İnvestisiya təşviqi sənədi ilin ortasında alınarsa mənfəət vergisindən azadolma necə hesablanır?

posted in: Vergi, Xəbər | 0

mənfəət vergisiSual: Vergi Məcəlləsinə əsasən investisiya sənədi almış hüquqi şəxs sənəd alındığı tarixdən həmin şəxsin əldə etdiyi mənfəətin 50% mənfəət vergisindən azad edilir. Hüquqi şəxs müvafiq sənədi təqvim ilinin iyun ayında alarsa, bu zaman həmin şəxs həmin il üçün gəlirlərinin və xərclərinin uçotunu necə aparmalı və mənfəət vergisinin bəyannaməsində yanvar-may və iyun-dekabr ayları üzrə əməliyyatları necə əks etdirməlidir?

Cavab: Bildiririk ki, investisiya təşviqi sənədinin əldə edilib-edilməməsindən asılı olmayaraq vergi ödəyicisi vergi ili ərzində eyni metodu tətbiq etmək şərti ilə vergilərin uçotunu kassa metodu və ya hesablamalar metodu ilə apara bilər. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsinin 106.1.17-cı maddəsinin tələbləri nəzərə alınmaqla investisiya təşviqi sənədini almış hüquqi şəxsin həmin sənədi aldığı tarixdən əldə etdiyi mənfəətin 50 faizinə görə nəzərə alınan vergi məbləği “Mənfəət vergisinin bəyannaməsinin” 243.1-ci sətrində əks etdirilməlidir.

Bax: Vergi Məcəlləsinin 106.1.7-ci və 130-cu maddələri, Vergilər Nazirliyinin 13.01.2017-ci il tarixli Əmri ilə təsdiq edilmiş ““Mənfəət vergisinin bəyannaməsi”nin tərtib edilməsi Qaydası”.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *