Vətəndaşların sosial təminat hüququ müqaviləsinə AR Konstitusiyasının 38-ci maddəsində təsbit olunub. Hər bir vətəndaşın qanunla müəyyən edilmiş qaydada, pensiya və müavinət formasında sosial təminat hüququ var. Bu hüquq sosial təminat, habelə əmək qanunvericiliyi çərçivəsində təmin olunur. Sosial müavinətlər müxtəlif kateqoriyadan olan şəxslərə sosial yardım göstərilməsi səbəbilə ödənilən pul vəsaitidir. Ödəniş dövlətin məsul etdiyi qurumlar, o cümlədən işçinin əmək müqaviləsi bağlayaraq işlədiyi müəssisə və təşkilatlar tərəfindən, aylıq yaxud birdəfəlik qaydada həyata keçirilir.
İşçilərə sosial müavinətlər (müalicə, istirahət, ezamiyyət, məşğulluq üçün) kimi ayrılan vəsait stimullaşdırıcı və ya kompensasiya xarakteri daşımır, işçilərin ixtisasından, işin mürəkkəbliyindən, keyfiyyətindən, kəmiyyətindən, işin özünün yerinə yetirilməsi şərtlərindən asılı deyil. Sosial ödənişlər hüquqi normativ aktlar, kollektiv müqavilə, əmək müqaviləsi və digər yerli normativ aktla nəzərdə tutulur.
Müavinətlərin əksər hissəsi dövlətin təsis etdiyi sosial sığorta fondları tərəfindən, bir qismi isə işçinin iş yerində ödənilir.
Qanunvericilikdə ödənişində müəssisələrin iştirakı tələb olunan müavinətlər əsasən birdəfəlik xarakter daşıyır və aşağıdakı növləri vardır:
- Əmək qabiliyyətinin itirilməsinə görə müavinət
- İşdənçıxarma müavinəti
- Hamiləlik və doğuma görə müavinət
- Uşaq anadan olmasına görə müavinət
- Dəfn üçün müavinət
Aylıq ödənilən sosial ödənişlər qrupuna aşağıdakı müavinət aiddir:
Aşağıdakı keçidlərdə Əmək Məcəlləsi ilə müəyyən edilmiş yuxarıdakı müavinətlərin hesablanması və ödənişinin təmin edilməsi materiallar yerləşdirilib.