Mənfəət vergisi daxilolmalarının proqnozlaşdırılması

posted in: Xəbər | 0
birbank biznes

Vergi daxilolmalarının proqnozu nədir?

Vergi proqnozlaşdırmasının əsas vəzifəsi verilmiş zaman intervalı ərzində büdcəyə cəlb edilməli olan vergilərin iqtisadi cəhətdən əsaslandırılmış həcminin təyin edilməsidir.

Vurğulayaq ki, proqnoz perspektiv xarakterli tədqiqatdır, vergi daxilolmalarının həcminə təsir göstərən obyektiv, subyektiv amillərin qabaqcadan nəzərə alınmasına əsaslanır. Proqnozlaşdırma zamanı real iqtisadi şəraitin, proseslərin nəzərə alınmasına baxmayaraq onun nəticələri ehtimallı, ilkin xarakter daşıyır. Vergi proqnozlaşdırmasının əsasında əsas makroiqtisadi göstəricilərin dəyişməsi dinamikasını müəyyənləşdirən ölkənin sosial iqtisadi inkişafının kompleks proqramı durur.

prespektivə yönəlmiş elmi tədqiqat prosesidir

Vergi daxilolmalarının proqnozlaşdırılması yalnız vergi daxilolmalarının həcmini deyil, həmçinin onların vergitutma bazaları, tərkib elementlərini əhatə etməlidir.

Aşağıda sadalananları vergilərin həcmini müəyyən edən amillərə aid etmək olar:

  • xalq təsərrüfatı sahələrinin istehsal həcmlərinin dinamikası;
  • qiymətlər indeksi;
  • əməyin ödəniş səviyyəsi;
  • müəssisələrin tərkibinin kəmiyyət, keyfiyyət dəyişməsi və s.

Vergi proqnozlaşdırması dövlətin vergi, büdcə siyasətinin hazırlanmasında mühüm rol oynayır.

Onun gedişində vergi qanunvericiliyinə dəyişikliklər edilməsi zərurəti haqqında, planlaşdırılan dövrdə büdcənin vergi üsulları ilə tarazlaşdırılması imkanları tükəndiyi zaman dövlət xərclərinin ixtisar edilməsi barədə qərarlar qəbul edilir. Büdcə layihəsini qanunverici orqana göndərməzdən əvvəl və ya büdcə layihəsi ilə eyni vaxtda hökumət qüvvədə olan vergi qanunvericiliyinə dəyişikliklər, həmçinin əlavələr edilməsi barədə qanun layihələrini qanunverici orqana göndərir, paralel olaraq sahibkarlıq fəaliyyəti, vergi orqanlarının nəzarət təkmilləşdirilməsi, ölkədə ümumi iqtisadi durumun artımı istiqamətində də tədbirlər hazırlanır.

Proqnozlaşdırmanın bir neçə növü fərqləndirilir.

Operativ proqnozlaşdırma

Proqnozlaşdırmanın bu növü aylara görə aparılır. O, nazirliyin, idarənin, dövlətin maliyyələşdirdiyi proqramlara əsasən təyin olunmuş büdcələr çərçivəsində maliyyə limitlərinin təyin edilməsi üçün yaxın dövrdə yığılan vergilərin həcminin real qiymətləndirilməsini təmin etmək məqsədini güdür.

Operativ proqnozlaşdırma həmçinin qısamüddətli vergi proqnozlaşdırmasını reallaşdırmaqda analitik materialların işlənib hazırlanması məsələsini də həll edir, çünki onun gedişində cari ilə görə təsdiqlənmiş büdcənin gəlir hissəsinin yerinə yetirilməsinin müsbət, mənfi tərəfləri, vergilərin yığılması səviyyəsi, səviyyəyə təsir edin amillər və s. aşkar edilir. Vergi qanunvericiliyinin təkmilləşməsi yolunda gələcək təkliflərin əsası məhz vergi proqnozlaşdırılması zamanı olur.

Qısamüddətli proqnozlaşdırma

Operativ proqnozlaşdırmadan fərqli olaraq növbəti il üzrə dövlət, yerli büdcələrin layihələrinin tərtib edilməsinə bir əsasdır. Qısamüddətli vergi proqnozlaşdırması:

  • növbəti il üzrə ölkənin sosial-iqtisadi göstəricilərinin proqnozu;
  • cari ildə vergi daxilolmalarının həcminin təhlili əsasında aparılır.

Bazar şəraitində vergi proqnozlaşdırması, konkret vergi ödəyiciləri və ya nazirliklərə görə müəyyən edilmiş plan tapşırığı kimi ünvanlı xarakter daşıya bilməz. Büdcə daxilolmalarının proqnozu ehtimallı xarakter daşıyır. Buna baxmayaraq vergi proqnozunun göstəriciləri büdcənin gəlir hissəsinə daxil edilirlər, büdcə haqqında qanunun maddələri şəklində təsdiq edilirlər. Vergi ödənişlərinin qanunla müəyyən edilmiş daxilolmalarının həcmi əsasında büdcənin xərclər hissəsi tərtib edilir.

Cari və perspektiv proqnozlaşdırma

Operativ, habelə qısamüddətli vergi proqnozlaşdırması cari proqnozlaşdırmanın iki tərkib hissələridir. Onun həyata keçirilməsi prosesində əsasən taktiki məsələlər həll olunur ki, nəticədə vergi proqnozlaşdırmasının strategiyasının işlənib hazırlanmasına zəmin yaradılır. Strategiya orta müddətli, uzunmüddətli vergi proqnozlaşdırması prosesində müəyyən edilir.

Strateji hədəflərə istiqamətlənmiş proqnozlaşdırma perspektiv proqnozlaşdırma adlanır. Perspektiv proqnozlaşdırma cari proqnozlaşdırmadan əsaslı surətdə fərqlənir.

Cari proqnozlaşdırma yalnız bir il üçün tərtib edilən, təsdiq olunan büdcə layihələrinin tərtib edilməsi üçün əsasdır. Onda vergilərin həm ayrı-ayrı növlərinin, həm də ümumilikdə hamısının həcmi hərtərəfli təhlil edilir, müəyyənləşdirilir.

Perspektiv proqnozlaşdırmada vergilərin növlər üzrə bölgüsü aparılmır, yəni o bütün vergilərin məcmusunu əhatə edir. Ölkə iqtisadiyyatının uzunmüddətli inkişaf proqramının işlənib hazırlanmasında perspektiv vergi proqnozlaşdırması əhəmiyyətlidir. Onunla əlaqədardır ki, planlaşdırmanın nəticələri əsasında dövlətin maliyyə ehtiyatlarının iqtisadi inkişafa yönəltməsi imkanı yaranır.

Dövlət büdcəsinə dair proqnozların hazırlanması  “Büdcə sistemi haqqında”  AR-nın qanunu ilə tənzimlənir. Büdcə gəlirləri bir neçə prinsip əsasında formalaşır. Bu prinsiplər, tətbiq edilən qaydalar və modellər haqqında burada ətraflı danışılıb.


 

Print Friendly, PDF & Email