Vakansiya: Mühasib – Azersun Holding

Azersun Holding

Vakansiya: Mühasib tələb olunur

İşəgötürən: Azersun Holding

Əmək haqqı: Razılaşma
İş yeri: Bakı
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Yaş: 25 - 40 yaş
Telefon: -
Təhsil: Ali
Email: cv@azersun.com / info@finstaff.az
Vakansiya barədə məlumat:

– Vergi, statistika və DSMF hesabatların hazırlanması;
– Maliyyə, büdcə, maya dəyəri hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib edilməsi, düzgünlüyünün analizi və təqdim edilməsi;
– Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
– Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
– Gündəlik balansın və dövriyyə məlumatlarının hazirlanması.

Namizədə tələblər:

– Mühasibatlıq və ya maliyyə ixtisası üzrə tam ali təhsil (magistr dərəcəsi olması arzuolunandır);
– Mühasib kimi 2-3 il iş təcrübəsi;
– Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
– MS Office, 1C, BTP, EVHF hesabatları yaxşı səviyyədə bilməli;
– ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyyə modulu ilə çalışa bilməli.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@azersun.com / info@finstaff.az elektron ünvanına Mühasib başlığı ilə göndərə bilərlər.

Mənbə: finstaff.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

To apply for this job email your details to infi@finstaff.az