Vakansiya: Mühasib – BERC Group

BERC Group

Vakansiya: Mühasib tələb olunur

İşəgötürən: BERC Group

Əməkhaqqı: Razılaşma
İş yeri: Bakı
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Yaş: 23 - 35 yaş
Telefon: -
Təhsil: Ali
Email: hr@bercgroup.az / info@finstaff.az

Vakansiya barədə məlumat:

• Mühasibat və vergi uçotu qaydalarını rəhbər tutaraq uçotun aparılmasının təşkil edilməsi;
• Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin 1C proqramında) düzgün əks etdirilməsinin təmin edilməsi;
• Vergi, statistika və DSMF hesabatların hazırlanması və göndərilməsi;
• Bəyannamələrin hazırlanması və göndərilməsi;
• Xidmət göstərilən müştərilərdə vergilərin və digər məcburi ödənişlərin hesablanması və vaxtında ödənilməsini təmin etmək;
• Vergi qanunvericiliyini və yenilikləri izləyərək uçotun optimallaşdırılması istiqamətində müvafiq təkliflər vermək;
• Müştərilərin şəxsi hesab vərəqələrinin izlənilməsi və müvafiq tədbirlərin görülməsi;
• Bank əməliyyatının həyata keçirilməsi, qaimə və hesab-fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsinə nəzarət edilməsi;
• Maliyyə hesabatların tərtib edilməsi;
• Debitor – kreditorlarla hesablaşmaların aparılması;
• Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
• Xidmət göstərilən müştərilərlə cari və növbədənkənar görüşlərin keçirilməsi;
• Xidmət olunan müştərilərin vergi orqanlarında təmsil edilməsi;
• Elektron portallarda işləmək bacarığının olması (E-gov, e-sosial, e-taxes və s.);
• Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan 5 günlük iş rejimi;
• Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı;
• Rəqabət qabiliyyətli əməkhaqqı;
• Korporativ nömrə və danışıq paketi;
• İdman güzəştləri (Cəmiyyətin ofisində fəaliyyət göstərən fitnes mərkəzdən istifadə imkanı);
• Səmimi və peşəkar komanda ilə müxtəlif əyləncəli tədbirlər.

Namizədə tələblər:

• Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
• Analoji sahə üzrə minimum 1 il təcrübəyə malik olması; (konsaltinq təcrübəsi üstünlükdür)
• Yaş: 23-35 yaş;
• Hərbi mükəlləfiyyətli və ya hərbi xidmətdən möhlət hüququnun olması;
• 1C/8.3 proqramını yüksək səviyyədə bilməli;
• MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli;
• Azərbaycan Respublikasının Vergi Məcəlləsini yüksək səviyyədə bilməli;
• Azərbaycan Respsublikasının Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyatı maddələrini bilməli;
• Elektron portallarda işləmək bacarığının olması (E-gov, e-sosial, e-taxes və s.);
• Azərbaycan dili mükəmməl, xarici dil biliklərinin (ingilis, rus) olması üstünlükdür;
• Ünsiyyətcil olmalı;
• Komanda ruhlu olmalı;
• Öyrənməyə həvəsli olmalı, peşəsi ilə bağlı yenilikləri işinə tətbiq edə bilməli;
• Aktiv və məsuliyyətlilik kimi xarakterik xüsusiyyətlərə sahib olmalı;
• Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik kimi peşəkar vərdişlərə sahib olmalı;
• Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir.
• Problemləri həll etmə bacarığı olmalıdır.

Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən öz CV-lərini 31.05.2022-ci il tarixinədək hr@bercgroup.az / info@finstaff.az elektron ünvanına mövzu yerinə əməkhaqqı gözləntisini və mühasib vəzifəsi yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez imtahan təşkil edilə bilər.

Mənbə: finstaff.az

To apply for this job email your details to info@finstaff.az