Müəssisələr kommersiya fəaliyyətində istifadə olunmuş xammal və material xərclərinin, belə fəaliyyətlə məşğul olan işçi heyəti ilə bağlı xərcləri, habelə amortizasiya və digər xərclərin uçotunu ayrıca aparmalıdırlar. Bu məqsədlə 711 saylı “Kommersiya xərcləri” hesabından istifadə edilir.
Müəssisələrdə kommersiya xərcləri nədir?
Kommersiya xərcləri istehsal prosesindən sonra, məhsulun satışa çıxarıldığı və istehlakçıya çatdırıldığı mərhələdə yaranır. Başqa sözlə, kommersiya xərcləri satışın təşkili, reklam, məhsulların daşınması və satış sonrası xidmətləri əhatə edir.
Kommersiya xərcləri idarəetmə xərclərindən fərqlənir, çünki idarəetmə xərcləri (ofis icarəsi, rəhbər heyətin maaşı və s.) bütün müəssisənin fəaliyyətini dəstəkləyir, kommersiya xərcləri isə birbaşa satış prosesinə bağlıdır. Belə xərclərə aşağıdakılar nümunə göstərilə bilər:
- reklam və marketinq xərcləri – televiziya, radio, internet, sosial media və digər platformalarda reklamın yayımı, reklam agentliklərinə ödənişlər, marketinq tədqiqatları və aksiyaların təşkili.
- işçi heyyətlə bağlı xərclər – buraya belə fəaliyyətlə birbaşa məşğul olan şəxslərlə bağlı xərclər aiddir (məsələn əməkhaqqı, bonus ödənişlri, həmin şəxslər üzrə hesabalanan sosial sığorta ayırmaları;
- amortizasiya xərcləri – kommersiya xərcləri kimi tanınan aktivlər üzrə amortizasiya xərcləri (məsələn, satış nöqtələrinin amortizasiyaı) və sair.
711 saylı “Kommersiya xərclər” hesabı
Azərbaycan Respublikasında kommersiya müssiələri üçün Hesablar Planının tərkibi, habelə uçotun beynəlxalq standartlara uyğun aparılması Maliyyə Nazirliyinin “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” (bundan sonra -“Qaydalar”) ilə tənzimlənir.
Qaydaların 53.1-ci bəndinə görə “kommersiya xərclərinin uçotu Hesablar Planının 71-ci maddəsində əks etdirilir. Bu maddədə mühasibat uçotu subyektinin kommersiya fəaliyyətində istifadə olunmuş xammal və material xərcləri, kommersiya fəaliyyəti ilə məşğul olan işçi heyəti ilə bağlı xərclər və işçi heyəti ilə bağlı xərclərə görə hesabalanılan sosial sığorta ayırmaları, kommersiya fəaliyyəti ilə bağlı aktivlərin amortizasiya xərcləri və kommersiya fəaliyyəti ilə bağlı digər xərclər barədə ümumiləşdirilmiş məlumatlar təqdim edilir.”
Maddə üzrə 711 saylı “Kommersiya xərcləri” hesabı və bu hesab üzrə aşağıdakı subhesablar açılır:
- 711-1 saylı “Kommersiya xərcləri kimi tanınan xammal və material xərcləri”;
- 711-2 saylı “Kommersiya xərcləri kimi tanınan işçi heyəti üzrə xərclər”;
- 711-3 saylı “Kommersiya xərcləri kimi tanınan işçi heyəti üzrə xərclərə görə hesabalanılan sosial sığorta ayırmaları”;
- 711-4 saylı “Kommersiya xərcləri kimi tanınan aktivlər üzrə amortizasiya xərcləri”;
- 711-5 saylı “Kommersiya xərcləri kimi tanınan digər xərclər”.
Hesab üzrə uçotun tənzimlənməsi
Fövqəladə xərclərin uçotu yuxarıda qeyd edilən Qaydaların 53.3 – 53.12 bəndlərinin tələblərinə uyğun aparılır.
- kommersiya xərcləri kimi tanınan xammal və materiallarla bağlı xərc məbləğlərinə aşağıdakı kimi mühaisbat yazılışı verilir (Qaydaların 53.3, 53.4):
| Debet 711-1 | Kredir 201 (207) |
| Debet 801 | Kredit 711-1 |
- kommersiya xərcləri kimi tanınan işçi heyəti üzrə xərc məbləğlərinə veriləcək müxabirləşmələr Qaydalaırn 53.5 və 53.6-cü bəndlərinin tələblərinə uyğun olaraq aşağıdakı kimi verilir:
| Debet 711-2 | Kredir 191 (242, 411, 441, 511, 514, 523, 533, 541 207) |
| Debet 801 | Kredit 711-2 |
- mühasibat uçotu subyektinin kommersiya xərcləri kimi tanınan işçi heyəti üzrə xərclərə görə hesabalanılan sosial sığorta ayırmaları barədə ümumiləşdirilmiş məlumatlar 711-3 saylı subhesabın debeti üzrə əks etdirilir (53.7, 53.8-ci bəndlər):
| Debet 711-3 | Kredir 522 |
| Debet 801 | Kredit 711-3 |
- kommersiya fəaliyyəti ilə bağlı aktivlərin amortizasiya xərclərinın dəyəri barədə ümumiləşdirilmiş məlumatlar Qaydaların 53.9 və 53.10-cu bəndlərinə uyğun uçota alınır və aşağıdakı müxabirləşmələr verilir:
| Debet 711-4 | Kredir 102 (112, 122, 132) |
| Debet 801 | Kredit 711-4 |
- kommersiya xərcləri kimi tanınan digər xərclər barədə ümumiləşdirilmiş məlumatlar 711-5 saylı subhesabın debeti üzrə uçota alınır. Kreditlərşən hesablar Qaydalrın 53.11-ci bəndi ilə tənzimlənir. Xərclərin bağlanması 801 saylı hesabın debiti üzrə müxabirləşmə verilərək aparılır.
Hesabla bağlı mühasubat yazılışları
Nümunə: Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən ABC MMC, şirkətin anbarında olan 30000 manatlıq malları satmağa hazırlaşır. Marketinq əməkdaşlarına stışın təşkili üçün uyğun tapşırıq verilib. Satşın təşkili işləri çərçivəsində onlar 1500 manatlıq reklam işləri həyata keçiriblər. Malların satışı məqsədi ilə marketinqlə məşğul olan işçilərinə (hər birinin əməkhaqqı 1000 manatdan az deyil) kommersiya xərci kimi tanınan 5000 manat əməkhaqqı hesablanıb. Aşağıdakı cədvəldə bu əməliyyatlarla bağlı mühasibat yazılışları verilib.
| Əməliyyatın məzmunu | Debit | Kredit | Məbləğ (manat) |
| Şirkətin anbarında olan, satmağa hazırlaşdığı mallar | 205: “Mallar” | – | 30 000 |
| Satışı nəzərdə tutlmuş mallar üçün reklam xərcləri | 711-5: “Kommersiya xərcləri”
|
538: “Digər qısamüddətli kreditor borclar” | 1 500 |
| Marketinq mütəxəssislərinə əməkhaqqı hesablanıb | 711-2: “Kommersiya xərcləri” | 533: “Əməyin ödənişi üzrə işçi heyətinə olan qısamüddətli kreditor borcları” | 5 000 |
| DSMF, əmək haqqının 15%-i | 711-3: “Kommersiya xərcləri” | 522: “Sosial sığorta və təminat üzrə öhdəliklər” | 764
|
| Əməkhaqqına görə işsizlikdən sığorta məbləği (0,5%) hesablanıb | 711-3: “Kommersiya xərcləri” | 523: “Digər məcburi ödənişlər” | 25 |
| Əməkhaqqına görə İTS (2%) | 711-3: “Kommersiya xərcləri” | 538: “Digər qısamüddətli kreditor borclar” | 100 |
| Hesabat ilinin kommersiya xərclərinin bağlanması | 801: “Ümumi mənfəət (zərər)” | 711: Ayrı-ayrı subhesablar üzrə | 7389 |

