Qeydiyyat → “Mühasibat kargüzarlığı” kursu
Əksər hallarda mühasib köməkçisi, kiçik mühasib və hətta mühasib vakansiyalarında əsasən bu tələblərə rast gəlirik:
- E-qaimə fakturanın tərtib olunması və göndərilməsi;
- Hesab fakturaların hazırlanması;
- Təhvil-təslim aktlarının hazırlanması;
- E-gov.az, e-taxes.gov.az, digər portallardan istifadə etmək;
- Ödəniş tapşırıqları və ya internet banking vasitəsilə ödənişlərin həyata keçirilməsi;
- ƏDV depozit ödənişləri;
- Statistik hesabatların göndərilməsi;
- Vahid rüblük hesabatların göndərilməsi;
- Əməkhaqqı hesablanması;
- Kassa əməliyyatları və s.
Əslində bu texniki işləri öyrənmək bir o qədər də çətin deyil. Bütün bunları nəzərə alaraq sırf mühasibatın gündəlik texniki işlərini praktiki tərəfdən öyrədəcək 20 saatlıq Mühasibat kargüzarlığı kurslarımıza qoşulmağa tələsin.
Əvvəlki kurslarımızın iştirakçılarına 10 % endirim nəzərdə tutulub.
Dərslər həmçinin onlayn qaydada da tədris edilir.
Bir çox köməkçi fayl və cədvəllər iştirakçılara təqdim ediləcək. Kursu bitirdikən sonra çalışan şəxslər iş zamanı yaranmış problemlərlə bağlı 3 ay ərzində müəllimdən konsultasiya ala biləcəklər.
Əlavə suallarınıza cavabı linkdən qeydiyyatdan keçdikdən sonra sizinlə əlaqə saxlayan şəxsdən tam öyrənə bilərsiniz. Uğurlar!
“Mühasibat kargüzarlığı” kursu üçün qeydiyyat linki: https://form.cubics.pro/form
Təlimçilər barədə:
Salman Əbdülrzazadə
İqtisad Universitetində “Biznesin idarə edilməsi və təşkili” ixtisası üzrə bakalavr, Türkiyənin Selçuk Üniversitetində “Mühasibat uçotu” ixtisası üzrə magistr təhsili almış və hazırda Selçuk Üniversitetində “Mühasibat uçotu” ixtisası üzrə doktorantura təhsili alır.
2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat dərsini tədris etməkdədir. Eyni zamanda “Accounting.az” MMC-də “Mühasibat üzrə aparıcı mütəxəssis” olaraq fəaliyyət göstərməkdədir. Mühasibat ilə bağlı bir çox elmi konfranslarda və seminarların təşkil edilməsində iştirak etmişdir.
Mühasibat kargüzarlığı kursunun proqramı aşağıdakı kimidir:
1. Vergi sistemi ilə tanışlıq
- Taxes.gov.az saytı ilə tanışlıq;
- E-taxes.az saytı ilə tanışlıq;
- E-taxes.gov.az saytında giriş üçün login-parol-şifrə necə alınmalı?;
- Asan imza nədir? Hardan, necə əldə etməli? İstifadə qaydaları;
- Asan imza – Biznes sertifikatının online qaydada əldə edilməsi və vaxtının uzadılması;
- Asandoc proqramı və istifadə qaydası;
- Praktiki olaraq asandoc proqramı ilə sənəd imzalanması.
2. İlkin sənədlərlə tanışlıq, şirkət qeydiyyatı və hazır sənədlərin alınması
- Hüquqi və fiziki şəxs anlayışı;
- Hüquqi şəxsin elektron qeydiyyatı, qeydiyyatdan əvvəlki prosedurlar. Praktiki nümunələr;
- Qeydiyyatdan keçiriləcək adın mövcud olub-olmadığını necə öyrənməli?;
- Elektron imza olmadan adi qeydiyyat ərizəsi nədir? (Doldurulması qaydası);
- Adi qeydiyyat ərizəsi nədir? (Doldurulma qaydası);
- Fiziki şəxsin elektron qeydiyyatı;
- Şirkət yaratdıqdan sonrakı vacib işlər nələrdir?;
- Təsisçi qərarı və digər hüquqi sənədlər;
- Praktiki olaraq təsisçi qərarlarının hazırlanması.
3. Vergi online kargüzarlığı
- Fəaliyyət kodunun dəyişdirilməsi, yeni fəaliyyət kodunun əlavə edilməsi;
- Fiziki (hüquqi) şəxsin məlumatlarında dəyişiklik edilməsi;
- Təsərrüfat subyektinin (obyektin) qeydiyyata salınması;
- Təsərrüfat subyektinin (obyektin) qeydiyyatdan çıxarılması;
- Obyektin fəaliyyətinin bərpa edilməsi;
- Fiziki şəxsin fəaliyyətinin dayandırılması;
- Hüquqi şəxsin fəaliyyətinin dayandırılması;
- Dövlət büdcəsinə borcun olub-olmaması barədə arayışın əldə edilməsi;
- ƏDV qeydiyyatı ərizəsi.
4. Alış və satışlar, ilkin sənədlərin hazırlanması, e-qaimə, YGB
- Alqı-Satqı müqavilələrin hazırlanması;
- Hesab-fakturaların hazırlanması;
- E-Qaimələrin hazırlanması və təsdiqlənməsi;
- EFP proqramının yüklənməsi və bu proqramın köməyi ilə qaimənin hazırlanması;
- Təhvil-təslim aktlarının hazırlanması / Avtomatlaşdırılması;
- Yük Gömrük Bəyannaməsi (YGB) / Mal kodunun alınması;
- Yük Gömrük Bəyannaməsi (YGB) / İdxal və İxrac sənədlərinin hökümət portalından yüklənməsi;
- Praktiki olaraq müqavilələrin hazırlanması.
5. Bank və kassa əməliyyatları
- Bank hesablarının açılması / Tələb olunan sənədlər;
- Şəhadətnamə-dublikatın göndərilməsi qaydası;
- Mövcud bank hesablarından istifadə qaydası və bank əməliyyatları;
- Ödəniş tapşırıqlarının hazırlanması / Ödəniş tapşırıqlarının avtomatlaşdırılması;
- Büdcə təsnifat kodları və səviyyə kodları / Büdcə rekvizitləri;
- İnternet bankinqdən istifadə;
- Konvertasiya;
- Valyuta əməliyyatları;
- Xarici və yerli şirkətlərə ödənişlər;
- Kassa çeki / Pul vəsaitinin nağdlaşdırılması;
- Kassa əməliyyatları;
- Kassa sənədləri;
- Kassa kitabı / Yazılma qaydası;
- Kassa Mədaxil Orderi / Doldurulma qaydası;
- Kassa Məxaric Orderi / Doldurulma qaydası;
- Təhtəlhesab şəxs;
- Ezamiyyət / Ezamiyyət hesablanması;
- Avans hesabatlarının tərtib edilməsi;
- Praktiki olaraq kassa, ezamiyyə sənədlərinin və avans hesabatının tərtib edilməsi.
6. Gəlir və xərclərin uçotunun aparılması
- İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlir və xərclərin uçotunun aparılması Qaydası;
- Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlir və xərclərin uçotunun aparılması Qaydası;
- Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlir və xərclərin uçotunun aparılması Qaydası;
- İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlir və xərclərin uçotunun aparılması Qaydası;
- Praktiki olaraq sənədlər ilə xərc sənədlərinin tərtibatı.
7. Əməkhaqqı hesablanması
- Dövlət və neft, qeyri-dövlət və qeyri-neft sektorunda əməkhaqqı hesablanmasının əsasları;
- Vergi güzəştləri;
- Məcburi dövlət sosial sığorta haqqı və ona cəlb edilməyən gəlirlər;
- İşsizlikdən sığorta haqqı və ona cəlb edilməyən gəlirlər;
- İcbari tibbi sığorta haqqı və ona cəlb edilməyən gəlirlər;
- Praktiki olaraq əmək haqqı hesablanması.
8. Məzuniyyət və müavinətlərin hesablanması qaydası
- Məzuniyyət hesablanması zamanı nəzərə alınan və alınmayan gəlirlər;
- Kompensasiya hesablanması zamanı nəzərə alınmalı məqamların izahı;
- Əmək qabiliyyətinin itirilməsi (xəstəlik) zamanı müavinətin hesablanması qaydası;
- Hamiləliyə və doğum, uşağa qulluğa görə müqavinətlərin hesablanması və e-gov üzərindən göndərilməsi qaydası;
- Praktiki olaraq məzuniyyət və xəstəlik vərəqəsinin hesablanması.
9. Fiziki şəxslərin vergi hesabatlarının tərtibatı
- Fiziki şəxslərin mükəlləfiyyəti;
- Fiziki şəxslərin sadələşdirilmiş vergi bəyannaməsinin tərtibatı;
- Fiziki şəxslərin gəlir vergisi bəyannaməsinin tərtibatı;
- Fiziki şəxslərin vahid (DSMF) bəyannaməsinin tərtibatı;
- Praktiki olaraq vergi bəyannamələrinin misallar ilə tərtibatı.
10. Statistika hesabatları
- Statistika orqanlarında qeydiyyata durmaq, kod alınması;
- Aylıq (rüblük) statistika hesabatlarının tərtibi.
Proqramı yükləyin: “Mühasibat kargüzarlığı” kursu – Proqram
Əlaqə:
Ünvan: Caspian Plaza