Vakansiya: Əmək haqqı üzrə mühasib – ATEF Şirkətlər Qrupu MMC

ATEF Şirkətlər Qrupu MMC

Vakansiya: Əmək haqqı üzrə mühasib tələb olunur

İşəgötürən: ATEF Şirkətlər Qrupu MMC

Əmək haqqı: 1000 - 1200 AZN
İş yeri: Bakı
İş təcrübəsi: 3 ildən 5 ilə qədər
Yaş: 30 - 45 yaş
Telefon: (012) 452-20-41
Təhsil: Ali
Email: hr@atef.az / info@finstaff.az
Vakansiya barədə məlumat:

– İşçilərin aylıq əmək haqlarını hesablamaq;
– Əmək haqqı hesablamaları ilə əlaqədar mütəmadi olaraq audit yoxlamalarını həyata keçirmək;
– Müvafiq hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
– Əmək haqqı üzrə müxabirləşmələri vermək və hesabları yoxlamaq;
– Məzuniyyət haqları, xəstəlik vərəqələri üzrə ödəmələri, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişini həyata keçirmək;
– DSMF tərəfindən ödənilən müavinətlərin dövlət elektron sistemində işlənməsini icra etmək;
– Təhtəl-hesab şəxslərlə hesablaşmalar, ezamiyyə haqlarının yoxlanması, hesablanması və ödənişə təqdim edilməsi;
– Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunmasını həyata keçirmək;
– Əmək haqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlamaq;

İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi;

İş şəraiti:

– 5 günlük iş həftəsi;
– Nahar fasiləsi: 12:00-dan 13:00-dək;
– Nahar müəssisə tərəfindən təmin edilir;

Namizədə tələblər:

– Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;
– Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər;
– Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
– Hesabatların auditini bacarmalı;
– Analitik düşünmə qabiliyyəti olmalı;
– Azərbaycan və rus dili bilikləri;
– Microsoft Ofis (Excel proqramı yüksək səviyyədə) proqramlarında sərbəst işləmə bacarığı;
– Fikrini izah etmək qabiliyyəti;
– Ezamiyyə imkanları;
– Ünsiyyət yaratmaq bacarığı;
– İşə planlı yanaşması;
– Fəal olması və komandada işləmək bacarığı.

Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@atef.az / info@finstaff.az ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını (Əmək haqqı üzrə mühasib) Mövzu bölməsində göstərin.

Mənbə: finstaff.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

To apply for this job email your details to infi@finstaff.az