Vakansiya: Baş Mühasib – Sumgait Technologies Park LLC

Sumgait Technologies Park LLC

Vakansiya: Baş Mühasib tələb olunur

İşəgötürən: Sumgait Technologies Park LLC

Əməkhaqqı: Razılaşma
İş yeri: Bakı
İş təcrübəsi: 3 ildən 5 ilə qədər
Yaş: 25 - 40 yaş
Telefon: -
Təhsil: Ali
Email: cv@stp.az / info@finstaff.az
Vakansiya barədə məlumat:

– Vergi Məcəlləsinin və Beynəlxalq Mühasibat Uçotu Standartlarının tələblərinə uyğun olaraq müəssisənin dəqiq uçotunu yaratmaq;
– Hesabatları düzgün hazırlamaq, vergiləri hesablamaq və onların vaxtında dövlət büdcəsinə köçürülməsini təşkil etmək;
– Daxil olan pul vəsaitlərinin, ehtiyatların və əsas vəsaitlərin tam uçotunu aparmaq;
– Maliyyə hesabatları və hesabatların hazırlanmasına nəzarət etmək və iştirak etmək;
– Elektron Fakturaların tərtib edilməsi və göndərilməsi;
– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarını tərtib etmək;
– Əməkhaqqı hesablanması cədvəlləri hazırlamaq (əməkhaqqı, məzuniyyət haqqı, son hesablar, xəstəlik vərəqələri hesablamaq) və maaşları ödəmək;
– Maliyyə hesabatları hazırlamaq (Balans Hesabatı, Mənfəət və zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti haqqında hesabat);
– Dövlət Vergi Xidməti tərəfindən aparılan yoxlamalardan məsul şəxs;
– Rəhbərlik tərəfindən verilən bütün vəzifələri vaxtında və dəqiq həll etmək;
– Tam ştat iş; Həftə içi I – V günlər 08:00-17:00;
– Ünvan Sumqayıt şəh. H.Z. Tağıyev Qəsəbəsi.

Namizədə tələblər:

– Mühasibatlıq və ya Maliyyə ixtisası üzrə bakalavr dərəcəsi;
– Maliyyə və ya Mühasibat sahəsində minimum 3 il iş təcrübəsi;
– İstehsalat sahəsində iş təcrübəsi olmalı;
– Əla təşkilatçılıq bacarığı və detallara diqqət;
– Vergi qanunvericiliyini mükəmməl bilmək, dəyişiklikləri izləmək və vaxtında tətbiq etmək;
– Office proqramlarında, xüsusən də Excel-də işləmək bacarığı yüksək səviyyədə;
– Güclü analitik və problem həll etmə bacarığı;
– Azərbaycan dilində sərbəst danışmaq.

Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını – Baş mühasib qeyd etməklə CV formalarını, 12.11.2021-ci il tarixinədək cv@stp.az / info@finstaff.az mail ünvanına göndərə bilərlər.

Mənbə: finstaff.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

To apply for this job email your details to info@finstaff.az