Kameral vergi yoxlaması: Vergi Məcəlləsi, 37-ci maddə

posted in: Vergi | 0
birbank biznes

Biznesin həcmindən, işçi heyətin sayından və tətbiq edilən vergi sistemindən asılı olmayaraq hər bir hüquqi şəxs və fərdi sahibkar kameral vergi yoxlaması ilə qarşılaşır. Kameral yoxlama Dövlət Vergi Xidmətinə təqdim edilmiş vergi bəyannaməsi, hesablamalar və sənədlər əsasında həyata keçirilir. Yoxlama zamanı uyğunsuzluq yarandıqda bu barədə vergi ödəyicisi bildiriş – kameral vergi məktubu alır.

Kameral yoxlama: ümumi anlayış

Sadə dillə desək, vergi ödəyicisi müəyyən edilmiş müddətdə vergi xidməti orqanına vergi hesabatı təqdim etdikdən sonra kameral yoxlama təyin olunur. Vergi ödəyicisinin fəaliyyətinin qanunvericiliyə uyğunluğuna nəzarət etmək  üçün aparılan yoxlama onun qeydiyyatda olduğu vergi qurumunda  həyata keçirilir. Yoxlamaların təyin edilməsi tezliyi Dövlət Vergi Xidmətinə hesabatların təqdim edilmə dövrlüyündən asılıdır.

Kameral vergi yoxlamasının hüquqi əsasları Azərbaycan Vergi Məcəlləsinin 37-ci maddəsi ilə müəyyən edilib. Onu da qeyd edə ki, Məcəllədə hər bir vergi növü üzrə bəyannamələrin təqdim edilməsi, vergilərin ödənilməsi üzrə müddətlər müəyyən edilib. Bu müddətlərin pozulması maliyyə sanksiyası ilə nəticələnə bilər.

Kameral vergi yoxlamasının məqsəd və şərtləri

Vergi nəzarətinin əsas istiqaməti bəyannamənin düzgün doldurulmasının yoxlanılmasıdır. Həmçinin, kameral yoxlama zamanı artıq ödəmə yaxud borc faktını müəyyən etmək üçün keçmiş və cari hesabatların məlumatları yoxlanılır. Bu zaman vergi orqanında olan digər mənbələrdən əldə edilmiş məlumatlar da araşdırıla, dəqiqləşmə aparılması üçün sənəd və məlumatlar tələb edə bilər.

Kameral yoxlama zamanı vergi orqanı uyğunsuzluq aşkar edərsə 5 iş günü ərzində vergi ödəyicisinə bildiriş – tam adı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” olan kameral vergi məktubu göndərir. Məktubda 10 gün ərzində dəqiqləşdirilmiş hesabat (bəyannamə, cari vergi ödəmələri barədə arayış), əlavə məlumat, sənəd və izahatın vergi orqanına təqdim edilməsi tələb edilir.


Sadələşdirilmiş vergi üzrə mümkün uyğunsuzluqlara buradan baxın


Kameral yoxlamanın mərhələləri

Kameral vergi yoxlamasına daxil olan bütün fəaliyyətləri iki mərhələyə bölmək olar:

  1. Avtomatlaşdırılmış nəzarət AVİS (Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi) vasitəsilə vergi müfəttişlərinin iştirakı olmadan aparılır. Bəyannamə məlumatları Dövlət Vergi Xidmətinin məlumat sisteminə yüklənir, sonra isə elektron qaydada onların tərtib edilmə düzgünlüyü yoxlanılır. Həmçinin, alınan məlumatlar AVİS-də çarpaz təhlil edilir, büdcəyə köçürmələrin olmaması, digər qanun pozuntuları analiz edilir.
  2. AVİS-dən kənar yoxlama – qanunvericiliklə müəyyən edilmiş risk meyarların uyğun fərdi qaydada aparılan analiz və toplanmış məlumatlara əsaslanan daha dərin təhlildir.

Kameral yoxlama çərçivəsində vergi orqanı uyğunsuzluq barədə məktub göndərərək bəzi məsələlərin aydınlaşdırılmasın yaxud dəqiqləşdirilmiş vergi bəyannaməsi göndərilməsin tələb edə bilər.


Mənfəət vergisi üzrə kameral məktublara verilən cavab nümunələri ilə buradan tanış olun


Kameral vergi yoxlamasının aparılma qaydası

Vergisi bəyannaməsi təqdim edərkən vergi ödəyiciləri aşağıdakıları nəzərə almalıdır:

  • yoxlama vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında həyata keçirilir (AR VM, maddə 37.1).
  • yoxlama vergi orqanı rəhbərinin xüsusi qərarı olmadan və vergi ödəyicisini xəbərdar etmədən aparılır.
  • kameral yoxlamanın aparılma müddəti gəlir və mənfəət vergisi üzrə bəyannamənin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim  edildiyi gündən 60 iş günü müəyyən edilib. Ödəmə mənbəyində tutulan gəlirlər üzrə, habelə xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisnadır, onlar üçün müddət 30 iş gündür. Digər vergi böyənmələri üçün də 30 iş günü müddəti müəyyən edilib (AR VM, maddə 37.2). bu müddət bitdikdən sonra kameral vergi yoxlaması həyata keçirilə bilməz.
  • vergi orqanı mövcud məlumatlarda, vergi hesabatlarında uyğunsuzluq aşkar etdikdə kameral məktub göndərərək vergi ödəyicisindən əlavə sənəd, məlumat, izahat yaxud dəqiqləşdirilmiş vergi bəyannaməsi tələb edə bilər.
  • kameral vergi məktubu 5 iş günü ərzində tərtib edilərək göndərilir və dəqiqləşdirilmiş hesabatın 10 iş günü ərzində təqdim edilməsi zəruriliyi həmin uyğunsuzluq məktubunda qeyd edilir (AR, VM  37.2-1).
  • izahlara daxil edilmiş məlumatları təsdiq etmək üçün vergi ödəyicisi əlavə olaraq ilkin uçot sənədlərini, habelə hər hansı digər sənədləri təqdim edə bilər.
  • əgər kameral vergi yoxlaması zamanı vergi ödəyicisi yoxlanılan dövr üçün dəqiqləşdirilmiş vergi bəyannaməsini təqdim edərsə, kameral yoxlama müddəti onun təqdim edildiyi gündən yenidən başlayır.

Vergi ödəyicisi kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim etmədikdə, vergi orqanının vergiləri hesablamaq hüququ vardır.


Torpaq vergisi üzrə kameral vergi məktublarının məzmunu haqqında buraya keçid alın.


Beləliklə…

Vergi hesabatlarının düzgün tərtib edilməməsi bir sıra problemlər yarada bilər. Hər bir bəyannamə yaxud cari vergi ödəmələrinin hesablanması haqqında arayış̧ alındıqdan sonra vergi orqanları tərəfindən kameral vergi yoxlaması aparılır. Yoxlama müddəti bəyan edilən verginin növündən asılı olaraq 30 yaxud 60 iş günü ola bilər. Yoxlama, bir qayda olaraq, avtomatik baş verir. Sistem risk meyarlarına uyğun olaraq  bəyannaməni təhlil edir. Uyğunsuzluq olmadıqda kameral yoxlama bitmiş sayılır. Əgər varsa, vergi orqanları təqdim olunan məlumatların daha dərindən təhlil edir, vergi ödəyicisinə kameral vergi məktubu göndərərək yoxlamanın bitməsi üçün müvafiq sənədləri, yaxud dəqiqləşdirilmiş vergi bəyannaməsinin  göndərilməsin tələb edir.


Print Friendly, PDF & Email