İnsan resursları bölməsində təcrübə proqramı – Ferrum Capital

Ferrum Capital

insan resursları bölməsində təcrübə, insan resursları üzrə təcrübəçi, insan resursları, təcrübəçi, vakansiya, İnsan Resursları üzrə TəcrübəçiAzərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC İnsan resursları bölməsində təcrübə proqramı elan edir. Təcrübə proqramı 2 ay müddətində nəzərdə tutulub. Təcrübə dövründə təcrübəçiyə şirkət tərəfindən ödəniş ediləcək və yekunda nəticəsi yüksək olan şəxslər kiçik mütəxəssis kimi işə qəbul ediləcəkdir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Təcrübə proqramına kimlər müraciət edə bilər?

• Yeni məzunlar
• 21-24 yaş aralığında gənclər

Namizəddə hansı özəllikləri axtarırıq?

• Ali təhsil (müvafiq sahə üzrə üstünlükdür)
• Əla səviyyədə şifahi və yazılı azərbaycan dili biliyi
• Orta səviyyədə ingilis dili biliyi
• Yüksək kommunikasiya bacarığı, səlis və aydın nitq qabiliyyəti
• MS Word, Excel proqramları üzrə orta biliklər

Təcrübə proqramı dövründə hansı işlər görüləcəkdir?

• İşəqəbul prosesinin təşkili və həyata keçirilməsi
• Vakansiyalar üzrə namizədlərin axtarışı, seçimi və müsahibələrin təşkili
• Əməkdaşların adaptasiyası prosesinin təşkili

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “İnsan resursları üzrə təcrübəçi” qeyd etməklə hr@ferrumcapital.az / info@finstaff.az e-mail ünvanına göndərəsiniz. Növbəti mərhələ üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Mənbə: jobsearch.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

To apply for this job email your details to info@finstaff.az