Məzuniyyətin hüququ
İşəgötürən əmək müqaviləsi ilə işləyən işçilərin hər birinin məzuniyyət hüququnu təmin etməyə borcludur. Məzuniyyət zamanı işçinin iş yeri saxlanılır. Məzuniyyət vaxtı üçün orta əməkhaqqının ödənilməsi qaydası onun hansı iş ili üçün verilməsindən asılı deyil, yəni məzuniyyətin hansı iş ili üçün verilməsindən asılı olmayaraq orta əməkhaqqının hesablanmsı məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayına əsasən aparılır. Ənənəvi olaraq hesablama zamanı aşağıdakıları bilmək vacibdir:
- orta əməkhaqqı üçün hesablama dövrü;
- nəzərə alınan ödənişlər;
- hesablamada istifadə olunan düstur.
Məzuniyyət haqqının ödənilməsi AR ƏM-də necə tənzimlənir?
Məzuniyyət haqqının hesablanması Əmək Məcəlləsinin 140-cı maddəsi əsasında aparılır. Hesablamalar zamanı məzuniyyət dövründən əvvəlki 12 təqvim ayı üçün orta əməkhaqqı əsas götürülür.
Məzuniyyət vaxtı üçün orta əməkhaqqı hesablanarkən qismən ödənişli sosial məzuniyyətdə və ya işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işlənilməyən və ya tam işlənilməyən aylar yaxın tam işlənilən təqvim ayları ilə əvəz olunur.
Qeyd edilən maddənin ikinci hissəsinə görə işçi 12 təqvim ayından az işləyib məzuniyyətə çıxdıqda məzuniyyət vaxtı üçün orta əməkhaqqının ödənilməsi faktiki işlənmiş tam təqvim ayları əsasında aparılır.
Əmək qabiliyyətini itirilməsi səbəbindən sosial məzuniyyət götürən işçilər üçün bu dövrün müəyyən edilməsi fərqlidir. Belə ki, müvafiq Əsasnaməyə görə dövr olaraq 12 ay götürülür və əmək qanunvericiliyindən fərqli olaraq, bu işçinin işlədiyi müddətdən asılı deyil.
Məzuniyyətin hesablanması zamanı nəzərə alınan dövr
Yuxarıda qeyd edilənləri vergiler.az saytına şərh edən iqtisadçı ekspert Vüqar Bayramov fikrini aşağıdakı nümunələrlə izah edir.
Nümunə 1: 1 mart 2021-ci il tarixdə işə qəbul olunan işçi 15 oktyabr 2021-ci il tarixdə işəgötürənə müraciət edir ki, 22 oktyabr 2021-ci il tarixdən 15 gün müddətinə əmək məzuniyyətinə çıxmaq istəyir. Deməli, işçinin işlədiyi tam ayların sayı 7 ay (1 mart – 30 sentyabr 2021-c il) olduğuna görə hesablama zamanı 7 ayın göstəriciləri əsas götürüləcək.
Müəllifə görə “işçi işə qəbul olunduqdan sonra hər hansı səbəbdən 12 təqvim ayının hamısını işləməyibsə, məzuniyyət vaxtı üçün orta əməkhaqqının ödənilməsi zamanı yenə də 12 ay əsas götürülür”.
Qeyd: Vüqar Bayramovun şərhi 2023-cü ilə aid məqalədən götürülüb. 2026-cı ilin yanvarından qüvvəyə minən Əmək Məcəlləsinə edilən dəyişikliklərə görə işlənilməyən aylar müəyyən şərtlər daxilində yaxın tam işlənilən təqvim ayları ilə əvəz edilir. Belə hallar məqalənin əvvəlində qeyd olunub (red.)
Nümunə 2: İşçi 1 sentyabr 2020-ci il tarixdə işə qəbul olunub, 2021-ci ilin iyul-avqust aylarında ödənişsiz məzuniyyətə çıxıb. 10 oktyabr 2021-ci il tarixdə əmək məzuniyyəti hüququndan istifadə etmək istəyir.
İşçinin əvvəlki 12 ayın 2 ayında ödənişsiz məzuniyyətlə əlaqədar əmək fəaliyyətinin olmamasına baxmayaraq, məzuniyyət haqqının hesablanması üçün cəmi məbləğ 10 aya yox, 12 aya bölünəcək.
Qeyd: Əgər ödənişsiz məzuniyyət işəgötürənin təşəbbüsü ili olarsa, ödənmiş olmayan aylar üçün həmin aylara yaxın tam işlənən ayların əmək haqqısı nəzər alənacaq (red.)
Həmçinin, nəzərə almaq lazımdır ki, işçiyə təyin olunan ödənişsiz məzuniyyətlərin müddəti məzuniyyət haqqının hesablandığı dövrə aid edilmir.
Nümunə 3: 10 fevral 2021-ci ildə işə qəbul olunan işçi 25 noyabr 2021-ci il tarixdə 15 günlük məzuniyyətə çıxır. İşçi 10 mart 2021-ci il tarixindən 10 günlük ödənişsiz məzuniyyətdə olub. Bu halda işəgötürən tərəfindən işçiyə əmək məzuniyyəti haqqının hesablanması üçün 2020-ci ilin mart-oktyabr dövrü əsas götürüləcək. İşçi mart ayında 10 günlük ödənişsiz məzuniyyətdə olduğu üçün hesablamada bu ayın əməkhaqqısı aşağı məbləğdə nəzərə alınacaq.
Gəlin başqa bir nümunədə məzuniyyət vaxtı üçün orta əməkhaqqının ödənilməsi qaydasına baxaq.
Nümunə 4: “Merkur” MMC – də çalışan işçi 1 aprel 2020-ci il tarixində işə başlayıb. Həmin işçiyə çalışdığı bütün aylar üzrə 500 manat əməkhaqqı hesablanılıb. 15 noyabr 2020-ci il tarixində işçi işəgötürənə müraciət edərək 22 noyabr 2020-ci il tarixdən 15 günlük məzuniyyətə buraxılmaq istədiyini bildirir.
Məzuniyyət haqqı = (( 3500 / 7 ay ) / 30,4) x 15 gün = 246,6
Məzuniyyət haqqının ödənilməsi hansı müddətdə aparılmalıdır?
Məzuniyyət vaxtı üçün orta əməkhaqqının ödənilməsi məzuniyyətin başlanmasına ən geci üç tam təqvim günü qalmış həyat keçirilir. Son tarix həftə sonu və ya iş günü olmayan bayram gününə düşürsə, məzuniyyət haqqı bir gün əvvəl – son iş günündə ödənilməlidir (ƏM, maddə 140.5).
Məzuniyyət vaxtı üçün orta əməkhaqqının ödənilməsi elə həyata keçirilməlidir ki, məzuniyyətin başlamasına üç tam gün qalsın. Məsələn, işçi bazar ertəsi məzuniyyətə çıxırsa məzuniyyət haqqı cümə axşamı ödənməlidir.
Nümunə 5: İşçi yanvarın 23-də müraciət edərək 30 yanvar tarixdən (bazar ertəsi) məzuniyyətə çıxır. Məzuniyyət haqqı 26 Yanvar (cümə axşamı) günündən gec olmayaraq ödəmək daha təhlükəsizdir.
Qeyd: Əmək Məcəlləsinə edilən son dəhyişikliklərə görə əmək müqavilələrində və ya kollektiv müqavilədə məzuniyyət vaxtı üçün orta əməkhaqqının verilməsinin başqa müddətləri müəyyən edilə bilər, bir şərtlə ki, növbəti əməkhaqqı (avans və ya qalan hissəsi) verilən gündən gec olmasın.
Məzuniyyət müddətində işçilərin vəzifə maaşlarında artım baş verərsə, məzuniyyət vaxtı üçün orta əməkhaqqının əmsallaşdırılması yerinə yetirilməlidir.
Məzuniyyətin ödənilməsi zamanı “3 günlük” müddətə əməl etmək vacibdirmi?
Vacibdir, çünki AR ƏM-in 140.5 maddəsinin tələbləri pozularsa Əmək Müfəttişliyi işəgötürənə sanksiyalar tətbiq edə bilər.
Bəzi hallarda orta əməkhaqqının verilməsi məzuniyyət başladıqdan sonra təmin edilir. Bu halda məzuniyyətin, işçinin tələbi ilə, məzuniyyət haqqının ödənildiyi tarixdən hesablanması mümkündür, bir şərtlə ki, müqavilədə digər hallar müəyyən olunmasın.
Məzuniyyət vaxtı üçün orta əməkhaqqının ödənilməsina görə işəgötürən inzibati məsuliyyət daşıyır. Əgər işəgötürən tərəfindən hər hansı qanun pozuntusu edilərsə, (riyazi hesablamalar nəticəsində yaranan səhvlər istisnadır) o, İnzibati Xətalar Məcəlləsinin 192.4-cü bəndinə uyğun olaraq, 700 manatdan 1500 manata qədər cərimələnə bilər.
