Vakansiya: İnventarlar üzrə mühasib – A+Co ASC

A+Co ASC

Vakansiya: İnventarlar üzrə mühasib tələb olunur

İşəgötürən: A+Co ASC

Əmək haqqı: Razılaşma
İş yeri: Xırdalan
İş təcrübəsi: 1 ildən aşağı
Yaş: 21 - 30 yaş
Telefon: 
Təhsil: Ali
Email: hr@aplusco.az / info@finstaff.az
Vakansiya barədə məlumat

Vəzifə öhdəlikləri:

• Əsas vəsaitlərin uçotu,izlənilməsi,yerdəyişmələrin sənədləşdirilməsi və müvafiq əməliyyatların sistemə işlənilməsi;
• Yeni tikililərlə bağlı məsrəflərin izlənilməsi və kapitallaşmanın uçotu;
• Digər inventarların uçotu , sayımların təşkili və ehityac yaranarsa sayımlarda iştirak;
• Sayım nəticələrinin qiymətləndirilməsi, təsdiqlədilməsi və sistemdə müvafiq əməliyyatların aparılması;
• Birbaşa rəhbərinin aidiyyatı tapşırıqlarının yerinə yetirilməsi.

İş şəraiti:

• İş yeri: Xırdalan şəhəri
• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
• Nahar Şirkət tərəfindən təmin olunur;

Namizədə tələblər:

• Maliyyə sahəsində ali təhsil; MBA (Maliyyə üzrə) ali təhsili və uyğun sahə üzrə sertifikatları olan , İFRS bilikləri olan namizədlərə üstünlük verilir.
• Yaş: 21-30;
• Cins: Yalnız kişi namizədlər;
• Maliyyə sahəsi üzrə karyera qurmaq hədəfi;
• MS Office (MS Excel) proqram bilikləri;
• Logo Tiger 3 Enterprise proqram bilikləri;
• Rus dili biliyi (iş gərəyi lazım olacaq);
• Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə İnventarlar üzrə mühasib yazaraq hr@aplusco.az / info@finstaff.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Mənbə: finstaff.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

To apply for this job email your details to info@finstaff.az