Kredit və satış sahəsi üzrə təcrübə proqramı – Para BOKT

Para BOKT

təcrübə maliyyəPARABOKT regionlar və Bakı şəhər kredit və satış sahəsi üzrə təcrübə proqramı elan edir. Proqram kredit və bank sahəsinə marağı olan gənclərə təcrübə qazanmaq və gələcəkdə Paraboktda çalışanlardan biri olmaq imkanını yaradır. Parabokt tərəfindən irəli sürülən bu təşəbbüs tələbələrin və ya iş potensialı olub ali təhsili olmayan gənclərin gələcəkdə peşəkar təcrübə əldə etməsində və Parabokt-da karyera qurmasında dəstəyini təmin edir.

Bu təcrübə proqramı iştirakçılara qazandıracaq:

– Real iş mühiti ilə tanışlıq;
– Təcrübəçilərin öz sahəsində ixtisaslaşmış əməkdaşların rəhbərliyi altında praktiki və kredit sahəsi üzrə biliklərə yiyələnmə şansı;
– Təşkilatın təşkil etdiyi onlayn və ənənəvi təlimlərdə iştirak fürsəti;
– Təcrübə proqramını uğurla başa vuran namizədlərin təşkilatımızda işlə təmin olunması.
Maraqlanan şəxslərin CV-lərini “təcrübə proqramı” başlığı ilə vakansiya@parabokt.az / info@finstaff.az ünvanına göndərmələri xahiş olunur.

Qeyd edək ki, yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.

Mənbə: jobsearch.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

To apply for this job email your details to info@finstaff.az