İş təcrübəsi olmayan gənclər üçün vakansiya

posted in: bank, İş elanı, Xəbər | 0

Azərbaycanın dayanıqlı, etibarlı, 25 illik tarixə malik olan bankı – “Rabitəbank” ASC aşağıda göstərilmiş sahələrə ali təhsilli, gənc, potensialı yüksək, kreativ və təşəbbüskar, pozitiv və ən əsası  iş təcrübəsi olmayan gənc namizədləri dəvət edir:

• Müştəri xidməti sahəsi Baş ofis, Bakı şəhəri və rayon filialları (əməliyyatçılar, müştəri xidmətləri təmsilçiləri)
• Təşkilatçılıq və kargüzarlıq sahəsi (mütəxəssislər, rəhbər assistentləri)

Vakansiyalar üzrə tələblər:

• Ali təhsil
• Mükəmməl dil bilikləri: Azərbaycan, Rus, İngilis (upper-intermediate)
• Kommunikasiya qurma bacarıqları
• Microsoft Office proqramlarında işləmə bacarığı
• İşgüzar xarici görünüş
• Tez öyrənmə qabiliyyəti
• Analitik düşüncə tərzi

Əgər Siz yuxarıda sadalanmış kriteriyalara uyğunsunuzsa, özünüzü bank sahəsində peşəkar kimi yetişdirməyə hazırsınızsa, yeni biliklər və təcrübə qazanmaq istəyirsinizsə CV-lərinizi career@rabitabank.com mail ünvanına göndərməyiniz xahiş olunur. Mailin başlıq hissəsində müraciət etdiyiniz sahəni göstərməyi unutmayın.

*Qeyd etmək istərdik ki, fotoşəkil əlavə edilmiş CV-lərə üstünlük veriləcək və yuxarıda qeyd olunmuş kriteriyalara uyğun olan, ilkin seçimdən keçmiş namizədlər müsahibələrə dəvət alacaqlar.

Bütün gənclərimizə bol şanslar diləyirik!

Mənbə: banco.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *