Mədən vergisi üzrə sanksiyalar və cərimələr

posted in: Xəbər | 0
birbank biznes

Maliyyə sanksiyası və cərimələr

Azərbaycan Respublikasının Vergi Məcəlləsində maliyyə sanksiyası və cərimələr ayrı-ayrı vergi növləri üçün nəzərdə tutulmayıb, ümumidir, bütün vergilər üçün təyinatı üzrə eyni qaydada tətbiq edilir.

Digər vergilərdə olduğu kimi, mədən vergisi üzrə maliyyə sanksiyası və cərimələr aşağıdakı hallarda tətbiq edilə bilər:

  • mədən vergisinin düzgün hesablanmaması (verginin azaldılması və sair);
  • vergi bəyannaməsinin müəyyən olunmuş müddət ərzində təqdim edilməməsi;
  • verginin vaxtında ödənilməməsi.

Maliyyə sanksiyalarının tətbiqi qaydaları Məcəllənin 57 və 58-ci maddələrində şərh edilib. Yol vergisinin timsalında bu maddələrin tətbiqi ətraflı şərh edilib. Həmin şərhlə buradan tanış ola bilərsiniz.

Hesabatın təqdim edilməməsinə görə maliyyə sanksiyası

Mədən vergisi aylıq hesablanan vergi növlərindən biridir. Hesabat ayı üzrə hesablanan vergi faydalı qazıntıların çıxarılması prosesi baş tutan ayda deyil, növbəti ayın 20-dən gec olmayaraq ödənilir. Vergi, bəyannamə təqdim edildikdən sonra hesablandığı üçün (Şəxsi Hesab Vərəqəsində bəyannamə təqdim edildikdən sonra əks etdirilir), bəyannamə də bu qeyd olunan müddət ərzində vergi orqanına təqdim edilməlidir. Əks təqdirə vergi ödəyicisinə mədən vergisi üzrə maliyyə sanksiyaları tətbiq oluna bilər.

Vergi ödəyicisi mədən vergisi bəyannaməsini heç bir əsas olmadan tələb olunan müddət ərzində göndərməsə, vergi orqanının müəyyən etdiyi qaydalara uyğun olaraq 40 (qırx) manat məbləğində maliyyə sanksiyası hesablanacaq və ödənilməsi tələb olunacaqdır. Həmçinin, mədən vergisi üzrə hər hansı öhdəlik yaranmadığı halda bu barədə müvafiq arayışı da əsas olmadan təqdim etmədikdə eyni miqdarda mədən vergisi üzrə maliyyə sanksiyası tətbiq edilir.

Vaxtında ödənilməyən vergiyə görə cərimə

Hesablanan mədən vergisi yuxarıda qeyd olunan müddətlərdə ödənilməsə, yenə də digər vergilərdə olduğu kimi ödəmə müddəti keçəndən sonra hər ötmüş günə görə ödənilməli olan vergi məbləğinin 0.1%-i miqdarında faiz hesablanır. (VM 59.1) Faizlərin hesablanması müddəti bir ildən artıq olmamalıdır.


Bizim vergi xidmətləri sizin sanksiyalardan mühafizənizdir!


Hesabatlardakı səhvə görə maliyyə sanksiyası

Mədən vergisinin ödəyicisi hesabatda göstərdiyi məlumatların onun ilkin uçot sənədlərinə uyğun olmasını təmin etməlidir. Səhv doldurulmuş bəyannaməyə görə vergi ödəyicisi dəqiqləşdirilmiş bəyannaməni tərtib etməyə borcludur.

Bilərəkdən, yaxud etinasızlıq ucbatından hesabatdakı məlumat reallığı əks etdirmirsə və bunun nəticəsində büdcəyə hesablanmalı olan vergi məbləği az göstərilibsə, vergi ödəyicisinə bununla bağlı sonradan sıxıntı yarana bilər. Beləki, qeyd etdiyimiz fakt, səyyar vergi yoxlaması zamanı aşkarlanarsa, ona yayındırılmış məbləğin yarısı qədər mədən vergisi üzrə maliyyə sanksiyası tətbiq ediləcəkdir (VM 58.1).

Nümunə 1: Müəssisə aprel ayında hasil etdiyi faydalı qazıntılarla bağlı vergi bəyannaməsini gecikdirərək may ayının 29-u təqdim etmiş, habelə hesablanmış 2000 manat vergi məbləğini iyununun 14-ü ödəmişdir.

Vergi qanunvericiliyinin belə pozuntuları üçün vergi ödəyicisinə yuxarı vergi orqanının qərarıyla hesabatı gec təqdim etdiyi üçün 40 manat maliyyə sanksiyası hesablana bilər. Bununla yanaşı mayın 20-sindən sonrakı ötmüş 24 gün üçün 48 manat məbləğində cərimə faizləri ödəməlidir.

Mədən vergisi üzrə digər sanksiyalar

Mədən vergisi ödəyicilərini pozuntulara görə yalnız maliyyə sanksiyaları deyil, qanunla müəyyən edilmiş cərimə, habelə digər islah tədbirləri də gözləyir.

Məsələn İnzibati Xətalar Məcəlləsi ilə bir sıra cərimələri diqqətinizə çatdırırıq:

  • Mədən vergisi ödəyicisi 50000 AZN məbləği aşmayan məbləğdə vergini ödəməkdən yayınarsa, ona vergi məbləğinin 30%-dən başlayaraq cərimə məbləği hesablana bilər. Hesablanan cərimə maksimum vergi məbləğinin 70%-ini təşkil edə bilər (İXM maddə 246)
  • Vergiləri ödəməkdən yayındıqda sizə eyni zamanda həm Vergi Məcəlləsinin 58.1-ci maddəsiylə mədən vergisi üzrə maliyyə sanksiyası, həm də inzibati cərimə tətbiq edilə bilməz.
  • Mədən vergisini ödəməkdən xeyli miqdarda yayınmış olsanız Cinayət Məcəlləsi ilə sizə verginin 2-3 misli qədər cərimə, 3 ilədək müddətə azadlıqdan məhrumetməylə tətbiq edilə bilər. İslah işlərinin tətbiq edilməsi də mümkündür. Xeyli miqdar deyəndə iki yüz min manatadək miqdar nəzərdə tutulur. Təbiki bu həddin minimal məbləği əlli min manatdan başlayır (CM maddə 213).

Vergi ödəyicisinə eyni zamanda İXM üzrə cərimə və Cinayət Məcəlləsi üzrə cərimə, yaxud islah tədbiri tətbiq edilə bilməz.

 

Print Friendly, PDF & Email