Vakansiya: Hesabatlılıq və büdcələmə üzrə kiçik mütəxəssis – AS Group

AS Group

Vakansiya: Hesabatlılıq və büdcələmə üzrə kiçik mütəxəssis tələb olunur

İşəgötürən: AS Group

Əməkhaqqı: Razılaşma
İş yeri: Bakı
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Yaş: 23 - 35 yaş
Telefon: -
Təhsil: Ali
Email: hr@asgroup.az / info@finstaff.az

Vakansiya barədə məlumat:

• Menecment üçün aylıq Maliyyə Hesabatlarının hazırlanmasında iştirak etmək;
• Daxili hesabatlılıq üçün təqdim ediləcək hesabatların hazırlanmasında digər müəssisələrdən məlumatları toplamaq;
• Hesabatlar üçün toplanmış məlumatlarda hər hansı uyğunsuzluq aşkarlanan hallarda məlumatların düzəldilməsi və ya dəqiqləşdirilməsini təmin etmək;
• Büdcə prosesi üçün lazım olan tarixi məlumatları digər struktur bölmələrin sorğusuna əsasən təqdim etmək;
• Faktiki və büdcə nəticələrinin müqayisəsi, yaranan fərqlərin analitik təhlil həyata keçirərək səbəblərinin araşdırılması;
• Nahar şirkət tərəfindən təmin edilir;
• İş yeri: Yasamal rayonu.

Namizədə tələblər:

• İqtisadiyyat üzrə bakalavr dərəcəsi (Maliyyə, mühasibat uçotu və audit üstünlükdür);
• Müvafiq sahədə 1 ilə qədər iş təcrübəsi;
• Azərbaycan və İngilis dili bilikləri əla, Rus dili orta səviyyədə;
• Mükəmməl analitik və düşünmə bacarıqları;
• Stressə dözümlülük;
• Tapşırıqları sürətli yerinə yetirə bilmək bacarığı;
• MS Office bilikləri (xüsusilə Excel yüksək səviyyədə);
• 1C sistemi üzrə biliklər.

Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını – Hesabatlılıq və büdcələmə üzrə kiçik mütəxəssis,qeyd etməklə CV formalarını hr@asgroup.az / info@finstaff.az mail ünvanına göndərə bilərlər.

Mənbə: finstaff.az

To apply for this job email your details to info@finstaff.az