Vakansiya: Avans Hesabı Üzrə Mühasib – Superfon

Superfon

Vakansiya: Avans Hesabı Üzrə Mühasib tələb olunur

İşəgötürən: Superfon

Əmək haqqı: Razılaşma
İş yeri: Bakı
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Yaş: 23 - 35 yaş
Telefon: -
Təhsil: Ali
Email: hr@superfon.az / info@finstaff.az
Vakansiya barədə məlumat:

İş yeri: Bakı şəhəri;
İş təcrübəsi: Müvafiq sahə üzrə min. 2 il;
Təhsil: Ali (Mühasibatlıq, Maliyə).

Vəzifə öhdəlikləri:

1. Təhtəlhesab şəxslər tərəfindən alınan avansların təyinatından asılı olaraq müəyyən olunmuş iş günləri müddətində onların xərclənməsi barədə mühasibatlığa avans hesabatı təqdim edilməsinə və xərclənməyən pul qalığının kassaya qaytarılmasına nəzarət;
2. Ezamiyyə məqsədləri üçün verilən avans məbləğləri üzrə avans hesabatlarının təhtəlhesab şəxs ezamiyyətdən qayıtdıqdan sonra onun tərəfindən 3 iş günü müddətində mühasibatlığa təhvil verilməsinə nəzarət;
3. Təhtəlhesab şəxsdən avans hesabatına aid xərcləri təsdiq edən bütün sənədlərin (NKA çekləri, qaimə-fakturalar, biletlər, qəbzlər və s.) təhvil alınması;
4. Avans hesabatına əlavə edilmiş sənədlərin, avansın təyinatı üzrə xərclənməsinin və avans hesabatının özünün düzgünlüyünün yoxlanması, imza edilməsi və təsdiq edilməsi üçün baş mühasibə təqdim etmək;
5. Müvafiq əməliyyatları 1C proqramına daxil etmək.

Təminatlar:

– Nahar ilə təmin edilmə;
– Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
– Korporativ mobil nömrə.
– Əmək haqqı: Bazar rəqabətlidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Namizədə tələblər

1. Ali təhsil (Mühasibat və ya maliyyə ixtisası üzrə);
2. MS Office (Word, Excel) və 1C 8.3 proqramında sərbəst işləməyi bacarmaq;
3. Analitik təhlil etmə qabiliyyəti;
4. Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq;

Müraciət qaydaları:
CV-nizi hr@superfon.az / info@finstaff.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – Avans Hesabı Üzrə Mühasib yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 30.09.2021.

Mənbə: finstaff.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

To apply for this job email your details to info@finstaff.az