İşdən azad olma əmri hazırlamaq məcburidir?

Bəli, bu qanunvericiliyində təsbit olunub. Azərbaycan Respublikasının  Əmək Məcəlləsinin 83-cü maddəsinə görə işçinin əmək müqaviləsinə xitam verilməsi işəgötürənin  əmri ilə rəsmiləşdirilir. İşçiyə məlumat vermək üçün işəgötürən aşağıdakı üsullardan birini seçir:

  • əgər əmək müqaviləsi elektron sənəd formasında bağlanarsa, işdən azad olma əmri (sərəncamı, qərarı) gücləndirilmiş elektron imza ilə elektron informasiya sistemində imzalanır və işçinin həmin sistemdəki elektron kabinetinə yerləşdirilir;
  • əmək müqaviləsi Məcəllənin 7.2-1-ci hissəsinə uyğun kağız üzərində bağlandığı halda işdən azad olma əmri (sərəncamı, qərarı) işəgötürən tərəfindən imzalanır, müəssisənin möhürü ilə təsdiqlənir, surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilir.
“Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.” (ƏM, maddə 83.4).

Əmək müqaviləsinə xitam verilməsinin əsasları

İşəgötürən işçini istədiyi vaxt, istədiyi qaydada işdən azad edə bilməz, bunun üçün qanunvericilikdə müəyyən edilmiş tələblərə əməl edilməlidir. Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları Əmək Məcəlləsinin onuncu fəslində şərh olunub.

Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:

  • tərəflərdən birinin təşəbbüsü;
  • əmək müqaviləsinin müddətinin qurtarması;
  • əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;
  • müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər);
  • tərəflərin iradəsindən asılı olmayan hallar;
  • tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

Bu əsaslar haqqında buradan daha geniş məlumat almaq olar.

Əmrə hansı məlumatlar daxil edilir?

İşdən azad olma əmri əmək müqaviləsinə xitam verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Əmr tərtib edilmə üsulundan asılı olmayaraq, özündə bir sıra məcburi məlumatları əks etdirməlidir. Bu məlumatların məzmunu Məcəllənin 84-cü maddəsində əks olunub. Bunlara aşağıdakılar aid edilir:

  • işəgötürən haqqında məlumatlar;
  • işçinin adı, atasının adı və soyadı;
  • işçinin vəzifəsi (peşəsi);
  • sənədin adı, nömrəsi, tərtib olunma tarixi;
  • işçinin işdən azad edilmə və əmrlə tanışlıq tarixləri;
  • əmək müqaviləsinə xitam verilməsi haqqında məlumat, məcəllənin uyğun maddəsi;
  • işdən azad olma əmrinin əsasları
  • əmək müqaviləsinə xitam verilən gün, ay və il.

Əmrin tarixi böyük əhəmiyyət kəsb edir, çünki o, işçinin işdən çıxarılma proseduruna necə əməl edildiyin, yəni. əmrin vaxtında verilib-verilməməsini müəyyən etməyə imkan verir. Məsələn, intizam pozuntularına görə əmək müqaviləsinə xitam verilməsi zamanı (məsələn, işdə sərxoş işçi) müəyyən prosedura əməl etmək vacibdir.

Əmrdə (sərəncamda, qərarda) bu məlumatlardan biri və ya bir neçəsi göstərilməsə, o, əmək mübahisəsini həlli zamanı məhkəmə tərəfindən etibarsız sayıla bilər.

İşdən azad olma əmrini yüklə!

İşədən azad olma əmrlərinin saxlanılması

Kağız daşıyıcıda hazırlanmış əmək müqavilələri (Məcəllənin 7.2-1 maddəsinə uyğun bağlanmış), onlara aparılan dəyişikliklər, habelə işdən azad olma əmrləri (sərəncamları, qərarları) beş il müddətinə saxlanılır. Həmin sənədlər müəssisə ləğv edilərkən müəyyən olunmuş qaydada  müvafiq dövlət arxivinə, yenidən təşkil olunma yaxud mülkiyyətçi dəyişdikdə isə yeni işəgötürənə təhvil verilir. Bu əmək müqavilələri üzər işdən azad olma əmrləri eyni qaydada və müddətdə saxlanılır.

Elektron əmək müqavilələri haqqında məlumatların arxivləşdirilməsi elektron informasiya sistemində aparılır.