Müddətli əmək müqaviləsi bağlanan hallar

posted in: Xəbər | 1

Əmək müqaviləsi və onun müddəti

Əmək müqaviləsi  işəgötürənlə işçi arasındakı  münasibətlərin rəsmiləşdirilməsinə əsas verən yeganə sənəddir. Əmək müqaviləsi haqqında buradan ətraflı məlumat almaq olar. Onun məzmununu təşkil edən zəruri şərtlərdən biri əmək müqaviləsinin müddətidir. Əmək Məcəlləsinin 45-ci maddəsinə görə işçinin işə qəbulu zamanı, onunla müddətsiz əmək müqaviləsi ilə yanaşı müddətli əmək müqaviləsi də bağlana bilər.

Müqavilədə minimum və maksimum müddətlər müəyyən edilməyib, yəni bu sənədin bir günlük belə bağlanması mümkündür. ƏM-nin 45-ci maddəsinə görə, müddət təyin olunmayan müqavilələr müddətsiz hesab olunur. Həmin sənədin müddətli əmək müqaviləsilə əvəz olunması hər iki tərəfin istəyinə əsasən mümkündür. Müqavilənin müddəti haqqında məlumatlarla buradan tanış olmaq olar.

Müddətli əmək müqaviləsi bağlanan hallar

Əgər işçi müəyyən bir vaxt ərzində çalışmaq üçün işə qəbul olunursa, əmək müqaviləsinin müddəti  göstərilməlidir. Həmin müddət işçiylə işəgötürənin razılığı əsasında təyin olunur. Müqavilə tərəflərin razılığı ilə 5 ilə qədər dövr üçün tərtib oluna  bilər. Əgər fasiləsiz olaraq davam etmə müddəti 5 ildən çox olarsa, müddətsiz kimi qəbul olunmalıdır.

ƏM-nin 47-ci maddəsinə görə müddətli əmək müqaviləsi aşağıdakı hallarda bağlana bilər:

  • İşçi qısa müddətlik əmək qabiliyyəti funksiyasını itirdikdə, ezamiyyət, yaxud məzuniyyətdə olduqda, öz işində qalmaq şərti saxlanmaqla onun vəzifəsini müvəqqəti başqa birinin yerinə yetirməsinə ehtiyac yaranır. Həmin yeni gələn işçi ilə müddətli müqavilə bağlanmalıdır.
  • Mövsümi xarakter daşıyan işlərdə – bəzi işlərin öz xüsusiyyətlərindən, iqlim və təbii şəraitlərdən asılı olaraq il  boyu  həyata keçirilməsi mümkün deyildir. Həmin işlər mövsümi işlər hesab olunur və bu zaman cəlb olunan işçılərlə  bağlanan müqavilədə müddət qeyd olunmalıdır.
  • Qısa müddətdə görülən təmir tikinti işləri, yeni texnologiyaların tətbiqi, sınaq, təcrübə kimi işlərdə, həmçinin bunun kimi digər müvəqqəti işlər icra olunduqda;
  • İşçinin öz vəzifəsi üzrə peşəkarlıq səviyyəsini artırmaq məqsədilə təcrübə keçmək (stajkeçmə kimi, rezidentura) tələbi varsa;
  • Ailə – məişət, şəxsi məsələlərlə əlaqəli hallar yarandıqda, pensiya yaşına çatanlar işləmək istədikdə – eyni zamanda həm işləyən, həm də təhsil alan işçilərlə də müddətli müqavilə bağlanmalıdır.
  • Müvafiq orqanın göndərişinə əsasən əvəzi ödənilmək şərtilə həyata keçirilən ictimai işlərdə;
  • Təşkilatlarda, birliklərdə seçkili vəzifələrə təyin olunduqda;
  • Hər iki tərəfin qarşılıqlı razılığına əsasən bağlanan müqavilələr olduqda;
  • Müqavilə ən azi 2 işçi qrupu tərəfindən kollektiv qaydada bağlandıqda- bu zaman həmin qrup üzvlərinin yazılı razılığı alınmalı, işəgötürən onların nümayəndəsilə  müddətli müqavilə bağlamalıdır.
  • Son olaraq, qanunvericilikdə başqa hallar nəzərdə tutulubsa.

Təcrübədə əmək müqaviləsinin müddəti göstərilməklə bağlanmasının başqa hallarına da rast gəlinir.  Müqavilə bağlanan zaman icra olunacaq vəzifələrin,  ya da göstəriləcək xidmətlərin daimi olması barədə əvvəlcədən məlumatlı olduqda, ƏM-nin 47-ci maddəsi, yəni müddətli əmək müqaviləsi bağlanma halları istisna olmaqla, həmin sənəddə müddət göstərilməməlidir.  

 Əmək müqaviləsinin bitməsi

Müqavilənin vaxtı bitdikdə ona xitam verilir. Bunun üçün aşağıdakı şərtlərin olması zəruridir:

  • əmək müqaviləsinin müddətinin qurtarması;
  • müddətli müqavilənin xitamı üçün tərəflərdən birinin təşəbbüsü.

ƏM-nin 73-cü maddəsinə əsasən müqavilənin vaxtı qurtardıqdan sonra işçi işləməyə davam edərsə, həmçinin nə işçi, nə də işəgötürən müddət bitdikdən sonra 1 həftə ərzində müqaviləni sonlandırmaq ücün müraciət etməsə, o zaman həmin sənəd əvvəl təyin olunmuş müddət qədər uzadılır. Bu 5 ilə qədər olan müqavilələrdə keçərlidir. Çünki 5 ildən sonra xəbərdarlığa ehtiyac qalmır, ƏM-nin 45.5-ci maddəsinə görə müddətli əmək müqaviləsi artıq müddətsiz hesab olunur.


 

Print Friendly, PDF & Email

  1. Sədaqət
    |

    Salam.Müddətli əmək müqaviləsinə xitam verilerken məzuniyyət pulu hesablanma qaydası haqqında məlumat verməyinizi xahiş edirəm.İşlədiyim ştata görə 31 gün məzuniyyət günüdür.Lakin ştatda deyil, 1 illik əmək müqaviləsi ilə işləyirəm.aylıq əmək haqqı 300,əlimə aldığım 269 manatdır.bu halda müqavilə biterken nə qədər məbləğ və hansı qanunvericiliyə uyğun hesablanır? Əvvəlcədən təşəkkür edirəm !