Vakansiya: Mühasib köməkçisi – Steel Line Construction MMC

Steel Line Construction MMC

Vakansiya: Mühasib köməkçisi tələb olunur

İşəgötürən: Steel Line Construction MMC

Əmək haqqı: 300 - 400 AZN
İş yeri: Bakı
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Yaş: 25 - 35 yaş
Telefon: +994 55 281 30 40
Təhsil: Ali
Email: accountant@steelline.az / info@finstaff.az

 

Vakansiya barədə məlumat:

– Mühasibat sənədlərinin düzgünlüyünün yoxlanılması, saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini həyata keçirmək;
– Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hesablanması;
– DSMF hesabatlarının, Statistika hesabatlarının hazırlanması və müvafiq qurumlara təqdim edilməsi;
– Mədaxil – məxaric orderlərinin yazılması;
– Aylıq ƏDV hesabatının verilməsi;
– Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
– Verilən bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
– Vəzifə tələblərindən irəli gələn sair işlərin icrası.

Namizədə tələblər:

– Ali təhsil (mühasibat uçotu, maliyyə);
– Müvafiq sahədə 1 ildən az olmayan iş təcrübəsi;
– Microsoft Office (xüsusilə excel) proqramlarında sərbəst işləmək bacarığı;
– Komandada işləmək bacarığı;
– Yaxşı səviyyədə yazılı və şifahi ünsiyyətqurma qabiliyyəti.

Email: accountant@steelline.az / info@finstaff.az

Mənbə: finstaff.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

To apply for this job email your details to info@finstaff.az