İşsizlikdən sığorta hesabatını necə hazırlamalı???

posted in: Xəbər | 1
birbank biznes

Bildiyiniz kimi, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının  Qanunu 2018-ci il yanvarın 1-dən qüvvəyə minib. Həmin Qanunun 6-cı maddəsində digər vəzifələrlə yanaşı işçilərini işsizlikdən sığorta etdirmək, əmək haqqı fondundan və sığortaolunanın əmək haqqından bu Qanunla müəyyən edilmiş tariflər əsasında sığorta haqqını sığortaçıya ödəmək, sığorta haqqının hesablanmasının və köçürülməsinin uçotunu düzgün aparmaq və bu barədə sığortaçıya hesabat təqdim etmək sığortaedənin vəzifələrinə aid edilmişdir.

Bu qanuna əsasən işsizlikdən sığorta üzrə sığorta tarifləri aşağıdakı faiz dərəcələri ilə müəyyən edilir:

  •  Sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi;
  •  Sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əmək haqqının 0,5 faizi.

Hər ay üçün hesablanmış işsizlikdən sığorta haqqı sığortaedən tərəfindən əmək haqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə Fonda ödənilir.

Sığortaedənlər hər rüb üçün “İşsizlikdən sığorta üzrə rüblük hesabat”ı (əlavə edilir) həmin rübdən sonra gələn birinci ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda Fonda məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatla birgə  təqdim edirlər. Aprelin, iyulun, oktyabrın və yanvarın 20-i iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddəti ayın 20-sindən sonra gələn birinci iş gününə qədər artırılır.

Artıq işsizlikdən sığorta haqqında məlumatların online göndərilməsi mümkündür. Keçiddəki proseduru ardıcıl izləməklə bunu həyata keçirə bilərsiniz.

İşsizlikdən sığorta hesabatı

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email

  1. Azad
    |

    Bəs burda işçiləri əlavə etmirik finləri ilə