İşə qəbul əmrinin hazırlanması məcburidir?

Əmək qanunvericiliyi işə qəbul üçün əmrin verilməsin işəgötürənin ixtiyarına buraxır. Bu Azərbaycan Respublikasının Əmək Məcəlləsini 81.1-ci maddəsində qeyd olunub. Həmin maddəyə görə işəgötürən bunu kargüzarlıq işini tənzimləmək məqsədi ilə edə bilər.

Buna baxmayaraq əksər şirkətlər işə qəbul əmrini tərtib etməkdə davam edir. Bir çox işəgötürənlər üçün daxili sənəd dövriyyəsinin adət etdikləri formada davam etdirmək daha rahatdır, odur ki, işçilər kağız versiyasından imtina etməyə tələsmirlər.

İşə qəbul əmri nədir və nə vaxt verilir?

İşə qəbul əmri işəgötürənin təşkilatda işləyən işçi ilə əmək münasibətlərini təsdiq edən inzibati sənəddir.

O, düzgün tərtib edilmiş və hər iki tərəfin imzaladığı əmək müqaviləsi əsasında hazırlanır. Qanunvericiliyin tələbləri gözlənilməklə yazılı formada əmək müqaviləsi bağlanmadan işəgötürənin əmr verərək əmək münasibətlərini rəsmiləşdirilməsi qadağandır.

Mühasibat xidmətləri

Əmrə hansı məlumatlar daxil edilir?

İşə qəbul əmrinin tərtib edilmə üsulundan asılı olmayaraq, o, özündə bir sıra məcburi məlumatları əks etdirməlidir. Bunlara aşağıdakılar aid edilə bilər:

  • işəgötürənin adı;
  • əmrin nömrəsi və tərtib olunma tarixi;
  • işçinin işə götürülmə tarixi (müddətli müqavilədə əmək müqaviləsinin bitmə tarixi);
  • işə qəbul edilən işçinin tam adı, soyadı, atasının adı;
  • qeydiyyatda olan işçinin vəzifəsi (peşəsi);
  • işçinin işə qəbul olunduğu struktur vahidinin adı;
  • əmək şəraiti, onun xarakteri;
  • əmək haqqının məbləği;
  • sınaq müddətinin şərtləri və müddəti (zərurət olduqda);
  • işçi ilə bağlanmış əmək müqaviləsinin təfərrüatları;
  • səlahiyyətli şəxsin imzası;
  • işçinin imzası və əmrlə tanışlıq tarixi.

İşə qəbul əmrini yüklə!

İşə qəbul əmrində hansı səhvlərə yol verilir?

Sual ola bilər, kiçik bir mətndə nə səhv? Amma, insan faktoru öz sözünü deyir, təəssüf ki, işinə səhlənkar yanaşan işəgötürənlər də var. Əmrdə ən çox rast gəlinən səhvlərə nümunə göstərək.

Əmək müqaviləsi ilə uyğunsuzluq. Əmrdə əmək şərtləri bir, əmək müqaviləsində isə fərqli olarsa, bu, pozuntu sayılacaq. Məsələn, işə qəbul əmrində sınaq müddətinin şərtləri göstərilsə də, müqavilədə bu barədə bir söz yoxdursa, bu artıq səhvdir.

Qanunvericiliyin pozulması. Bu, qəsdən olmaya da bilər – hansısa məqam kadr işçisinin diqqətindən yayına bilər. Məsələn, əmrdə müddətli əmək müqaviləsi nəzərdə tutulsa da, əslində müqavilə qeyri-müəyyən müddətə bağlanarsa, bu, əmək qanunvericiliyinin pozulması olacaqdır. Yaxud yeniyetməni yaxud əlilik qrupu olan şəxsi işə götürərkən müəyyən məqamlar diqqətdən yayına bilər.

İşə qəbul əmri hazırlanarkən yol verilən səhvlər sonda işəgötürən üçün maliyyə itkiləri, məhkəmə çəkişmələri ilə yekunlaşa bilər.

533 saylı “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” hesabı üzrə uçot (1-ci hissə)