıdır;

– üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmamalı və ya bu istifadəni istisna etməməlidir.

Yaşayış otağı və ya adamların olması üçün nəzərdə tutulan digər otaq həmişə elə vəziyyətdə olmalıdır ki, ondan istifadə istifadəçilərin həyatına və sağlamlığına vicdanlı kirayəyə verən üçün aşkar təhlükələr törənməsi ilə bağlı olmasın.

İcarə müqaviləsi – əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

İcarə predmeti torpaq sahələri, binalar, daşınan əşyalar, hüquqlar və müəssisələr ola bilər.

          İcarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir.

          Müvəqqəti istismar olunmayan əsas vəsaitlərin mövcudluğu və bunlara digər fiziki və hüquqi şəxslərin ehtiyacları olduqda müəssisə onları icarəyə verə bilər. Digər hallarda isə yeni yaradılan və ya fəaliyyət göstərən müəssisələrə təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üçün vəsaitlər lazım olduqda onlar həmin vəsaitləri  icarəyə götürə bilər.

          İcarə münasibətləri xalq təsərrüfatının bütün sahələrini əhatə edir. Mülkiyyətin bütün formaları və növlərinin əmlakı icarəyə verilə bilər. İcarə münasibətlərinə aid edilə bilməyən əmlakın dairəsi və növləri AR-nın qanunvericiliyi ilə müəyyən edilir.

          İcarəyə verənlə icarəçi arasındakı münasibətlər müqavilə əsasında tənzimlənir. İcarə haqqı natura, pul və ya qarışıq formada təyin edilə bilər.

          Qanunvericiliyə uyğun olaraq icarəyə götürülmüş əsas vəsaitlərə (fondlara) görə ödənilən icarə haqları tamamilə məsrəflərə (gəlirdən çıxılan xərclərə) aid edilir.

          Dövlət və bələdiyyə müəssisələrinin əmək kollektivinin azı üçdə iki hissəsinin razılığı şərti ilə ixtiyarı vardır ki, icarəçilər təşkilatı əsasında icarə müəssisəsi yaratmaq üçün müstəqil hüquqi şəxs kimi belə təşkilat yaratsın. İcarəyə vermə bütövlükdə müəssisənin, yaxud ayrı-ayrı obyektlərin icarəyə verilməsi prosesindən ibarət ola bilər. Tərəflərin razılığı, yaxud obyektin növündən asılı olaraq icarə qısamüddətli (cari) və uzunmüddətli ola bilər. Bəzi iqtisadi ədəbiyyatlarda uzunmüddətli icarə orta müddətli icarə (xayrinq) və uzunmüddətli icarə (lizinq) formalarında göstərilir. İcarənin uçotu prosesi müddətindən asılı olaraq fərqli şəkildə əks etdirilir.

          İcarə üzrə uzunmüddətli debitor borcların tərkibində icarə prosesində istifadə edilən mühasibat köçürmələrini nəzərdən keçirək.

                                                                                                                                                                                                                      (manatla)

Debet Kredit Məbləğ Əməliyyatın məzmunu
731

112

174

731

731

223

507

442

 

176

223

111

731

611

507

442

174

521

801

 

611

176

2.000,00

400,00

3.600,00

549,15

1.450,85

1.200,00

183,05

483,62

 

90,00

90,00

Obyekt 3 il müddətinə icarəyə verildiyindən ilk dəyərlə silinir

Köhnəlmə dəyəri silinir

Müqavilə qiyməti ilə haqq-hesab icarədara təqdim olunur (ƏDV-ilə)

ƏDV ayrıca göstərilir

İcarə müddəti üzrə gəlir əks etdirilir

İlin sonunda illik icarə haqqı daxil olur

Daxil olmuş icarə haqqı üzrə ƏDV hesablanır

Bir ilə düşən gəlir maliyyə nəticəsinə silinir (sonuncu üç yazılış icarənin sonuna qədər hər il təkrar olunur)

İcarəyə verən tərəfindən faiz hesablandıqda

Hesablanmış məbləğ daxil olduqda

 

Müəllif: Aydın Kərimov

Bax: Mühasibat və vergi uçotunu öyrənmək istəyənlərin nəzərinə!

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.  

Print Friendly, PDF & Email

  1. Zamiq
    |

    Salam. Yaxşı olardı ki müxabirləşmələrdə hesabla yanaşı hesabın adını da qeyd edəsiniz.