343 saylı “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) üzrə uçot

Hesablar Planının 34-cü bölməsinin 34-cü maddəsi  üzrə açılan hesablarda mühasibat uçotu subyektlərində bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) üzrə məlumatlar uçota alınır. 343 saylı “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” hesabı həmin hesablardan biridir. Ümumiyyətlə, 34-cü maddə üzrə, AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-na  uyğun olaraq aşağıdakı hesablar açılır:

343 saylı “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” hesabı “Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” qrupuna daxil olan hesablardan biridir

Kapital hesabı olan 343 №li “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” hesabında mühasibat uçotu subyektinin keçmiş illər ərzində əldə edilmiş xalis mənfəəti (zərəri) barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Əldə edilmiş xalis mənfəət sözügedən qaydalardakı 32.5-ci bəndə əsaslanılaraq nizamlanır.

Mühasibat xidmətləri

Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) hesabına ehtiyatlar yaradıldıqda uyğun mühasibat yazılışı haqqında bəhs olunan qaydaların 32.6-cı, yaradılmış ehtiyatlar geri qaytarıldığı hallarda nəzərdə tutulan qaydaların 32.7-ci bəndi əsasında nizamlanır.

Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) hesabı ilə bağlı müxabirləşmələrə nümunələr aşağıda verilib.

Səhmlər nominal dəyərindən aşağı qiymətə satıldığı halda müxabirləşmələr

“A” ASC hər birinin dəyəri 30 AZN olmaqla 1800 ədəd səhm buraxmışdır. Həmin səhmlər 1-nin dəyəri 28 AZN olmaqla, digər səhmdara satılmışdır. Səhmdar ödənişi kassaya etmişdir.

Deməli, nominal dəyəri 30 AZN olan səhm 28 AZN-ə satılmışdırsa, aradakı 2 AZN fərq emissiya güzəştidir. Verilmiş nümunədə səhmlərin sayı 1800 olduğundan cəmi emissiya güzəşti 3600 AZN (1800×2) təşkil edir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Nizamnamə kapitalının məbləği təyin olunduqda 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 301 – Nizamnamə (nominal) kapitalı 54000.00
2 Səhmlər nominal dəyərindən aşağı qiymətə satıldıqda 221 – Kassa 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 50400.00
3 Emissiya güzəşti bölüşdürülməmiş mənfəətə silindikdə 343 – Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 3600.00

Qanunvericilik üzrə ehtiyatların 343 saylı hesabda uçotu

Müəyyən olmuşdur ki, hesabat ilinin sonunda müəssisənin formalaşan xalis mənfəəti 80000 manatdır. Nəzərdə tutulan müəssisənin direktoru tərəfindən alınan qərara əsasən mövcud xalis mənfəətin 20000 manatı nizamnamə üzrə ehtiyatlar üçün, 20000 manatı Qanunvericilik üzrə ehtiyatlara və 20000 manat isə digər ehtiyatlara ödənilməlidir.  Geriyə qalan 20000 manat Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəətə (ödənilməmiş zərərə) görə ayrılmalıdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Mallar xaricdən idxal edildikdə 801 – Ümumi mənfəət (Zərər) 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 80000.00
2 Mövcud xalis mənfəətin 20000 manatı Nizamnamə üzrə ehtiyat hesabına ödənildikdə  341 – Hesabat dövründə xalis mənfəət (zərər) 334 – Nizamnamə üzrə ehtiyat 20000.00
3 Mövcud xalis mənfəətin 20000 manatı Qanunvericilik üzrə ehtiyat hesabına ödənildikdə 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 333 – Qanunvericilik üzrə ehtiyat 20000.00
4 Mövcud xalis mənfəətin 20000 manatı Digər ehtiyatlar hesabına ödənildikdə 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 335- Digər ehtiyatlar 20000.00
5 Geridə qalan 20000 manat Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəətə (ödənilməmiş zərərə) görə ayrıldıqda 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 343 – Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəətə (ödənilməmiş zərər) 20000.00

Uzunmüddətli öhdəliklər yaradıldıqda mühasibat yazılışları

“A” MMC və “B” MMC arasında anlaşılmazlıq nəticəsində yaranan münaqişənin həlli üçün “A” MMC məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən verilən qərar “A” MMC-nin lehinə olmuşdur və  “B” MMC “A” MMC-ə cərimə ödəməlidir. Nəticədə yaranan 5000 manat dəyərindəki hüquqi öhdəliyin 3000 manatı “B” MMC tərəfindən qarşı tərəfin bank hesablaşma hesabına köçürüləcəkdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Qısamüddətli hüquqi öhdəlik yaradıldıqda 343 – Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (bölüşdürülməmiş zərər) 413 – Uzunmüddətli hüquqi öhdəliklər 5000.00
2 3000manat dəyərindəki cərimə “A” MMC-ə ödəndikdə 413 – Uzunmüddətli hüquqi öhdəliklər 223 – Bank hesablaçma hesabları 3000.00

Qısamüddətli öhdəliklər yaradıldıqda 343-cü hesab üzrə uçot

“A” MMC və “B” MMC arasında anlaşılmazlıq nəticəsində yaranan münaqişənin həlli üçün “A” MMC məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən verilən qərar “A” MMC-nin lehinə olmuşdur və  “A” MMC-ə cərimə ödənilməlidir. Nəticədə yaranan 5000 manat dəyərindəki hüquqi öhdəliyin 3000 manatı “A” MMC-nin bank hesablaşma hesabına köçürüləcəkdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Qısamüddətli hüquqi öhdəlik yaradıldıqda 343 – Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (bölüşdürülməmiş zərər) 513 – Qısamüddətli hüquqi öhdəliklər 5000.00
2 3000manat dəyərindəki cərimə “A” MMC-ə ödəndikdə 513 – Qısamüddətli hüquqi öhdəliklər 223 – Bank hesablaçma hesabları 3000.00

Müəssisə xalis mənfəət əldə etdikdə müxabirləşmələr

 Hesabat ilində müəssisə 20000 manat dəyərində xalis mənfəəti formalaşmışdır və bu mənfəətdən istifadə edilmi (bölüşdürülmür), nəticədə növbəti ilə keçirilir. Növbəti il isə sözügedən müəssisə 2000 manat zərər etmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Müəssisə xalis mənfəət əldə etdikdə 801 – Ümumi mənfəət (zərər) 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 20000.00
2 Növbəti il keçmiş ilə aid bölüşdürülməmiş mənfəət uçota alındıqda 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 343 – Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (bölüşdürülməmiş zərər) 20000.00

İkinci ilin sonunda müxabirləşmə aşağıda göstərildiyi kimidir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Müəssisə cari ili zərərlə başa vurduqda 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 801 – Ümumi mənfəət (zərər) 2000.00
2 İlin sonunda bu zərər keçən ildən qalan bölüşdürülməmiş mənfəətdən çıxıldıqda 343 – Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (bölüşdürülməmiş zərər) 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 2000.00

ƏMAS-da işçinin əmək şəraitinin hansı halları qeyd edilməlidir?