Mənfəət vergisi üzrə daxilolmaların büdcə gəlirlərində yeri

posted in: Xəbər | 0
birbank biznes

Mənfəət vergisi üzrə daxilolmalarıBüdcə gəlirlərinin tərkibində mənfəət vergisinin xüsusi çəkisi hər il artmaqda davam edir. 1991-ci ildə, dövlət müstəqilliyinin ilk ilində bu 26.1 milyon manat idi. Vergi Məcəlləsi təsiqlənib qüvvəyə mindiyi vaxta qədər, yəni 2000-ci ilin sonuna bu ədəd 125.9 milyon manata çatdı. Nəzərə alsaq ki, ildən ilə vergi qanunvericiliyi daha da təkmilləşdirilir, vergi orqanının vergi nəzarəti tədbirləri daha effektiv nəticə verməyə başlayır, hər ötən ildən bir çox digər vergilər kimi mənfəət vergisindən daxilolmaların da məbləğinin artması gözlənilən idi.

Məsələn artıq 2019-cu ildə bu ədəd 2546 milyon manata çatmışdır. Bu da təkcə Vergi Məcəlləsinin hələ qəbul edildiyi ilə, yəni 2000-ci ilə münasibətdə 100 dəfə çox nəticə deməkdir.

Bununla belə mənfəət vergisinin xüsusi çəkisinin ildən ilə artması yalnız vergi nəzarəti tədbirlərinin güclənməsi, vergi qanunvericiliyinin təkmilləşməsiylə bağlı deyil.

Məsələ ondadır ki, əhali arasında fərdi sahibkar kimi fəaliyyət göstərmək əvəzinə hüquqi şəxs təsis edərək biznes mühitinə daxil olmaq istəyi hər il artmaqdadır. Əhalinin sayının artım tempi ilə hüquqi şəxslərin yaradılması arasında temp fərqlənir. Respublikada qanunvericilik aktlarında olan müntəzəm yeniləmələr, sahibkarlıq fəaliyyətinin qeydiyyatı prosedurunun sadələşdirilməsi hüquqi şəxslərə daha çox imkanlar açır. Məsələn, xarici bazara Azərbaycan istehsalı məhsullarının çıxarılması üçün verilən ixrac təşfiqi ödənişi, ümumən idxal-ixrac əməliyyatlarına marağın artması, daxili bazarlarda rəqabətə davamlılıq sahibkarları məcbur edir ki, onlar əcnəbi əlaqələri genişləndirsinlər. Sahibkarlar başa düşür ki, bu məqsədlərə nail olmaq üçün fərdi sahibkar kimi deyil, təsis edilərək dövlət qeydiyyatına alınmış hüquqi şəxs formatında fəaliyyət əcnəbi həmkarlar üçün daha etibarlı və cəlbedici səslənir.


Sahibkarlıq fəaliyyətinin qeydiyyatını asan və rahat həyata keçiririk


Hüquqi şəxs yaratmağa təşfiq xarakterli başqa bir dəyişikliyi diqqətinizə çatdıraq. Təsərrüfat fəaliyyəti zamanı zərərin növbəti illərə keçirilməsi məsələsi 2005-ci ilə qədər fərdi sahibkarlar üçün 5 il hədlə məhdudlaşdırılmışdı. Müəssisələr üçün isə bu 3 il təşkil edirdi. 2005-ci ildə məcəllənin 121.2-ci maddəsinə dəyişiklik edilərək fərdi sahibkarlar üçün bu müddət 3 ilə salındı. Bununla da fərdi sahibkarlar ilə müəssisələr üçün zərərin keçirilməsi bərabərləşdi. Lakin 2 il sonra 2007-ci ildə yeni dəyişikliklə müəssisələr üçün bu müddət 3-dən 5-ə qaldırıldı.

Sahibkarlıq fəaliyyəti ilə bağlı müəssisələrlə fərdi sahibkarların vergilənməsi, vergi dərəcəsi eyni olsa da, qeyd edilən qəbul edilmiş normalar hüquqi şəxs yaratmağa təşviq xarakteri daşıyır. Unutmaq olmaz ki, dövlət üçün müəssisəyə nəzarət daha rahatdır, nəinki fərdi sahibkara.

Son olaraq bildirək ki, ötən il üçün, yəni 2021-ci ildə mənfəət vergisindən daxilolmalar bir qədər də artaraq 2958,4 milyon manat olmuşdur. Bu göstərici son illər üçün mənfəət vergisinin, demək olar, rekord göstəricisidir.

Hasilatın pay bölgüsündə mənfəət

Bildiyimiz kimi 1994-cü il 20 sentyabrında “Əsrin müqaviləsi”nin bağlanmasıyla karbohidrogen ehtiyatlarımız üçün yeni dövrün başlanğıcı qoyuldu. Ölkəmizin karbohidrogen ehtiyatlarının iqtisadiyyatımızdakı rolundan danışmaq zərurəti duymuruq, belə ki, bu hər kəsə məlumdur. Büdcə daxilolmalarının 40%-nə yaxın məbləği vergilərdən daxilolmalardırsa, təxminən bir o qədər də hissəsi neft-qaz sahəsindən daxilolmalardır.

Məlumat üçün bildirək ki, hasilatın pay bölgüsü sahəsində çalışanlar vergi qanunvericiliyində xüsusi vergi rejimli müəssisə kimi qiymətləndirilir (VM, m.13.2.51). Hasilatın pay bölügüsü və bu qəbil sazişlərdə hətta Vergi Məcəlləsində nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar da ola bilər və bu müddəalar üstün mövqeyə malikdir.

Dövlət büdcəsinə daxil olan vergiləri təyin etməyə görə sonrakı il üzrə xam neftin bir barelinin ortalama illik ixracının qiymətinin hesablanması gedir. Bu proqnozlaşdırma AR-nın əsas makroiqtisadi proqnoz göstəriciləri ilə aparılır. İxrac olunan neftdən gələn miqdardan qanunvericiliyə əsasən proqnozlaşdırılmış xərci çıxaraq vergi dərəcələrinin əsasında təyin olunan proqnoz hesablanır.

Belə sazişlərdə əməliyyatçı və podratçı tərəflər olur, hər podratçı tərəfin vergilənməsi ayrıca baş verir. Sazişlərdə bu prosesə, habelə gəlirlərinin mənfəət vergisinə cəlb edilməsi məsələlərinə ətraflı toxunulur.

Belə şəxslərin mənfəətin əldə edilməsiylə bağlı xərclərinə isə kəşfiyyat işləriylə bağlı xərcləri, icarəylə bağlı xərcləri, əməkhaqqı, peşə dərəcəsinin artırılmasıyla bağlı xərcləri, nəqletməylə bağlı xərcləri və s. onlarla başqa xərcləri misal vermək olar.


Print Friendly, PDF & Email