Vakansiya: Mal-material uçotu üzrə mühasib – Superfon

Superfon

Vakansiya: Mal-material uçotu üzrə mühasib tələb olunur

İşəgötürən: Superfon

Əmək haqqı: Razılaşma
İş yeri: Bakı
İş təcrübəsi: 3 ildən 5 ilə qədər
Yaş: 25 - 45 yaş
Telefon: -
Təhsil: Ali
Email: hr@superfon.az / info@finstaff.az
Vakansiya barədə məlumat:

Öhdəliklər:

• Mal-materiallara dair alış sənədlərinin (GB, e-qaimə) işlənməsini təmin etmək, mal-materiallarının qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara, sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin etmək;
• Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparmaq, Maliyyə Nazirliyinin normativ hüquqi aktlarına uyğun şəkildə tərtib etmək və mühasibat uçotu standartlarına uyğun şəkildə mal-material uçotunda əks olunması;
• Mal-materialların maya dəyərini hesablamaq;
• Elektron qaimə, hesab-faktura, üzləşmə və təhvil-təslim aktlarının hazırlanması və şirkətə daxil olan alış sənədlərinin düzgünlüyünə nəzarət;
• Mal-materialların alışı, yerdəyişməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin təmin edilməsi;
• Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması, xalis balans dəyərinin müəyyən edilməsi və bu əməliyyatların proqram təminatında əks olunması;

Təminatlar:

• Nahar ilə təmin edilmə;
• Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
• 5 gün tam, şənbə günü isə natamam iş qrafiki;
• Korporativ mobil nömrə;

Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Namizədə tələblər

• Ali təhsil; (Mühasibat və ya maliyyə ixtisası üzrə);
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• MS Office (Word, Excel) və 1C 8.3 proqramında sərbəst işləmək təcrübəsi;
• Məsuliyyətli və işində dəqiq olmaq;
• Analitik təhlil etmə qabiliyyəti;

Müraciət qaydaları:

CV-nizi hr@superfon.az / info@finstaff.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını Mal-material uçotu üzrə mühasib yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 26.06.2021

Mənbə: finstaff.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

To apply for this job email your details to info@finstaff.az