Layihəni necə idarə etməli??

posted in: Xəbər | 0
birbank biznes

LayihəLayihə ərəb sözü olub, hər hansı sənədin, qərarın, prosesin əvvəlcədən yazılmış təxmini mətninin mənasını özündə ehtiva edir: Məsələn, qərar layihəsi, nizamnamə layihəsi, müqavilə layihəsi. Layihə başqa bir məna da daşıyır. Tikiləcək, qurulacaq, yaradılacaq bir şeyin əvvəlcədən düşünülüb hazırlanmış, işlənmiş proyekti də layihə adlanır. Məsələn, tikintinin layihəsi, körpünün layihəsi, diplom işinin layihəsi və s.  Ama fərdi hər sahə üçün layihənin anlayışıda fərqlidir. Fərqli tipli layihələr vardır. Bunlar

  • Bir iş sisteminin idarə edilməsinin layihəsi.
  • Bir məhsulun yaradılması layihəsi.
  • Bir iş yerinin layihəsi.
  • Şirkət (iş yeri) içərisində yeni bir bölmənin layihəsi.
Həmçinin bax: “Qərar” nədir və necə yazılır?

Layihənin özünəməxsus xüsusiyyətləri var

  • Hər layihə müəyyən vaxt və büdcə çərçivəsində olur və qabaqcıl texnologiyaan istifadə olunur.
  • Layihələr hədəfə çatana qədər və bir dəfədən ibarət olur.
  • Hər layihə insan, pul və məlumat üçlüyündən ibarətdir.
  • Hər layihə sistemli təşkilatlanma tələb edir.

Layihələrin İdarə Edilməsi

Həqiqətən də şirkətlərin, iş yerlərinin müvəffəq olmalarında layihələrin düzgün şəkildə idarə olunmasının böyük rolu olduğu sübut olunmuşdur. Umumiyyətlə layihələrin düzgün şəkildə idarəsinin müəssisəyə çox xeyri var ki bunlar aşağıdakılardır.

  • Daha effektiv inkişaf,
  • Sərmayənin daha düzgün istifadəsi və daha düzgün idarəsi,
  • Aşağı maya dəyəri ama yuxarı qazanc,
  • Yüksək keyfiyyət və inam,
  • Daha yaxşı sistemləşmə,
  • Müştərilərə daha yaxşı xidmət.
Həmçinin bax: “Etibarnamə”ni necə yazmalı??

Layihənin idarə olunması bəzi mövzuları tərkibində birləşdirir. Bu bir növ layihənin mərhələləridir. Bunlar:

  • İşlərin planlanması,
  • Təşkilatlanma,
  • İdarə etmə,
  • İşlərin yoxlanması.

Bir növ biznesin idarəsinə oxşarlığı var ama daha kiçik tipli və özünə məxsusluğu ilə seçilir.

Müəllif: Cavid Abasov

Həmçinin bax: “Vəkalətnamə”ni necə yazmalı??

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email