Vakansiya: Əmək haqqı hesablanması üzrə mütəxəssis – Partnyor MMC

Partnyor MMC

Vakansiya: Əmək haqqı hesablanması üzrə mütəxəssis tələb olunur

İşəgötürən: Partnyor MMC

Əmək haqqı: 700 - 900 AZN
İş yeri: Bakı
İş təcrübəsi: 3 ildən 5 ilə qədər
Yaş: 25 - 35 yaş
Telefon: (012) 493-18-32
Təhsil: Ali
Email: hr@partnyor.az / info@finstaff.az
Vakansiya barədə məlumat:
– Bütün iş rejimləri üzrə işçilərin aylıq əmək haqlarının hesablanması;
– Məzuniyyət haqları, xəstəlik vərəqələri üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması;
– DSMF tərəfindən ödənilən müavinətlərın müvafiq elektron informasiya sistemində işlənməsini icra etmək;
– Vahid rüblük bəyannamənin hazırlanması və təqdim olunması;
– Əmək 1 və Əmək 4 hesabatlarının hazırlanması;
– İşçilərin əmək haqqı ilə bağlı sualların vaxtlı-vaxtında cavablandırılması;
– Əmək haqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatların hazırlanması və sualların cavablandırılması;
– İş saatları: 09:00-dan 18:00-dək;
– İstirahət günləri: Şənbə, Bazar günləri.
Namizədə tələblər:

– Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;
– Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər;
– Əla səviyyədə kompüter bacarıqları (xüsusilə MS Word və Excel);
– Mükəmməl səviyyədə Azərbaycan dili, İngilis dili (rus dili biliyi arzuolunandır);
– Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi və ya bu sahədə karyera qurma həvəsi, öyrənmə və özünü inkişaf etdirmə arzusu;
– Sənədləşdirmə və yazışma işlərində yüksək səviyyədə bacarıq, punktuallıq;
– Komandada işləmək bacarığı.

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində Əmək haqqının hesablanması üzrə mütəxəssis qeyd edərək hr@partnyor.az / info@finstaff.az elektron ünvanına CV göndərməsi xahiş olunur.

Mənbə: finstaff.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

To apply for this job email your details to info@finstaff.az