Vakansiya: Baş mühasib – Aqrar İnnovasiya və Təchizat (AİSCO)

Aqrar İnnovasiya və Təchizat (AİSCO)

Vakansiya: Baş mühasib tələb olunur

İşəgötürən: Aqrar İnnovasiya və Təchizat (AİSCO)

Əməkhaqqı: 2500 - 3000 AZN
İş yeri: Bakı
İş təcrübəsi: 5 ildən artıq
Yaş: 30 - 45 yaş
Telefon: +994 012 404 14 12
Təhsil: Ali
Email: shahana.valiyeva@ram.az / info@finstaff.az
Vakansiya barədə məlumat:

– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsi;
– Şirkətin dövri mühasibat, statistik, idarəetmə və maliyyə hesabatlarını (balans, maliyyə nəticələri, pul vəsaitlərinin hərəkəti və kapitaldakı dəyişikliklər) müəyyən edilmiş müddətlərdə tərtib edib aidiyyatı üzrə təqdimatını təmin etmək;
– Daxil olan və çıxan pul (valyuta) vəsaitlərinin, xammal, material və malların (hazır məhsulun) uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışının uçotunu, iş və xidmətlərin yerinə yetirilməsinin uçotunu, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;

– Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqı və digər sosial xarakterli işçilərə ödəmələrin hesablanması və ödənilməsini, debitor və kreditorların uçotu, dövlət büdcəsinə və DSMF-yə məcburi ödənişlərin və digər ayırmaların uçotunu düzgün təşkil və nəzarət etmək;

– Rəsmi hesabatların hazırlanması (Statistika, DSMF və s.)
– Hesab və elektron qaimə-fakturaların yazılması;
– Aylıq əməkhaqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əməkhaqlarının və digər ödənişlərinin aparılması;

– Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və reyestrlərdə düzgün əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət etmək;
– Uçot siyasətinin şirkətin fəaliyyət növünə uyğunluğuna nəzarət etməklə, bu istiqamətdə mütəmadi təkmilləşdirmələr üzərində işləmək;
– Uçot sənədlərinin arxivləşdirilməsini təmin etmək;
– İllik mənfəət vergisi bəyannaməsini hazırlayıb təqdim etmək;
– İş prosesində öz sahəsi ilə bağlı meydana çıxacaq problemlərin aradan qaldırılması ilə bağlı təkliflər vermək;
– Şirkətin maliyyə-iqtisadi idarə olunmasında aktiv iştirak etmək və ehtiyac duyduqda lazımi təklifləri irəli sürmək.

Namizədə tələblər:

– Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
– İxtisas üzrə 5 il və daha çox iş təcrübəsi;
– Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
– Komandada işləmək bacarığı;
– Məsuliyyətli və işində dəqiq;
– Vergi Məcəlləsini bilməli;
– MS Office, 1C, BTP, EVHF, hesabatları mükəmməl səviyyədə bilmə.

Mənbə: finstaff.az

 

To apply for this job email your details to info@finstaff.az