Vakansiya: Mühasib – ACA Group MMC

ACA Group MMC

Vakansiya: Mühasib tələb olunur

İşəgötürən: ACA Group MMC

Əməkhaqqı: 1000 - 1500 AZN
İş yeri: Bakı
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Yaş: 22 - 40 yaş
Telefon: (012) 404-85-82 (070) / 202-61-04 / (070)202 61 07
Təhsil: Ali
Email: info@aca-group.az / info@finstaff.az

İş barədə məlumat:

– Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə;
– BTP proqramı, 1C 8. 3 proqramında sərbəst işləmək təcrübəsi (istehsal və satış və s. e-gov.az , e-taxes.gov.az və digər portallardan istifadə etmək);
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata kecirmək;
– Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət;
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək;
– ƏDV, ÖMV, sadələşmiş gəlir, mənfəət, DSMF, Statistika, məşğulluq və hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi;
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi;
– Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
– Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi;
– Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s uçotunun həyata keçirilməsi;
– İş saatı 09:00-dan 18:00-dək (6 gün) 6-cı gün 14:00-dək;

CV-nizi info@aca-group.az / info@finstaff.az ünvanına göndərin.

Namizədə tələblər:

– Xanım namizəd;
– Mühasibat uçotu standartlarının (qaydalarının) tətbiqi;
– Vergi uçotunun vergi qanunvericiliyinə əsasən tətbiqi, BTP proqramı üzərindən mənfəət vergisi, ƏDV, Gəlir vergisi, ÖMV, Sadələşdirilmiş vergi, Torpaq-əmlak vergisi və s. bəyannamələrini tam şəkildə tərtib etmək;
– Maliyyə uçotu standartlarına əsasən Maliyyə hesabatlarının Balans, PL (Mənfəət və Zərərin hesabatı), Cash Flow (Pul vəsaitlərinin hərəkəti hesabatı), Kapitalın hərəkəti hesabatını tərtib etmə və analiz edə bilmə;
– Mühasibat uçotu tətbiqi proqramları , Mikro proqramlarını tam şəkildə bilmək (1C, 8.0 , 8.3) 8.3 mütləq digər proqramlar isə arzu olunandır);
– Kompüter bilikəri – Word, Excel – düsturlarla uçotun tətbiqi.

Mənbə: finstaff.az

To apply for this job email your details to info@finstaff.az