Mühasibat uçotu və iqtisadiyyat arasında fərq nədir?

birbank biznes

Mühasibat uçotu və iqtisadiyyatİstənilən maliyyə sahəsi üzrə karyera qurmaq istəyən şəxslər mühasibat uçotu və ya iqtisadiyyat haqqında düşünə bilərlər. Onların ortaq cəhətləri çox olsa da, bu iki karyera yolu da çox fərqlidir. Hansı karyeranın sizin üçün daha yaxşı olduğuna dair düşünülmüş qərar verə bilməniz üçün mühasibat uçotu və iqtisadiyyat barədə daha məlumatlı olmaq çox vacibdir.

Bu məqalədə biz mühasibat uçotu və iqtisadiyyatın tərifini veririk, iki fənnin oxşar və fərqli cəhətlərini təsvir edirik.

Mühasibat uçotu nədir?

Mühasibat uçotu şirkətlərin maliyyə qeydiyyatı, təhlili və sonra isə onlar barədə hesabatı əhatə edir. Mühasiblər təşkilatdakı və təşkilatdan kənar bütün kreditlər və debetlər daxil olmaqla biznes-əməliyyatlarını qeyd edir, büdcələri təhlil edir və maraqlı tərəflər və şirkət rəhbərliyi üçün maliyyə hesabatları hazırlayırlar.

Mühasiblərin təqdim etdiyi məlumatlar sayəsində biznes sahibləri şirkət adından mühüm maliyyə qərarları qəbul edə bilərlər.

İqtisadiyyat nədir?

İqtisadiyyat insanları, resursları və insanların mal və xidmətlərə verdiyi dəyəri öyrənir. İqtisadiyyatı öyrənənlər də istehsal və bölüşdürməyə diqqət yetirirlər, satınalma iqtisadiyyatının niyə məhz, bu şəkildə işlədiyini başa düşməyə çalışırlar. İqtisadçılar hökumətə iqtisadi siyasətin işlənib hazırlanmasında kömək edir, tendensiyaları proqnozlaşdırır. İqtisadiyyatdakı dəyişikliklərin siyasətə və digər qaydalara necə təsir edəcəyini müəyyənləşdirirlər.

İqtisadiyyatın iki əsas qolu makroiqtisadiyyat və mikroiqtisadiyyatdır. Makroiqtisadiyyat – bu, iqtisadi ekosistemin necə fəaliyyət göstərdiyini, o cümlədən onun effektivliyini və üzləşdiyi inflyasiyanı öyrənir. Mikroiqtisadiyyat makroiqtisadçıların öyrəndiyi eyni ekosistemdəki insanların davranışlarına diqqət yetirir. Mikroiqtisadiyyat, satınalma qərarının bölüşdürməyə necə təsir etdiyini öyrənir.

Mühasib və ya iqtisadçı kimi işə düzəlmək üçün müəyyən təhsil səviyyəsi tələb olunur. İstənilən peşədən olan şəxs həmin sahədə öz karyerasına başlamazdan əvvəl kolleci bitiməli və ya universitetin bakalavr dərəcəsini almalıdır.

Bununla belə, iqtisadçıları işə götürənlər adətən magistr və ya daha yüksək dərəcəsi olan namizədləri axtarırlar. Mühasiblər daha yüksək vəzifələrə iddia etsələr, onlar da magistr dərəcəsi ala bilərlər.

Həm mühasiblər, həm də iqtisadçılar analitik olmalı, problemləri həll edə bilən, mütəşəkkil, başqaları ilə ünsiyyət qura bilən, hesabatlarını və digər təqdimatlarını paylaşdıqları zaman diqqətli və bacarıqlı olmalıdırlar.

Mühasiblər və iqtisadçılar arasında fərq

Mühasiblər və iqtisadçılar arasındakı fərqi başa düşmək vacibdir ki, hansı karyeranın sizə daha uyğun olduğuna qərar verə biləsiniz.


Müasir biznes-mühitində mühasibat uçotunun rolu


Əsas vəzifələr

Mühasiblərlə iqtisadçılar arasındakı əsas fərq ondan ibarətdir ki, mühasiblər şirkətin maliyyə əməliyyatlarını izləyirlər, iqtisadçılar isə iqtisadi tendensiyalara və onların malların bölüşdürülməsinə və pulun xərclənməsinə necə təsir etdiyinə diqqət yetirirlər, buna çox vaxt tələb və təklif də deyilir.

Fokus

Mühasibat uçotu və iqtisadiyyatMühasiblər balans hesabatlarını və vergi sənədlərini nəzərdən keçirir və biznesin adətən maliyyə biznes-əməliyyatlarının daha ətraflı hissələri olan hər hansı bir normativ tələblərə riayət etməsini təmin edirlər.

İqtisadçılar əsas diqqəti iqtisadi nəzəriyyələrə, maliyyə meyllərinə və malların istehsalına, paylanmasına və alınmasına təsir göstərə biləcək digər qlobal məsələlərə və nəticə etibarilə onlarla əlaqəli pula yönəldirlər.

Tədqiqat sahələri

Bu insanların məzun olduqdan sonra hansı karyeraya sahib olduqlarını müəyyən edə biləcək müxtəlif mühasibat uçotu və iqtisadiyyat növləri var. Mühasibat uçotuna hedcinq uçotu, məhkəmə mühasibatlığı və maliyyə uçotu daxil ola bilər və bunlar yalnız onlardan bir neçəsidir. Müqayisə üçün, makroiqtisadiyyat və mikroiqtisadiyyat – bunlar iqtisadiyyatın iki növüdür.

Karyera imkanları

Mühasiblər şirkətdə mühasib kimi işləyə bilərlər ki, bu da dövlət mühasibinin, layihə mühasibinin, kriminalist mühasibin və ya diplomlu mühasibin, həmçinin auditorun və ya investisiya analitikasının karyerasına gətirib çıxara bilər.

İqtisadçılar korporasiyalar, qeyri-kommersiya təşkilatları və hökumət təşkilatları üçün idarəetmə analitiki, maliyyə eksperti, iqtisadi tədqiqatçı və ya büdcə analitiki kimi işləyə bilərlər.

Məlumatların tətbiqi

Mühasiblər mühasibat uçotu prinsiplərinə və sənayelərini dəstəkləyən qayda və təlimatlara əsaslanan hesabatlar yaratdıqları halda, iqtisadçılar müxtəlif iqtisadi nəzəriyyələrdən və öz araşdırmalarından istifadə edərək problemləri həll edirlər.

İstifadə olunması

Təşkilat biznes adından əsaslandırılmış maliyyə qərarları qəbul etmək və ya təşkilatın maliyyə vəziyyəti haqqında əlavə məlumat əldə etmək üçün mühasiblərin işindən istifadə edə bilər.

İqtisadçıların işindən çox vaxt iqtisadiyyatı və biznesin bir hissəsi olan sənayeni daha yaxşı başa düşmək üçün istifadə olunur.


Dünyanın ən nəhəng audit şirkətləri


Print Friendly, PDF & Email