Müəssisənin daxili imkanları hesabına yaradılmış qeyri-maddi aktivlərin tanınma meyarlarına uyğun gəlməsini qiymətləndirmək məqsədilə qeyri-maddi aktivlərin yaradılması aşağıdakı mərhələlərdən ibarətdir:
(a) tədqiqat fazası;
(b) təcrübə-konstruktor işləri fazası.
“Tədqiqat” və “təcrübə-konstruktor işləri” anlayışlarının müəyyən edilməsinə baxmayaraq, “tədqiqat fazası” və “təcrübə-konstruktor işləri fazası” bu Standartın məqsədləri baxımından daha geniş anlayışa malikdir.
Əgər müəssisə daxili imkanlar hesabına qeyri-maddi aktivi yaratmaq üçün layihənin tədqiqat fazasını təcrübə-konstruktor işləri fazasından fərqləndirə bilmirsə, bu zaman həmin layihə üzrə sərf olunmuş bütün məsrəflər müəssisə tərəfindən yalnız tədqiqat
fazasının məsrəfləri kimi hesab edilməlidir.