122 saylı “İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri” hesabı – müxabirləşmə nümunələri

posted in: Xəbər | 0
birbank biznes

Yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri üzrə uçot hesabı

“Uzunmüddətli aktivlər” qrupuna aid olan investisiya mülkiyyəti üzrə uçot Hesablar Planının 12-ci maddəsi üzrə aparılır. 40 saylı “İnvestisiya mülkiyyəti” MUBS (IAS 40)  bu anlayışı icarə ödənişlərinin əldə edilməsi, kapitalın artırılması yaxud hər iki məqsəd üçün saxlanılan aktiv kimi şərh edir.

İnvestisiya mülkiyyəti üzrə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə tənzimlənir.

Bu qaydalara əsasən Hesablara Planının 122 saylı hesabında həmin aktivlərin amortizasiyasının və qiymətdən düşmə zərərlərinin uçotu aparılır. Amortizasiya normaları Vergi Məcəlləsinin 114 -cü maddəsinə əsasən müəyyən edilir.

“122 saylı “İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri” hesabı üzrə uçot” adlı məqalədə uçotun əsas prinsipləri ilə tanış olmaq olar.

Müxtəlif hallar üçün müxabirləşmə nümunələri aşağıda verilib.

İnvestisiya mülkiyyəti haqqı ödənilməklə digər müəssisələrdən əldə edildikdə amortizasiya

Nümunə 1: “A” MMC digər “F” MMC-dən dəyəri 128000 manat olan investisiya mülkiyyəti kimi istifadə etmək məqsədilə bina əldə etmişdir. Tərəflərdən hər ikisi Əlavə Dəyər Vergisi ödəyicisidir. Buna görə də “A” MMC ƏDV-ni əvəzləşdirmə hüququna malikdir. Həmin il binaya 8960 manat amortizasiya hesablanmışdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Digər müəssisədən əldə edildikdə 123 – İnvestisiya mülkiyyəti ilə bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 128000.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 23040.00
3 Kapitallaşdırılmış investisiya mülkiyyəti istismara verildikdə 121 – İnvestisiya mülkiyyətinin dəyəri 123 – İnvestisiya mülkiyyəti ilə bağlı məsrəflərin kapitallaşdırılması 128000.00
4 Amortizasiya hesablandıqda 731 – Sair əməliyyat xərcləri 122 İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 8960.00

111 saylı “Torpaq, tikili və avadanlıqlar” hesabında uçota alınmış daşınmaz əmlak ilkin dəyərlə uçota alınan investisiya mülkiyyətinə aid edildikdə amortizasiya

Nümunə 2: “A” MMC balansında 111 – Torpaq, tikili və avadanlıqlar hesabında uçota aldığı dəyəri 650000 manat olan binanın istifadə olunmayan 400000 manatlıq hissəsini icarəyə vermək qərarına gəlmişdir. Əməliyyatın baş tutduğu tarixə 400000 manatlıq bina üzrə amortizasiya məbləği 28000 manat təşkil etmişdir. İnvestisiya mülkiyyətinin uçotu ilkin dəyər metodu ilə təşkil edilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Bina investisiya mülkiyyətinə aid edildikdə 121 – İnvestisiya mülkiyyətinin dəyəri 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər 400000.00
2 Amortizasiya nəzərə alınır 112 – Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 122 İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 28000.00

İnvestisiya mülkiyyəti satış məqsədilə saxlanılan investisiya mülkiyyətinə aid edildikdə amortizasiya

Nümunə 3: “A” MMC tərəfindən alınan 128000 manatlıq investisiya mülkiyyəti kimi istifadə edilən bina 4 ildən sonra satış məqsədilə saxlanılan investisiya mülkiyyətinə aid edilmişdir. Həmin dövrə yığılmış amortizasiya məbləği 35840 manat olmuşdur. Bina 107160 manata satılmışdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əldə edilən investisiya mülkiyyəti satış məqsədilə saxlanılan digər investisiya mülkiyyətinə aid edildikdə 206 – Satış məqsədi ilə saxlanılan digər aktivlər 121 – İnvestisiya mülkiyyətinin dəyəri 128000.00
2 Yığımış amortizasiya nəzərə alındıqda 122 İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 206 – Satış məqsədi ilə saxlanılan digər aktivlər 35840.00

Satılan zaman:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılan binanın balans dəyəri silindikdə 731 – Sair əməliyyat xərcləri 206 – Satış məqsədi ilə saxlanılan digər aktivlər 92160.00
2 Bina mənfəətlə satıldıqda 217 – Digər qısamüddətli debitor borcları 611 – Sair əməliyyat gəlirləri 107160.00
3 ƏDV hesablandıqda 217 – Digər qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 19288.80
4 Bina satışından gəlir əldə edildikdə 611 – Sair əməliyyat gəlirləri 801 – Ümumi mənfəət (zərər) 107160.00
5 Binaya görə olan xərc mənfəətə bağlandıqda 801 – Ümumi mənfəət (zərər) 731 – Sair əməliyyat xərcləri 92160.00

İnvestisiya mülkiyyəti tam amortizasiya olunduqdan sonra satılanda aşağıdakı yazılış verilir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Tam amortizasiya olunmuş investisiya mülkiyyəti silindikdə 122 İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 121 – İnvestisiya mülkiyyətinin dəyəri 128000.00

 

İnvestisiya mülkiyyəti mühasibat uçotu subyekti tərəfindən malların istehsalı, təchizatı, xidmətlərin göstərilməsi yaxud inzibati məqsədlər üçün istifadə edildikdə amortizasiya

Nümunə 4: “A” MMC digər “F” MMC-dən dəyəri 128000 manat olan investisiya mülkiyyəti kimi istifadə etmək məqsədilə bina əldə etmişdir. Tərəflərdən hər ikisi Əlavə Dəyər Vergisi ödəyicisidir. Həmin il binaya 8960 manat amortizasiya hesablanmışdır. İl bitən kimi “A” MMC qərara alır ki, bu binada malların istehsalını həyata keçirsin. Belə olduğu təqdirdə bina investisiya mülkiyyəti deyil istehsal binası sayılacaqdır. 1 il üzrə yığılmış amortizasiya məbləği də istehsal binasına aid ediləcəkdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Digər müəssisədən əldə edildikdə 123 – İnvestisiya mülkiyyəti ilə bağlı məsrəflərin kapitallaşdırılması 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 128000.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 23040.00
3 Kapitallaşdırılmış investisiya mülkiyyəti istismara verildikdə 121 – İnvestisiya mülkiyyətinin dəyəri 123 – İnvestisiya mülkiyyəti ilə bağlı məsrəflərin kapitallaşdırılması 128000.00
4 Amortizasiya hesablandıqda 731 – Sair əməliyyat xərcləri 122 İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 8960.00

1 il investisiya binası kimi istifadə olunan binada malların istehsalının həyata keçirilməsi qərara alınmışdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İnvestisiya mülkiyyəti binası malların istehsalı binası kimi uçota alındıqda 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər 121 – İnvestisiya mülkiyyətinin dəyəri 128000.00
2 Yığılmış amortizasiya nəzərə alındıqda 122 İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 112 – Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 8960.00

121 saylı “İnvestisiya mülkiyyətinin dəyəri” hesabı üzrə mühasibat müxabirləşmələrlə buradan tanış olmaq olar.

Hesablar Planının “Uzunmüddətli aktivlər” bölməsinə aid olan ayrı-ayrı hesablar üzrə uçot və müxabirləşmə nümunələri burada verilib.

Mədən vergisi

Print Friendly, PDF & Email